Mühazirə 1 Dəniz neftqazkondensat yataqlarından karbohidrogenlərin yığılması,hazırlanması və nəqli xüsusiyyətləri və perspektivləri



Yüklə 13,98 Mb.
səhifə3/90
tarix21.10.2023
ölçüsü13,98 Mb.
#129617
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   90
C fakepathYusif.D niz y m haz rl q .Mühazir l r. (3)

Şəkil 2.2. Qazın qlikollar ilə ilkin emalı prosesinin texnoloji sxemi
3. Qazın mayelərdən (neft, kondensat və su) ayrılması və onların ayrı-ayrılıqda sahil yığım məntəqələrinə nəql edilməsi. Bu cür sxemlərin çatışmazlığı ondan ibarətdir ki, quyu məhsullarının tərkibində böyük miqdarda su olduqda nəql olunan mayenin həcminin çox olması nəticəsində nəql məsrəflərinin yüksək olmasıdır. Bu cür sxemlər Fars körfəzində (İran), Meksika körfəzində və Kaliforniyanın dəniz sahillərində (ABŞ) istismar olunan yataqlarda tətbiq olunur.Fars körfəzinin yataqlarında quyu məhsullarının yığılması və hazırlanması prosesinin texnoloji sxemi şəkil 2.3-də verilmişdir [4]. Sxemdən göründüyü kimi, quyu məhsulları sualtı boru kəmərləri ilə platformalarda yerləşən qurğulara daxil olur. Burada qaz mayedən ayrılır, həmçinin quyuların hasilatı ölçülür. Qaz məşəldə yandırılır, maye (neft, su) ayrı-ayrı platformalarda yerləşən qrup halında qurğulardan yığılaraq mərkəzi yığım məntəqəsinə daxil olur. Buradan isə magistral neft kəmərləri ilə sahilə nəql olunur. Burada axırıncı mərhələ separasiya prosesi və neftin hazırlanması həyata keçirilir. Separasiya olunmuş qaz istehlakçılara, neft isə əmtəə parkına verilir.
Quyu məhsullarının hasilatı və yığılması sistemi avtomatlaşdırılmış şəkildə qurudan idarə olunur.

1 – istismar quyuları; 2 – qrup halında qurğuların separatorları; 3 – mərkəzi yığım məntəqələri; 4 – neftin hazırlanması parkı; 5 – əmtəə çəni; I – qaz fakelə; II – maye; III – qaz istehlakçıları. Şəkil 2.3. Fars körfəzi yataqlarında quyu məhsullarının yığılması və hazırlanması sxemi.
ABŞ-ın Kaliforniya ştatında, Sakit okean sahillərində neftin və qazın hasili və yığılması üçün süni surətdə yaradılmış adalar və ya stasionar dəniz platformaları tətbiq edilir. Quyu məhsulları separasiya olunduqdan sonra maye faza boru kəmərləri ilə sahilə nəql edilir və burada onun susuzlaşdırılması prosesi həyata keçirilir. Qaz isə hazırlandıqdan sonra qazlift sisteminə vurulur. Qazın artıq qalan hissəsi kompressorlar vasitəsi ilə sıxılaraq boru kəmərləri ilə sahilə, istehlak üçün nəql edilir. Meksika körfəzində yataqların işlənməsinin ilkin mərhələsində quyu məhsulları platformalarda separasiya olunduqdan sonra qaz məşəllərdə yandırılır, neft isə barjlara yüklənərək sahilə daşınırdı. Lakin sonradan quyu məhsullarının ilkin emalı üçün xüsusi platformalar quraşdırıldı, orada maye və qazın ayrılması və onların boru kəməri ilə ayrı-ayrılıqda sahilə nəql edilməsi həyata keçirildi [1].
Xarici ölkələrin praktikasında dəniz yataqlarının ilkin işlənmə mərhələsində bəzi hallarda quyu məhsullarının ilkin emalı sistemlərində qazın yandırılması və ya lay təzyiqini bərpa etmək üçün məhsuldar laylara vurulması variantından istifadə edilirdi. Bir sıra hallarda isə məhsuldar laydan yuxarıda və ya aşağıda yerləşən su laylarından müvəqqəti anbar kimi istifadə edilirdi. Belə ki, platformalardan sahilə qədər qaz kəmərlərinin çəkilməsi məsələsi iqtisadi cəhətdən əsaslandırılana qədər qaz, həmin laylara vurulurdu.
Yuxarıda qeyd olunan variantlardan başqa, quyu məhsullarının ilkin emalı üçün konkret şəraitdən asılı olaraq onların müxtəlif kombinasiyaları tətbiq edilir. Alyaskanın sərt iqlim şəraitində neft və qazın yığılması və hazırlanması texnologiyası da böyük maraq kəsb edir. Bu yataqlarda neft və qazın hasilatı 11 ədəd istismar platformalarında həyata keçirilir. Bu platformalarda I pillə separasiya prosesi, həmçinin quyuların hasilatının ölçülməsi əməliyyatları aparılır. Sonra qazla doymuş neft 2 ədəd 200 mm şərti diametrli boru kəmərləri ilə 150 km məsafədən sahilə nəql edilir. Qaz isə platformadan ayrıca kəmər ilə skrubberlərə daxil olur. Ayrılan kondensat neft ilə qarışdırılır, qazın bir hissəsi yanacaq kimi istifadə olunur [5]. Rusiya Federasiyasının Uzaq Şərq və Arktik dənizlərinin şelflərində dünya əhəmiyyətli neft və qaz yataqları açılıb. Buna misal olaraq, ilk növbədə Barents dənizində nəhəng Ştokmanovsk qaz-kondensat yatağını, Karsk dənizinin Yamal şelfində yerləşən Rusanovsk və Leninqrad qaz kondensat yataqlarını, Saxalin adasının kontinental şelfində yerləşən qaz-kondensat yataqlarını göstərmək olar. Dənizin dayaz sulu hissəsində və sahildən çox da uzaq olmayan məsafədə yerləşən yataqların istismar təcrübəsi göstərmişdir ki, qaz və kondensatın birgə sahil baş qurğularına qədər nəql edilməsi üçün geniş imkanlar vardır.
Məsələn, Livanova-Vostoçnoe qaz-kondensat yatağında quyu məhsullarının birgə nəqli üçün qaz hazırlama qurğularının texnologiyasını araşdıraq [5]. Texnoloji sxem qaz və kondensatın hasili, yığılması və birgə nəqlə hazırlanması üçün platformanın yuxarı qatında yerləşən kompleks funksional blok və avadanlıqlardan ibarətdir. Kompleks funksional bloklar aşağıdakı proseslərin həyata keçirilməsini təmin edir: quyu məhsullarının yığılması və funksional bloklar üzrə paylanması, quyuların yeraltı təmirdən sonra sınağı və mənimsənilməsi, qaz və kondensat üzrə quyuların hasilatının avtomatik ölçülməsi, quyu dibi zonaya təsir, maye fazasının yığılması və sistemdən çıxarılması, quyuların və komunikasiyaların qapalı dövrü sistem üzrə üfürülməsi, hidrata qarşı reagentlərin dozirovkası, qazın və kondensatın bir boru kəməri ilə sahil yığım məntəqələrinə nəqli, axıntı və yağış sularının yığılması və axıdılması, avtonom elektrik təchizatı və s. Qeyd olunan platforma dənizin sahildən 50 km-ə qədər aralıda yerləşən dayaz sulu və donmayan hissəsində quraşdırmaq üçün nəzərdə tutulub və məhdud sayda quyu məhsullarının yığılıb hazırlanmasını təmin edir.
Dənizin dərin sulu akvatoriyasında, sahildən bir neçə yüz kilometr məsafədə, sərt iqlim şəraitində yerləşən qaz - kondensat yataqlarının mənimsənilməsi üçün tamamilə yeni tip platformalar işlənib hazırlanmış və tətbiq edilməkdədir. Buna misal olaraq Barents dənizinin Rusiya sektorunda yerləşən unikal Ştokmanovsk qaz-kondensat yatağında istismar edilən SPAR tipli platformanı göstərmək olar [5]. Bu yataq dənizin 280-380m dərinliyində, Murmansk şəhərindən 650 km məsafədə yerləşir. Dənizin dibində boru kəmərinin trası boyu suyun temperaturu (-0,5)-(0,6) ˚C təşkil edir.
Platformalarda qazın hasili, yığılması, hazırlanması kompleksi blok-modullardan ibarətdir.İstismar kompleksi: sualtı və suüstü (platformada) quyular modulu (kust halında), qazın nəqlə hazırlanması, kondensatın stabilləşdirilməsi və nəqli, metanolun regenerasiyası, məşəl qurğusu, kompressor stansiyası və mərkəzi idarəetmə modullardan ibarətdir. Qazın nəqlə hazırlanması prosesi turbodetander aqreqatı vasitəsi ilə ATS üsulu ilə həyata keçirilir (şəkil 2.4).

İD-1, İD-2 – istilik dəyişdirici; Sep-1,Sep-2,Sep-3 – separatorlar; A-1, A-2 – ayırıcılar; TDA- turbodetander; S-1 – soyuducu; KS-1, KS-2 – kompressor stansiyası; K-1 – stabilləşdirmə kalonu. Şəkil 2.4. TDA istifadə etməklə ATS üsulu ilə qazın hazırlanması qurğusunun texnoloji sxemi.
Şəkildə göstərilən blok–sxem üzrə hazırlanan qazın nəqlini təmin etmək üçün alçaq temperaturlu separatorda qazın termobarik parametrləri P=5,2 MPa, t=-10˚C qəbul edilib. Bu şərait nəql sisteminin ən pis şəraitində belə qazın tərkibindən maye fazasının ayrılması ehtimalını aradan qaldırır.



Yüklə 13,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə