Mühazirə 3 Fırlananma hərəkəti dinamikasının əsas tənliyi. Ətalət momenti. Şteyner teoremi. Bərk cismin hərəkət miqdarı momenti və onun saxlanması qanunu. Maye və qazların mexanikası. Plan


Real mayenin hərəkəti. Nyuton düsturu. Puazeyl düsturu. Stoks düsturu



Yüklə 98,23 Kb.
səhifə4/6
tarix11.12.2023
ölçüsü98,23 Kb.
#147476
növüMühazirə
1   2   3   4   5   6
Ümumi Fizika Mühazirə 3

Real mayenin hərəkəti. Nyuton düsturu. Puazeyl düsturu. Stoks düsturu
Yuxarıda biz ideal maye axınının qanunauyğunluqlarını öyrəndik. Əslində sırf ideal maye yoxdur. Qeyd etmək lazımdır ki, özlülüyü çox kiçik olan mayelərə ideal maye üçün alınmış nəticələri tətbiq etmək olar. Özlülüyü böyük olan mayelər üçün bu qanunlardan kənara çıxmalar müşahidə olunur.
Elə ideal maye axını təsəvvür etmək olar ki, orada hissəciklər bir-birinə nəzərən paralel hərəkət etmiş olsun, onda axın layları bir-birinə nəzərən paralel yerləşmiş olar. Belə axına laminar axın deyilir. Laminar axın kiçik diametrli borularda və kiçik sürətlərdə daha şox müşahidə olunur.
Axının sürəti artdıqca laminarlıq pozulur, maye layları bir – birinə qarışır, axın xətləri paralel olmur. Belə axın turbulent axın adlanır. Turbulent axında mayenin enerjisinin bir hissəsi burulğanlığın əmələ gəlməsinə sərf olunur.
Qeyd etdiyimiz kimi, özlülüyü sıfır olan və mütləq sıxılmayan mayeləri ideal maye adlandırdıq. İdeal mayenin hərəkətindən fərqli olaraq real mayenin hərəkəti zamanı təbəqələr arasında sürtünmə qüvvəsi meydana çıxır. Nisbətən sürətlə hərəkət edən təbəqə tərəfindən, daha yavaş hərəkət edən təbəqəyə yeyinləşdirici qüvvə və əksinə, yavaş hərək edən təbəqə tərəfindən nisbətən tez hərəkət edən təbəqəyə, onun hərəkətini yavaşıdan qüvvə təsir edir. Bu qüvvələr daxili sürtünmə qüvvələri adlamr və maye təbəqələrinin səthinə toxunan istiqamətdə yönəlir. Müəyyən olunmuşdur ki, səthinin sahəsi S olan maye təbəqəsinə toxunan istiqamətdə

sürtünmə qüvvəsi təsir edir. Bu ifadə Nyuton düsturu adlanır.
Burada η - mayenin növünü xarakterizə edən kəmiyyət olub, daxili sürtünmə əmsalı və ya özlülük əmsalı, - maye axınına dx perpendikulyar istiqamətdə sürətin vahid məsafədə dəyişməsi (sü­rət qradiyentinin ədədi qiyməti) adlamr. Özlülük əmsalı böyük ol­duqca, maye ideal mayedən kəskin fərqlənir və onda meydana çı­xan daxili sürtünmə qüvvələri daha böyük olur.
SQS sistemində özlülük vahidi olaraq puaz qəbul olunmuşdur. Sürətin 1sm məsafədə 1sm/san qədər dəyişməsi zamanı, 1sm2 sahəsi olan təbəqəyə toxunan istiqamətdə 1dn qüvvə təsiri yaradan mayenin özlülüyü 1Puaz qəbul olunmuşdur:
1 Puaz =
Beynəlxalq sistemdə özlülük vahidi = 10puaz götürülür.

Yüklə 98,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə