Mühazirə 1 azərbaycanin karbohidrogen pesurslari və hasilatin iNKİŞAF



Yüklə 443,25 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix29.11.2023
ölçüsü443,25 Kb.
#140281
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 1. 2 saat

Neftayırma - 
neft emalı və neft məhsulları istehsalı ilə məşğul olan zavodları özündə 
birləşdirir. Azərbaycanda XIX əsrin ikinci yarısından neft yataqlarına və neftdən daha 
qiymətli məhsullar almaq məqsədilə onun emalına böyük maraq göstərilməyə 
başlanmışdır. Hələ 1837-ci ildə Bakı yaxınlığındakı Balaxanı kəndində neftayırma 
zavodu, 1861-
ci ildə Suraxanıda sənaye sahibkarı Kokorev məşhur rus kimyaçısı 
D.İ.Mendeleyevin məsləhəti ilə kerosin zavodu yaratmışdı. 1863-cü ildə mühəndis Cavad 
Məlikov Bakıda neft emalı zavodu tikdirmişdir. 1866-cı ildə Bakıda təqribən 100 min pud 
kerosin istehs
al olunmuşdur. 1868-ci ildə şəhərdə artıq 23 kiçik neftayırma zavodları 
fəaliyyət göstərirdi. 1875-ci ildə Bakıda neft emalı müəssisələrinin sayı 62-yə, kerosin 
istehsalı isə 848,7 min puda çatdırıldı. Bu müəssisələrin əksəriyyəti cəmləşdiyi ərazi 
«Qara şəhər» adlandırılmağa başlandı. 1883-cü ildə D.İ.Mendeleyevin təklifi ilə «Nobel 
qardaşları» zavodunda neft emalını sürətləndirmək məqsədi ilə ilk dəfə olaraq batareya 
ilə işləyən kub formalı cihaz-qurğu istifadəyə verildi və digər zavodlar tədricən bu üsulla 
neft emalına keçdi
.
Artıq 1900-cu ildə Bakıda 66 kerosin, 18 kerosin-yağ, 3 yağ, 4 benzin, 
2 qudron zavodu var idi. XX əsrin əvvəllərində Rusiyada başlanmış siyasi-iqtisadi böhran 
neft sənayesində də özünü göstərdi. Azərbaycanda neft sənayesi müəssisələrinin sayı 
91-
dən 
/1901/
53-
ə 
/1915/,
kerosin istehsalı 128,3 miliyon puddan 
1900/
73,4 miliyon 
puda 
/1914/
endi. Neft sənayesində xarici kapitalın rolu böyük idi. Təkcə kerosin 
istehsalının 75%-i «Nobel qardaşları» şirkətinin payına düşürdü. 
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün neft emalı müəssisələri 
milliləşdirildi. 1953-cü ildə nəhəng Yeni Bakı neftayırma zavodu 
/YBNZ/
işə düşdü. 
Bununla yanaşı digər neftayırma zavodları da yenidən quruldu, müasir texnika ilə təhciz 
edildi. 1976-
cı ildə neftayırma zavodunda geniş texniki imkanlı ELOU-AVT qurğusu işə 
düşdü. XX əsrin 90-cı illərində neftayırma zavodları tam gücləri ilə işləmək tempindən geri 
düşdülər. Bu səbəblərlə də ölkədə neft məhsullarının istehsalı müəyyən qədər azalmışdır. 
SSRİ-nin dağılması, müstəqillik dövrü və Azərbaycanın yeni tarixini əhatə edən neft-qaz 
sənayesinin inkişafının müasir mərhələsi "Yeni neft strategiyası"nın yaranması ilə 


səciyyələnir. Heydər Əliyevin qətiyyətli addımları sayəsində 1994-cü il sentyabr ayının 
20-
də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə xarici dövlətlərin neft şirkətlərindən 
ibarət konsorsium (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti – ABƏŞ) arasında "Əsrin 
müqaviləsi” adını almış, 1994-2024-cü illəri əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi 
imzalandı. Bununla da, Azərbaycan dövlətinin yeni neft strategiyası rəsmiləşdirildi. Bu 
sazişdə 
Dünyanın nüfuzlu BP,Statoil,Amoko,Yunokol,Lukoil və digər şirkətlər bu müqavilədə 
iştirak edir. Yuxarıda adları çəkilən şirkətləri Xəzərin Azərbaycan sektorunda “Azəri”, 
“Çıraq”, “Günəşli” neftçıxartma maddələrinin birgə işlənilməsi barədə müqavilə 
bağlamışlar. Bu müqavilədə göstərilən neft mədənlərinin neft ehtiyatı 4 mlrd barrel təşkil 
edir. 
4 iyun 1996-
cı ildə “Lukoil”, “BP”, “Statoil”, “Elf Akiten”, “İNNK” (İran) şirkətləri ilə 
“Şahdəniz” qaz- kondensat mədəninin müştərək işlənməsi haqqında respublikamız ilə 
müqavilə bağlanmışdır. 
14 dekabr 1996-
cı ildə “Yunokol”, “Amoko”, “İtoru”, “Delta” şirkətləri ilə “Əşrəfi” və “Dan 
ulduzu” yataqlarının müştərək işlənməsi barədə müqavilə imzalandı. 
13 yanvar 1997-
ci ildə Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin Fransaya 
səfəri zamanı Fransa Prezidenti Jak Şirakın iştirakı ilə yeni neft müqaviləsi imzalanmışdır. 
Bu müqaviləyə görə Xəzər dənizinin Azərbaycan sektorunda “Lənkəran- Talış dəniz” neft 
yatağının müştərək işlənməsi nəzərdə tutulmuşdur. Bütün bu müqavilələri bağlamaqda 
yeganə məqsəd Respublikanın neftçıxarma və neft emalı sənayesinin yüksək sürətlə 
inkişaf etdirilməsi və nəticədə ölkəmizin iqtisadiyyatının dünyanın inkişaf etmiş ölkələrinin 
səviyyəsinə çatdırılmasdır.
 
14 sentyabr 2017-
ci ildə imzalanmış yeni sazişlə "Azəri-Çıraq-
Günəşli” neft yatağının işlənməsi 2050-ci ilə qədər uzadıldı. Yeni saziş Azərbaycana 
mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus 
ödənilməsini və ARDNŞ-in payının 11,6%-dən 25%-dək yüksəldilməsini ehtiva edir. Bu 
sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur. 
Azərbaycanı dünyaya tanıdan "qara qızıl" iqtisadi güc və qüdrət olmaqla yanaşı, 
zaman-
zaman müxtəlif səpkili incəsənət əsərlərinə mövzu olub, hətta bəzi sənət 
növlərinin təşəkkül tapmasına təkan verib. 
1921
-
ci ildə "Azərbaycan neft sənayesi" jurnalı 
nəşr olunmağa başlamışdır.
[2]
 
Ölkənin neft sənayesi 
1994
-
2001
-
ci illərdə tədavülə 
buraxılan 
manatlarda
 
əks olunmuşdur. Neft sənayesinə və onun inkişafına həm də poçt 
markaları həsr olunmuşdur. 
Neft hasılatı üzrə "
Əsrin müqaviləsi
"nin 20 illiyin
ə həsr edilmiş marka. 

Yüklə 443,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə