Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə41/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Burulma. Silindrik çubuğun alt oturacağını bağlayıb üst oturacağına toxunan istiqamətdə cüt qüvvə (qiymətcə bərabər, istiqamətcə bir birinin əksinə yönəlmiş və cismin müxtəlif nöqtələrinə tətbiq edilmiş qüvvə cüt qüvvə adlanır) tətbiq etdikdə cismin layları bir-birinə nəzərən sürüşür və uzunluqları dəyişir. Bu deformasiya burulma deformasiyası

114


adlanır (şəkil 10.4).
Göründüyü kimi, burulma deformasiyası da uzununa (sıxılma) və sürüşmə deformasiyalarının kombinasiyasından ibarətdir. Silindrin bütün nöqtələrində deformasiya eyni deyildir; silindrin mərkəzindən uzaqlaşdıqca deformasiyanın qiyməti artır.


Şəkil 10.4

Silindrin burulma deformasiya qanunu aşağıdakı düsturla ifadə olunur:
M=N
Burada  - burulma bucağı, M-cüt qüvvələrin momenti, N- burulma modulu olub, sürüşmə modulu ilə əlaqəsi aşağıdakı kimidir:

  r 4
N G
2l

(10.4)


Burada r-silindrin radiusu, l-onun uzunluğudur.
7. Plastik deformasiya. Plastik deformasiya toxunan gərginliyin təsiri altında baş verə və iki üsulla həyata keçə bilər.

  1. Müstəvi boyunca sürüşmə mexanizmində kristalın bir atom təbəqəsi digər təbəqə boyunca atomlararası məsafənin tam mislinə bərabər diskret kəmiyyət qədər sürüşür.

Sürüşmə zolaqları arasındakı aralıqda deformasiya baş vermir. Plastik deformasiya zamanı bərk cisim öz kristallik quruluşunu dəyişmir və elementar qəfəsdə atomların düzülüşü saxlanılır. Atomların ən sıx düzülüşü olan kristalloqrafik müstəvi sürüşmə müstəvisi hesab olunur. Təzyiqlə emal zamanı deformasiyanın bu növü ən xarakterikdir.

  1. İkiləşmə kristalın bir hissəsinin digər hissəsinə simmetrik vəziyyətə dönməsidir. Simmetriya müstəvisi ikiləşmə müstəvisi hesab olunur. Ikiləşmə adətən həcmə mərkəzləşmiş və heksaqonal qəfəs quruluşlu kristalların plastik deformasiyası zamanı yaranır, deformasiya sürətinin yüksəlməsi və temperaturun azalması ilə ikiləşməyə meyl artır.

Ikiləşmə yalnız xarici qüvvənin təsiri altında deyil, plastik deformasiya olunmuş cismin tab alınması zamanı da yarana bilər. Ikiləşməyə kiçik deformasiya dərəcələrində nail olmaq olar.


    1. Yüklə 5,01 Mb.

      Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə