Mühazirə kursu а з я р бай ж ан р е с публика


MÜHAZIRƏ 26 Kvazistasionar elektromaqnit sahəsi



Yüklə 5,01 Mb.
səhifə106/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

MÜHAZIRƏ 26

Kvazistasionar elektromaqnit sahəsi




1. Yerdəyişmə cərəyanının kiçik olması şərti. Fuko cərəyanları. Əvvəlki mühazirələrimizdə qeyd etdik ki, elektrik sahəsinin dəyişdiyi bütün hallarda yerdəyişmə cərəyanı yaranır. Deməli yerdəyişmə cərəyanı dəyişən cərəyanın axdığı naqilin özündə də mövcuddur. Lakin naqildə onun qiyməti keçiricilik cərəyanı ilə müqayisədə nəzərə alınmayacaq dərəcədə kiçikdir.
İnduksiya cərəyanı bütöv massiv keçiricidə də yarana bilər. Bu halda onlar Fuko cərəyanı və ya burulğanlı cərəyanlar adlanır. Bir halda ki, massiv keçiricinin elektrik müqaviməti çox kiçikdir, onda Fuko cərəyanı çox böyük qiymət ala bilər. Fuko cərəyanı Lens qaydasına tabedir. Naqil daxilində onlar elə yol və istiqamət seçirlər ki, öz təsirləri ilə onları yaradan səbəbə güclü əks təsir göstərə bilsinlər. Buna görə də maqnit sahəsində hərəkət edən yaxşı keçiricilər Fuko cərəyanının maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində güclü tormozlanmaya məruz qalırlar. Bundan qalvanometrlərin, seysmoqrafların və digər cihazların hərəkət edən hissələrini sakitləşdirmək (dempfirləmək) üçün istifadə edirlər. Cihazın hərəkət edən hissəsinə sektor şəklində keçirici (məsələn, alüminium) lövhə bərkidilir və güclü sabit maqnitin qütbləri arasındakı boşluqda yerləşdirilir (şəkil 26.1).
Lövhənin hərəkəti zamanı onda sistemi tormozlayan burulğanlı cərəyanlar əmələ gəlir. Bu cür qurğunun üstünlüyü ondan ibarətdir ki, tormozlanma yalnız lövhənin hərəkəti zamanı yaranır və lövhə hərəkət etmədikdə yoxa çıxır. Buna görə də elektromaqnit sakitləşdirici sistemin tarazlıq vəziyyətinə tam dəqiq qayıtmasına qəti mane olmur.
296

Şəkil 26.1

Fuko cərəyanının istilik təsirindən induksiya sobalarında istifadə edirlər. Bu cür qızdırıcı soba, böyük şiddətli, yüksək tezliklə qidalanan makaradan ibarətdir. Əgər makaranın daxilinə keçirici cisim yerləşdirsək, onda intensiv burulğanlı cərəyanlar əmələ gəlir ki, bu da cismi əriməyə qədər qızdıra bilər. Bu üsulla metalların vakuumda əriməsi həyata keçirilir ki, bu da yüksək təmizlikli materialların alınmasını həyata keçirməyə imkan verir.


Fuko cərəyanlarının köməyi ilə vakuum qurğularının daxili metallik hissələrini qızdıraraq, onların qazsızlaşdırılması həyata keçirilir.
Bir çox hallarda Fuko cərəyanları arzuolunmazdır və xüsusi üsullarla onun qarşısı alınır. Məsələn, transformatorların içliklərinin burulğanlı cərəyanla qızmasının qarşısını almaq üçün bu içliklər izoləedici qatla ayrılmış nazik lövhələrdən yığılır. Lövhələr elə yerləşdirilir ki, Fuko cərəyanlarının mümkün istiqaməti ona perpendikulyar olsun. Ferritlərin meydana gəlməsi bütöv içliklərin hazırlanmasına imkan verdi.
Dəyişən cərəyan axan naqillərdə yaranan burulğanlı cərəyanlar elə yönəlir ki, naqilin daxilində axın zəifləyir və səthə yaxın cərəyan güclənir. Nəticədə yüksək tezliklə dəyişən cərəyan naqilin en kəsiyi boyunca qeyri bərabər paylanır. Sanki
naqilin səthinə sıxışdırılıb çıxarılır. Bu effekt skin effekt və ya səth effekti adlanır. Skin effekti nəticəsində yüksək tezlikli dövrələrdə naqilin daxili hissəsi faydasız olur. Buna görə də yüksək tezlikli dövrələrdə boru şəkilli naqillər tətbiq edilir.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə