Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə43/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Polimerlərin deformasiya xüsusiyyətləri. Polimerlərin deformasiyasının başqa cisimlərin deformasiyasından kəskin fərqlənməsi onların molekullarının zəncirvari quruluşa malik olması ilə əlaqədardır. Belə quruluş istər sintetik və istərsə də təbii, o cümlədən biopolimerlərə xasdır. Polimer ucları bir birinin içərisinə keçən yumaqlar toplusu kimi təsəvvür edilir. Şəkil 10.7-də polimer nümunəsinin modeli göstərilmişdir. a şəklində polimerin deformasiyaya qədərki halı verilmişdir. Dairələrlə polimerin yumaq şəkilli makromolekulları və onları bir biri ilə birləşdirən makromolekul zəncirinin hissələri təsvir edilmişdir. İlk anlarda F qüvvəsinin təsiri ilə polimer elastik deformasiyaya məruz qalır. Bu zaman yumaqlar-dairələr bir birindən uzaqlaşır, yəni yumaqları birləşdirən zəncir hissələri uzanırlar (şəkil 10.7, b).

118


Deformasiyadan əvvəl sistemi təşkil edən hissəciklər bir birilə tarazlıqda olurlar. Cismi sıxarkən və ya uzatdıqda bu tarazlıq pozulur: sıxdıqda hissəciklər arasında itələmə, uzatdıqda cəzbetmə qüvvələri üstünlük təşkil edirlər. Hər iki halda polimerin potensial enerjisi artır, yəni hər iki halda bu qüvvələrə qarşı iş görülür.
Elastiklik hüdudundan sonra polimerlərdə yaranan deformasiya yüksəkelastiklik deformasiyası adlanır. Bu növ deformasiya yalnız polimerlərə xasdır. Bu deformasiya zamanı polimer yumağı açılmağa başlayır; bir birinə dolaşmış zəncir xətt formasını alır (şəkil 10.7, c).


Şəkil 10.7

Yüksəkelastik deformasiyanın qiyməti polimerin xüsusiyyətindən asılı olaraq çox böyük ola bilər. Kauçuk və rezinlərdə nisbi yüksəkelastiklik deformasiyası nümunənin öz ölçüsundən 10-12 dəfə böyük olur. Bu deformasiya zamanı polimer makromolekullarının forması, fəza quruluşu (konformasiyası) dəyişir, polimerin daxili potensial enerjisi dəyişir. Deformasiya zamanı istilik ayrılır. Xarici qüvvəni kəsdikdən sonra polimerə onun yüksəkelastiki deformasiyası zamanı kənara verdiyi qədər istilik miqdarı versək polimer deformasiyadan əvvəlki forma və ölçülərini bərpa edəcəkdir.


Polimerin deformasiyasını davam etdirsək, yüksəkelastiklik deformasiyasından sonra özlüaxıcılıq plastik deformasiya yaranır. Belə deformasiyadan sonra polimer heç bir vasitə ilə öz əvvəlki halını bərpa edə bilmir.
Bioloji sistemlərdə yaranan deformasiyalar da burada qısa şəkildə tanış olduğumuz deformasiyaların qanunauyğun- luqlarına tabedir.

120







Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə