Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə52/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55

 
 
1. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanunu. 9 mart 
2004-cü il. 
 http://e-qanun.az 
2. AzScienceCERT http://www.sciencecert.az/ 
3. Əliquliyev R.M., İmamverdiyev Y.N. Rəqəm imzası texnologiyası, Bakı, Elm, 2003. – 
132 с. 
4. Milli Sertifikat Xidmətləri Mərkəzi http://e-imza.az 
5. Asan İmza http://www.asanimza.az/az/ 
Z.Q.CƏBRAYILOVA 
Tex.f.d., dosent, AMEA İnformasiya Texnologiyaları  
İnstitutunun baş elmi işçisi  
 
 
VERİLƏNLƏR BAZASI 
(Mühazirə 8) 
 
 
8.1.
 
Verilənlər bazası 
8.2.
 
Verilənlər bazasının strukturu 
8.3.
 
Relyasiya strukturlu verilənlər bazası 
8.4.
 
Verilənlər bazası idarə sistemləri və onların təsnifatı 
8.5.
 
Verilənlər bazasının yaradılma mərhələləri 
 
1.
 
Verilənlər bazası 
 
İnformasiyanın  qorunub-saxlanılması  kompüterlərin  ənənəvi  xidmət  növlərindən 
biridir.  İnformasiyanın  kompüterlərdə  qorunub-saxlanılması  üçün  verilənlər  bazasından 
(VB) geniş istifadə olunur. 
Verilən - bazaya daxil ediləcək informasiya vahididir, elementidir. 
İnformasiya  müəyyən  predmet  və  ya  gerçəklik  haqqında  olan  tam  fikirdir, 
məlumatdır. 
Məsələn:  Hər  bir  müəssisənin  kadrlar  şöbəsində  onun  əməkdaşları  haqqında  (kadr 
uçotu  vərəqəsində)  informasiya  saxlanılır.  Bu  informasiyanın  verilənləri  -  elementləri  
bunlardır:  ad,  soyad,  atanın  adı,  təvəllüd,  milliyyət,  hansı  ali təhsil  müəssisəsini neçənci 
ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir, hansı ölkələrdə olub, 
ailə üzvləri və s. 
VB-nin  yaradılması  məqsədindən  asılı  olaraq  eyni  bir  obyekt  və  ya  gerçəklik 
haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər. 
Məsələn:  Hər  bir  dövlətdə  onun  vətəndaşları  haqqında  saxlanılan  informasiyanın 
verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün 
rəngi, boyun uzunluğu, qan qrupu və s. 
Göründüyü kimi bir şəxs haqqında onun işlədiyi təşkilatda saxlanılan informasiyanın 
(kadrlar verilənlər bazası) verilənləri ilə  həmin şəxsin dövlətin vətəndaşı kimi saxlanılan 
informasiyanın (vətəndaşlar verilənlər bazası) verilənlərində müxtəliflik var. 
VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır. 
VB-nin  yaradılmasının  məqsədi  informasiyanın  kompüretdə  qorunub-saxlanılması, 
onların emalı və axtarışının təmin edilməsidir. Deməli, VB- informasiyanın saxlanılması, 
KitabYurdu.az 
113
 


 
 
ilkin  emalı  və  axtarışını  təmin  edən  xüsusi  formatlı  fayldır  və  VB-də  informasiya  necə 
oldu, qarmaqarışıq deyil, strukturlaşmış qaydada saxlanılır. 
Tərif.
 
Verilənlər  bazası  informasiyanın  strukturlaşdırılmış  qaydada  yerləşdiyi  xüsusi 
farmatlı fayldır. 
 
2.
 
Verilənlər bazasının strukturu 
Verilənlərin  strukturu,  onların  kompüterdə  saxlanılması  üsuludur  və  o,  elə 
seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. 
Faylın  VB  olması  üçün  onda  olan  informasiya  struktura  malik  olmalıdır  və  elə 
formatlaşdırılmalıdır ki, verilənlərin yerləşdiyi sahələr bir-birindən asanlıqla fərqlənsinlər. 
Verilənlər bazası struktura görə dörd cür ola bilər: 
iyerarxik; 
- səbəkə; 
- relyasion. 
- obyektyönümlü. 
İyerarxik  VB-da  verilənlər  arasındakı  tabeçilik  münasibətlərindən  asılı  olaraq 
budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan, valideyn-övlad əlaqəli struktur 
da deyirlər (şəkil 1). 
VB-nın  şəbəkə  modelində  verilənlərə  müraciət  ona  gələn  yollar  vasitəsi  ilə  həyata 
keçirilir  və  bir  verilənə  bir  neçə  yol  ilə  gəlmək  olar.  Bu  zaman  hər  bir  verilən  faktiki 
olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər (şəkil  
2). 
 
          
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
          Şəkil 1. VB-nin iyerarxik strukturu                               Şəkil 2. VB-nin şəbəkə 
strukturu 
 
Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar (şəkil 3). Belə 
strukturlu  VB-də  verilən  sətir  və  sütunların  kəsişməsi  ilə  müəyyən  olunur.  Relyasion 
strukturlu VB-də sütunlar sahələr, sətirlər isə yazı adlanır. 
 
№ 
kod 
Soyadı 
adı 
Atanın 
adı 
Doğulduğu 
tarix 
Ailə 
vəziyyəti 
Xaricdə 
olması 
 1
 
 2
 
 3
 
 4
 
 5
 
 6
 
 7
 
 8
 
 9
 
 
10
 
 
11
 
2
 
2
1
 
2
2
 
2
3
 
1
 
3
 
KitabYurdu.az 
114
 


 
 
001 
Ağayeva 
Gülnar 
Fikrət  01.02.71 
ailəli 
olub 
002  Bayramov 
Nicat 
Həmid  05.04.75 
ailəli 
olub 
003  Məmmədov 
Anar 
Hüseyn  20.12.78 
subay 
olmayıb 
 
Şəkil 3. Relyasiya (cədvəl) strukturlu verilənlər bazasının bir nümunəsi  
 
Obyektyönümlü  VB-də  verilənlər  obyekt  şəklində  saxlanılır. Bu  gün  belə  VB  həm 
də paylanmış strukturludur, istifadəsinə görə relyasiya VB-dən geri qalır. Bu tip strukturun 
və  relyasiya  strukturunun  imkanlarını  birləşdirməklə  obyekt-relyasiya  strukturlu  bazalar 
yaradılır ki, onlar da hıbrıd strukturlu VB adlanır (məsələn, Oracle VBİS 8 versiyası).  
3.
 
Relyasiya strukturlu verilənlər bazası 
Relyasiya strukturlu (bəzən buna cədvəl strukturu da deyilir) VB-də verilən sətir və 
sütunların  kəsişməsi  ilə  müəyyən  olunur.  Cədvəlin  sətirləri  yazı,  sütünlar  isə  sahələr 
adlanır.  Şəkil  3-də  təqdim  edilən  relyasiya  strukturlu  VB-də  3  yazı,  7  sahə  var.  Sahələr 
VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər. 
Sahələrin xüsusiyyətləri 

 
Hər  bir  sahənin  ən  birinci  xüsusiyyəti  onun  uzunluğudur.  Sahənin  uzunluğu  orada 
yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə  müəyyən olunur. 

 
Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola 
bilməz.  

 
Hər  bir  sahənin  imza  xüsusiyyəti  var.  İmza  elə  bir  göstəricidir  ki,  VB-də  həmin 
sahənin olduğu sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, 
amma imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə 
bəzən  eyni  imza  vermək  olar.  Bu  kompüterin  işinə  mane  olmayacaqdır.  Belə  ki,  bu 
sahələr müxtəlif adlarla saxlanılacaqdır.  
 
 
Sahələrin  tipləri.  Sahələr  orada  saxlanılan  verilənin  tipindən  asılı  olaraq  müxtəlif 
tipli olurlar. 

 
Mətn  sahələr  -  mətn  tipli  verilənlərin  saxlanılması  üçün  istifadə  olunur.  Mətn 
sahənin  bir  məhdudiyyəti  var  -  onun  ölçüsü  256  simvoldan  çox  ola  bilməz,  yəni  orada 
saxlanılan veriləndə olan simvollar sayı 256 simvoldan artıq ola bilməz. 

 
Ədədi  sahələr  –  rəqəmlə  ifadə  olunan  verilənlərin  daxil  edilməsinə  xidmət  edir. 
Ədədi  sahələr  müxtəlif  olurlar:  tam  ədədlərin  daxil  edilməsi  üçün  sahələr  və  onluq 
ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də 
onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.    

 
Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur. 

 
Xüsusi tip sahələr  – pul sahəsi.  Adından  məlumdur ki, bu sahədə pulun məbləği 
saxlanılır.  Pulun  məbləğini  ədədi  sahədə  də  saxlamaq  olar,  lakin  pul  sahəsində  onlarla 
işləmək  daha  münasibdir.  Bu  halda  kompüter  ədədi  onun  pul  vahidləri  ilə  birlikdə  əks 
etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla 
incə rəftar edə bilir.  

 
Müasir  VB-də  təkcə  ədəd  və  hərfləri  deyil,  həm  də  şəkil  və  musiqi  kliplərini, 
videoyazıları  da  saxlamaq  olur.  Belə  obyektlər  üçün  nəzərdə  tutulan  sahə  OLE  obyekt 
sahəsi adlanır. 
KitabYurdu.az 
115
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə