Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi


Mühazirə-12 Misir mətbəxinin özünəməxsus xüsusiyyətləri



Yüklə 355,6 Kb.
səhifə38/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Mühazirə-12 Misir mətbəxinin özünəməxsus xüsusiyyətləri


Öncə maraqlı bir faktı qeyd edək ki, müasir misirlilərin əksəriyyəti vegeteriandır, yəni ət yeməyini sevmirlər. Onlar səhər, günorta və axşam ancaq tərəvəz məhsullarına üstünlük verirlər. Burada çoxsaylı küncütlü qəlyanaltılar: badımcan, küncüt və sarımsaqdan hazırlanan püre, badımcan əzilmiş sarımsaqla, eyni zamanda pomidor və pendirdən ibarət olan istiotlu salat, rənglərlə bəzədilmiş turş-duzlu tərəvəzlər (soğan, kök və yaxud zeytun limonla) əcnəbi qonaqların zövqünü oxşayır. 
Bu ölkəyə gələn turistlər Qahirə qülləsində yerləşən restoranda yemək yeməyə xüsusi maraq göstərirlər. Buradan bütün şəhər sanki ovuc içində görünür. Mağazalarda alış-veriş etmək və Şərq mətbəxi ilə tanış olmaq üçün axşamlar ən yaxşı vaxt hesab olunur. Şam yeməyini yolüstü kafelərdə, «üzən» restoranlarda etmək olar. Bir sözlə, kimin cibi nəyə imkan verir. Ay işığında Misir mətbəxinin ləziz yeməklərini dadmaq və ərəb musiqisini dinləmək ölkəyə gələn turistlərin yaddaşında silinməyən iz buraxır.
Misir mətbəxi — ənənəvi Misir mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Misirin müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Misir mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Misir mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir.
Tarixçilərin qənaətinə görə soba, xəmir mayası, çörək və oladye məhz qədim Nil sahillərini ölməz ölkəsi Misirdən gəlib. Misirlilər 5 min il əvvəl soğan becərməyə başlayıblar. İngilis arxeoloqu Qovard Karter Tutanxamonun sərdabəsində qazıntı apararkən oradan içində qurumuş şərab izləri olan çoxlu gil qablar dünyanın mətbəx reseptləri yazılmış papiruslar tapmışdı. Papirusda fironun ən xoşladığı yemək qeyd edilmişdi Misir mətbəxində orta əsrlərdən müasir günümüzə kimi çox dəyişiklər olub. Bu gün Misir Ərəb Respublikasında İslam dininə görə şərab pivə və donuz əti qadağandır. Misir mətbəxinə ərəb livan türk və yunan mətbəxinin təsiri böyükdür.
Bəlkə də Yer üzündə misirlilərdən çox lobya yeyən yoxdur. Onlar səhər yeməyində də lobya pürəsinin üzərinə yumurta vurub yeyirlər. Klassik Misir səhər yeməyi (həvtar) iki əsas yeməkdən -fülə və filividən ibarətdir. Səhər Karkade (firon çayı) adlı Sudan qızılgülündən dəmlənmiş soyuq çay içirlər. İş günü ərzində günorta misirlilər az yeyirlər. Yüngül yeməkləri Koşardır. Bu yeməkdə bişmiş yaşıl noxud qızardılmış soğanla qarıçdırılıb bişirilir. Misirlilər bu yeməyi asta-asta yeyirlər nabləd adam bu yeməyin ilk tikəsini ağzına qoyan kimi gözləri yaşarır. Misirlilərin axşam yeməyi isə çox zəngin və həmdə çətin həzm olunandır. Süfrədə (gebna) pendir pelmenisi tərəvəz salatı kabab sarımsaqlı badımcan məzə kimi əvvəlcə yeyilir. Yalnız bundan sonra onlar əsas yeməyə-ət yeməklərinə keçirlər. Desert kimi ise-paspus ballı şirəyə hopdurulmuş üzərinə narın qoz səpilmiş şirniyyat təqdim olunur. Hazırda bakıda məşhur olan şaurma dönəri də Misir mətbəxindəndir.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə