Mühazirə 3 Fırlananma hərəkəti dinamikasının əsas tənliyi. Ətalət momenti. Şteyner teoremi. Bərk cismin hərəkət miqdarı momenti və onun saxlanması qanunu. Maye və qazların mexanikası. Plan



Yüklə 98,23 Kb.
səhifə5/6
tarix11.12.2023
ölçüsü98,23 Kb.
#147476
növüMühazirə
1   2   3   4   5   6
Ümumi Fizika Mühazirə 3

Puazeyl düsturu.
Nazik silindrik şəkildə kapilyar borularda mayenin qərarlaşmış axını zamanı borudan τ müddətində axan mayenin həcmi aşağıdakı düsturla hesablanır:

Bu düstur Puazeyl düsturu adlanır. Burada  - özlülük əmsal, l – borunun uzunluğu, P1- P2 - mayeni boru daxilində hərəkət etdirən təzyiqlər fərqi, R- borunun daxili radiusudur.
Borudan axan mayenin həcmi onun radiusunun 4-cü dərəcəsi ilə mütənasibdir.
Mayenin özlülük əmsalı belə təyin edilir:

Stoks düsturu.
Stoks özlü maye daxilində sürəti ilə hərəkət edən cismə təsir edən müqavimət qüvvəsinin
(1)
ifadəsi ilə təyin olunduğunu müəyyən etmişdir. (1) ifadəsində η - mayenin üzlülüyü, r - cismin xarakterik ölçüsü, c isə cismin formasından asılı olan mütənasiblik əmsalıdır. Stoks qanununa görə özlü mayedə hərəkət edən kiçik kürə üçün müqavimət qüvvəsi
. (2)
Burada r - kürənin radiusudur. Stoks düsturu mayenin öziülüyü­nü təyin etməyə imkan verir. Bunun üçün diametri kürənin diametrindən çox-çox böyük olan silindrik qab içərisinə maye tökərək, kürəni maye daxilinə salıb, onun düşmə hərəkətini izləmək lazımdır.
Laminar axının sürətinin müəyyən qiymətində o turbulent axına keçir. Bu keçid Reynolds kriteriyası ilə müəyyən olunur:

Burada  - mayenin sıxlığı, - axın sürəti, l – xətti ölçü, - mayenin özlülük əmsalıdır. Laminar axın üçün Reynolds kriteriyası Re≤1000, Turbulent axın üçün Reynolds kriteriyası Re =2300, Laminar axından turbulentə keçid üçün Reynolds kriteriyası isə 1000≤Re≤2000 qiymətində baş verir.
Suallar



  1. Ətalət momenti nəyə deyilir?

  2. Maddi nön ətalət momenti nəyə deyilir?

  3. Fırlanan bərk cism üçün dinamikanın əsas tənliyi necə ifadə olunur?

  4. Cismin ətalət momentini dəqiq hesablamaq üçün hansı düsturdan istifadə edilir?

  5. Müxtəlif bircins cisimlərin ətalət momentlərini hesablamaq üçün lazım olan düsturları yazın.

  6. Şteyner teoremi necə ifadə olunur?

  7. Fırlanan cismin kinetik enerjisini riyazi ifadəsini yazın.

  8. Əgər cisim eyni zamanda həm irəliləmə, həm də fırlanma hərəkətində iştirak edərsə, onun tam kinetik enerjinin hesablama düsturunu yazın.

  9. İmpuls momenti nəyə deyilir?

  10. Qüvvə momentinin impulsu necə ifadə olunur?

  11. İmpuls momentinin saxlanması qanunu necə ifadə olunur?

  12. Hansı maye ideal maye adlanır?

  13. Axın xətləri nəyə deyilir?

  14. Axın borusu nəyə deyilir?

  15. Hansı axın stasionar axın adlanır?

  16. Kəsilməzlik teoremini ifadə edin.

  17. Bernulli tənliyini yazın və tənliyə daxil olan təzyiqləri söyləyin.

  18. Bernulli qanunu necə ifadə olunur?

  19. Toriçelli düsturunu yazın.

  20. Hansı maye real adlanır?

  21. Laminar axın nəyə deyilir?

  22. Turbulentr axın nəyə deyilir?

  23. Real mayenin hərəkəti zamanı təbəqələr arasında meydana çıxan sürtünmə qüvvəsinin (Nyuton düsturu) ifadəsini yazın.

  24. Özlülük əmsalınin vahidi necə ifadə olunur?

  25. Kapilyar borularda mayenin qərarlaşmış axını zamanı borudan τ müddətində axan mayenin həcmi hansı düsturla hesablanır (Puazeyl qanunu)?

  26. Stoks düsturu necə ifadə olunur?


Yüklə 98,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə