Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55

 
 
Beləliklə, elektron imza yalnız bir funksiyanı həyata keçirir – imza sahibini müəyyən 
edir. Gücləndirilmiş elektron imza isə imza sahibini identikləşdirməklə yanaşı, imzalanan 
məlumatın tamlığına da nəzarət edir.  
Praktikada  gücləndirilmiş  imza  rəqəmsal  imza  alqoritmlərinin  köməyi  ilə  həyata 
keçirilir. Rəqəmsal imza adətən asimmetrik kriptoqrafiyaya əsaslanır. Rəqəmsal imza iki 
alqoritm  ilə  realizə  edilir:  rəqəmsal  imzanın  yaradılması  alqoritmi  və  rəqəmsal  imzanın 
yoxlanılması alqoritmi. Rəqəmsal imza alqoritmlərinə misal olaraq RSA, DSA, ECDSA, 
ElGamal, Şnorr, QOST R 34.10-2001 və s. alqoritmlərini göstərmək olar. 
9.13. Açıq açar sertifikatı. Sertifikat xidmətləri mərkəzi  
Asimmetrik  kriptoqrafiya  metodlarından  istifadə  etdikdə,  (istifadəçi,  açıq  açar
cütünün həqiqiliyinə zəmanət tələb olunur. Bu məsələnin həlli üçün rəqəmsal sertifikatdan 
istifadə edilir. Rəqəmsal sertifikat xüsusi sertifikat xidmətləri mərkəzləri tərəfindən verilir.  
"Elektron  imza  və  elektron  sənəd  haqqında"  Qanunda  rəqəmsal  sertifikatlara  aid 
aşağıdakı təriflər verilir: 
Sertifikat  –  imza  sahibini  identikləşdirmək  üçün  nəzərdə  tutulan  və  elektron  imzanı 
yoxlama  məlumatlarının  imza  sahibinə  məxsus  olması  barədə  sertifikat  xidmətləri 
mərkəzinin verdiyi kağız və ya elektron sənəd
Təkmil  sertifikat  –  akkreditə  edilmiş  sertifikat  xidmətləri  mərkəzi  tərəfindən 
gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində verilən sertifikat; 
Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallar  istisna 
olmaqla,  sertifikatlaşdırılmış  imza  vasitələri  ilə  yaradılmış  və  qüvvədə  olan  təkmil 
sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.  
Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyi  Məlumat 
Hesablama  Mərkəzi  tabeliyində  Milli  Sertifikat  Xidmətləri  Mərkəzi  fəaliyyət  göstərir. 
Mərkəzin  strukturu,  funksiyaları  və  Mərkəzdən  sertifikatların  alınması  haqqında  geniş 
məlumatı 
http://e-imza.az/
 saytından əldə etmək olar. 
Sertifikatda aşağıdakı verilənlər olur: sertifikatın seriya nömrəsi; sertifikatın sahibinin 
adı;  sertifikatın  sahibinin  açıq  açarı;  sertifikatın  fəaliyyət  müddəti;  elektron  imza 
alqoritminin identifikatoru;  sertifikat xidmətləri mərkəzinin adı və s. Sertifikat onu verən 
sertifikat xidmətləri mərkəzinin rəqəmsal imzası ilə təsdiq edilir. 
Qeyd  edək  ki,  Azərbaycan  Respublikası  vətəndaşlarının  yeni  nəsil  şəxsiyyət 
vəsiqələrinə  vəsiqə  sahibinin  gücləndirilmiş  elektron  imzası  ilə  əlaqədar  sertifikatların, 
elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi nəzərdə 
tutulur. 
9.14. Rəqəmsal imzanın iş prinsipi 
Açıq açarlı kriptoqrafiya əsasında rəqəmsal imzanın iş prinsipinə baxaq. Tutaq ki, hər 
hansı istifadəçi müəyyən məlumatı imzalamalıdır. Bunun üçün o, heş-funksiyanın köməyi 
ilə bu məlumatın heş-kodunu hesablayır və onu özünün gizli açarı ilə şifrləyir. Şifrlənmiş 
heş-kod  məlumata  əlavə  edilir.  Beləliklə,  məlumatın  rəqəmsal  imzası  alınır.  İmzanın 
yaradılması şəkil 4-də göstərilib. 
KitabYurdu.az 
111
 


 
 
Sistemin istənilən iştirakçısı imzalanmış sənədi aldıqda rəqəmsal imzanı yoxlaya bilər. 
Bunun üçün  o,  heş-funksiyanın köməyi  ilə  alınmış  məlumatın heş-kodunu  yaradır. Sonra 
məlumata  qoşulmuş  şifrlənmiş  heş-kodu  imzalayan  şəxsin  açıq  açarı  ilə  deşifrə  edir  və 
deşifrə  edilmiş  heş-kodu  özünün  yaratdığı  heş-kodla  müqayisə  edir.  Onlar  üst-üstə 
düşürlərsə,  imza  həqiqi  hesab  olunur.  Əks  halda  imza  rədd  olunur.  Gizli  açar  yalnız 
imzalayan şəxsə məxsus olduğundan aydındır ki, məlumatı da yalnız o imzalaya bilərdi. 
İmzanın yoxlanması şəkil 5-də göstərilib. 
Qeyd  edək  ki,  məlumatın  rəqəmsal  imzası  məlumatın  özündən  və  imzalayanın  gizli 
açarından asılıdır. Əl imzası demək olar ki, həmişə “eyni” olur. Lakin müxtəlif sənədlər 
üçün  eyni  şəxsin  rəqəmsal  imzası  –  gücləndirilmiş  elektron  imzası  fərqli  olur,  çünki 
sənədlərin  heş-kodları  fərqli  olur.  Burada  hər  hansı  problem  yoxdur,  sənədlə  imzalayan 
şəxsi gizli açar bağlayır və gizli açar yalnız imzalayan şəxsin nəzarətindədir. 
9.15. Asan imza (Mobil imza) 
Elektron  imzanın  yaradılması  və  yoxlanması  prosesləri  proqram  və  aparat  təminatı 
vasitələri ilə həyata keçirilir. Yaxın zamanlara kimi, bu məqsədlə smart-kartlardan istifadə 
edilirdi. Elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları və elektron imza 
sertifikatları smart-kartda saxlanılır və elektron imzanın istifadəsi üçün kompüterə qoşulan 
kart oxuyucusu və xüsusi proqram təminatı tələb edilir.   
Elektron  imzanın  reallaşdırılması  üçün  geniş  yayılan  digər  üsul  mobil  telefonlardan 
istifadə edilməsidir. Bu yanaşmanın yuxarıda qeyd edilən yanaşmadan bir çox üstünlükləri 
vardır. Smart-kart, kart oxuyucusu, kompüter tələb edilmir, hər hansı proqram təminatına 
da  ehtiyac  yoxdur.  İnternetə  çıxışı  olan  mobil  telefonla  istənilən  yerdən  və  istənilən  an 
sənədləri rahatlıqla imzalamaq mümkündür. Mobil telefonların elektron imza üçün istifadə 
edilməsində  bəzi  problemlərin  olmasına  baxmayaraq  (məsələn,  ekranın  ölçüləri, 
kommunikasiya xərcləri, məhdud hesablama resursları və s.), rahat olması və təmin etdiyi 
mobillik onların potensialından istifadə etməyə imkan verir. 
Asan imzadan istifadə etmək üçün mobil rabitə operatorlarından Asan İmza (Mobil ID) 
SIM-kartı  alaraq  xidməti  aktivləşdirmək  üçün  Vergilər  Nazirliyinin  Asan  Sertifikat 
Xidmətləri  Mərkəzinə  müraciət  etmək  lazımdır.  Muvafiq  təlimatları  və  asan  imzaya  aid 
ətraflı məlumatı
 
http://www.asanimza.az/az/
 saytından əldə etmək olar. 
 
Mənbələr 
Rəqəmsal 
imza 
Məlumat 
Heş- 
funksiya 
Deşifrləmə 
Məlumatın 
heş-kodu 
Məlumatın 
heş-kodu 
Müqayisə
 
İmzalayanın  
açıq açarı 
Şəkil 5. İmzanın yoxlanması 
Məlumat 
Heş-
funksiya 
Məlumatın 
heş-kodu 
Şifrləmə 
Rəqəmsal 
imza 
Məlumat 
İmzalayanın gizli 
açarı 
Şəkil 4. İmzanın yaradılması 
KitabYurdu.az 
112
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə