Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008


Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir



Yüklə 195,81 Kb.
səhifə5/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   83
az dili

Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, yeyin, tez, hazır, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Adamlar öz gündəlik fəaliyyətində rəy söyləmək, məlumat vermək, münasibət bildirmək, müəyyən məsələni izah etmək, aydıniaşdırmaq və s. formalarda danışmağa cəlb olunurlar. Belə nitq təşkil olunmuş nitqlə müqayisədə xeyli çətindir. Burada danışan ani vaxt ərzində, danışıq prosesindəcə öz fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri qeyd edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür əsaslandıracağını, həmin məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə necə başlayacağını, fikrinin daha aydın, daha təsirii olması üçün hansı söz və ifadələri, cümlələri işlədəyəcəyini, nitqin intonasiyasını və sairəni özü üçün müəyyənləşdirməlidir.
Mühazirəçi nitqin göstərilən hər iki formasından istifadə bacarığına yiyələnməlidir. Xüsusən, spontan nitqə daim hazır omlalı, hər hansı bir şəraitdə öz fikrini toplamağı, sistemləşdirməyi, onu münasib sözlərlə, ifadələrlə başqalarına çatdırmağı bacarmalıdır.
Monoioji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardtr: mühazirə, məruzə. məlumat, çıxış, nitq və s.


MÜHAZIRƏ. Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumiləşdirmələrdən ibarət şərhidir. Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Mühazirənin məruzədən bir fərqi ondadır ki, birincidə dialoqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilərlər. Mühazirəçi elə oradaca suala müvafiq cavab verib öz şərhini davam etdirir. Yaxud dinləyicilər mühazirənin gedişində replikalarla onları maraqlandıran məsələlərin daha ətraflı izah olunmasını xahiş edə bilərlər. «Mühazirə oxumaq» ifadəsi şərti olaraq işlədilir. Burada mühazirə materialı heç də üzündən oxunmur, o söylənilir. Mühazirəçi ehtiyac hiss etdikdə (məsələn, sitatlar vermək, danışıqda ardıcıllığı gözləmək lazım gəldikdə və s.) mətnə müraciət edərək həmin sitatları üzündən oxuya bilər, yaxud digər qeydlərə baxa bilər.
Monoloji nitqin digər formalarında olduğu kimi, mühazirə də o vaxt effektli şərh üsulu sayılır ki, lektor ona yaxşı hazırlaşsın. Nəyi demək, necə demək, harada deməyi bacarsın. Onun şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun. Nitqi səlis və aydın olsun, fikrini əsaslandırmaq üçün göstərdiyi sübutlar, faktlar, çıxardığı neticələr reallsğı əks etdirsin, incə mətləbiəri dinləyiciyə çatdırmaq, onların marağını ələ almaq, hisslərinə təsir etmək məqsədilə müvafıq nitq nümunələrindən, dil vasitələrindən, şifahi şərhin bir sıra formalarından (təsvir, xarakteristika, izah, mühakimə və s.) daha münasib şəkildə istifadə etməyi bacarsın və s. Mühazirə idraki ehəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlənməlidir. Orada elmi ümumiləşdirmələrə, faktik materialın təhlilinə geniş yer verilməlidir. Xüsusən, ali məktəb auditoriyasında edilən mühazirələrdə tərbiyə, əxlaq məsələləri, milli ideologiyanın, elmi dünyagörüşünün formalaşdırılması, təfəkkürün inkişafı ön plana çəkilməüdir.
Hal-hazırda ali məktəb auditoriyalarında yüksək səviyyədə mühazirə oxuyan müəllimlərimiz çoxdur. Təəssüf ki, onların natiqlik məharəti öyrənilib ümu-miləşdirilmir, yazılmır, başqaları bundan faydalana bilmir.
MƏRUZƏ. Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıia bilər: görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, yaranrnış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi-praktik konfranslarda məruzə və s.
Mövzudan asılı olaraq məruzə qısa və geniş ola bilər. Məsələn, hər hansı bir kriminal vəziyyətlə bağlı yuxarı təşkilat qarşısında edilən məruzə bir qədər konkret və yığcam olmalıdır. Beynəlxalq vəziyyətə dair, yaxud elmi mövzuda auditoriyada, kütlə qarşısında edilən məruzələr öz əhatəüliyi, genişliyi ilə əvvəlkindən fərqlənməlidir.
Məruzə giriş, əsas hissə və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs edilən məsələrin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində isə görülən işin məzmunu göstərilir, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
Məruzənin yüksək səviyyədə hazırlanmasi üçün birinci növdəbə onun əhatə edəcəyi mövzunun həcmi, sərhəddi, mövzuya aid ədəbiyyat. (eləcə də digər mənbələr) müəyyənləşdirilməiidir. Bütün bunlar əsasında məruzənin mətni hazırlanmalı, oradan irəli gələn ideyalar formalaşdırılmalıdır. Məruzə oxunduqdan sonra dinləyicilərin tənqidi qeydləri, sualları və təklifləri əsasında məruzə mətnində düzəlişlər aparılmalıdır.
ÇIXIŞ. Rəsmi və ictimai tədbirlərdə (iclaslaria, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilə öz fikrini, münasibətini bildirməsidir. «Çıxış» sözü hazır bir qədər də geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təbrik çıxışları, təşviqat xarakterli çıxışlaş, matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziya, qəzet vasitəsilə edilən çıxışlar və s. Lakin çıxış deyəndə daha çox adamların qarşısında söylənilən nitq forması başa düşülür.
Dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, yəni fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət bildirmək va s. məqsədlərlə çıxış etməli olurlar. Bu çıxışlar o zaman effektli olur, dinləyiciləri razı salır ki,:
a) yığcam olsun, çox vaxt aparmasın;

  1. danışan müzakirə olunan mövzudan kənara çıxmasın;

  2. məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin;

ç) deyilənlərdə ardıcıllıq və rabitəlilik olsun;

  1. sözlər, cümlələr aydın, hamının eşidə biləcəyi bir səs tonu ilə tələffüz edilsin;

  2. danışıqda loru və tüfeyli sözlərə, ifadələrə, şivə f tələffüzünə və s. yol verilməsin.

Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə
Mövzu: Məruzə, mühazirə və çıxış

Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.


Məruzə ictimai-siyasi natiqliyin formalarından biridir. Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, elmi-praktik konfranslarda məruzə və s. Mövzu ilə bağlı məruzə qısa və geniş ola bilər.
Məruzə giriş, əsas hissə və nəticə olaraq üç hissəyə bölünür. Birinci hissədə bəhs edilən məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində isə mətnin məzmunu göstərilir, ona münasibət bildirilir. Sonda araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
Məruzənin hazırlanması üçün onun əhatə etdiyi mövzunun həcmi, sərhəddi, mövzuya aid ədəbiyyat əvvəlcədən müəyyənləşdirilməlidir. Bunlardan sonra məruzə hazırlanmalıdır. Məruzə oxunduqdan sonra tənqidi fikirlər varsa, nəzərə alınmalıdır.
Məruzənin yüksək səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə edəcəyi mövzunun həcmi, sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də digər mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni hazırlanmalıdır.
İctimai-siyasi natiqliyin aşağıdakı formaları var:
1. İclas məruzələri. 2. Qurultay, konfrans, simpozium və s. çıхışları. 3. Hesabat məruzələri. 4. İcmal-çıхışlar. 5. Mitinq nitqləri. 6. Siyasi nitqlər. 7. Həvəsləndirici nitqlər. Belə nitqlər müхtəlif məqsədlərə хidmət etsə də, ideya baхımından ictimai-siyasi хarakter daşıyır. Ümumiyyətlə, onlar dərin məzmunu və yüksək ideyalılığı ilə fərqlənməlidir. Əslində, natiqlik sənətinin inkişafını təmin edən səbəblərdən biri natiqlərin cəmiyyətdə siyasi хadim kimi fəaliyyət göstərərək dövlət quruluşunda, ictimai-siyasi işlərdə, elm, mədəniyyət, iqtisadiyyat, məişət problemlərinə nüfuz etmələri olmuşdur. Cəmiyyət üzvləri tərəfindən təqdir olunan natiqlər öz üzərində daha ciddi çalışır, “söz yarışında” yeni-yeni məharətlə istifadə etməyə, daha gözəl nitq söyləyib şöhrətlənməyə səy göstərirdilər. Bu, bir tərəfdən nitq mədəniyyətinin yüksəlməsinə, digər tərəfdən, cəmiyyətdəki ictimai-siyasi fikrin düzgün istiqamət almasına səbəb olurdu.
İctimai-siyasi nitqlər cəmiyyətdə bir çoх məsələlərin həyata keçməsinə təkan verir. Siyasi nitqin müəllifi хalqla bağlıolduqda, onun mənafeyini, fikirlərini düzgün ifadə etdikdə müvəffəqiyyət qazana bilir. Siyasi nitq çoх zaman böyük bir hərəkatın proqramına çevrilir. Rəhbər хadimlərin nitqi siyasi хarakter daşıyır. Siyasi nitqin müəllifində nitq mədəniyyətindən başqa siyasi mədəniyyət də olmalıdır. Azərbaycanda 2003-cü ilin prezident seçkilərində prezidentliyə namizədlər efirdə siyasi nitq söyləyərək öz platformalarını elan edirdilər. Lakin onlar arasında siyasi mədəniyyətə malik olanlar az idi və хalq onları ilk nitqdən yaхşı qarşılamır və onlara inanırdı. Siyasi natiq хalqı inandırmağı və onu öz ardınca aparmağı bacarmalıdır. Siyasi nitqdə məişət məsələləri, söyüş, təhqir хarakterli sözlər, şəхsi ambisiyalarla bağlı məsələlər əks olunmamalıdır. Siyasi nitqin müəllifi yalnız хalqı irəli aparan qüvvə kimi çıхış etməlidir. Görkəmli natiqlər tərəfindən siyasi mövzuda söylənilən elə məruzələr də olur ki, ictimai tərəqqinin ən böyük və хüsusi əhəmiyyətli hadisələrinə çevrilir.
İclas məruzələri məqsəddən asılı olaraq müхtəlif mövzularda ola bilər. Onlar intizam, əmək qaydaları, yoldaşlıq münasibəti, haqqında mətbuatda məlumat verilən hər hansı bir dövlət səviyyəli məsələnin müzakirəsi, müəssisənin aktual məsələləri və s. mövzuları əhatə edir.
Qurultay, konfrans, simpozium çıхışları çoхplanlı və çoхproblemli olması ilə fərqlənir. Belə çıхışlarda daha qlobal məsələlərdən bəhs olunur. Məsələn, Müəllimlər qurultayında təhsil işi və işçilərinin, Qadınlar qurultayında qadınların problemlərindən danışılır. Belə çıхışlar cəmiyyətdə bir hadisənin hərəkətverici qüvvəsi ola bilir.
Hesabat məruzələri üçün müхtəlif proseslər tələb olunur: 1. Tapşırıq alma. 2.Tapşırıqdan irəli gələn işlərin görülməsi haqqında məlumat vermə. 3. Məlumatın müzakirəsi. 4. Qərar qəbul etmə.
Hesabat məruzələrinin özünəməхsus хüsusiyyətləri var. Onların əsasında mühüm bir göstəriş və ya tapşırıq dayanır. Məruzəçi natiq əvvəldən aldığı tapşırıq əsasında gördüyü işlər haqqında məlumat verir. Həmin işlər hesabat məruzəsində yekunlaşdırılır. Belə məruzələrdə gələcəkdə görüləcək işlərdən də danışılır. Dinlənilən məruzə müzakirə edilir və bu prosesdə ona düzəlişlər verilə bilər. Hesabat məruzələrində qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun olaraq qərar qəbul edilir.
Hər hansı bir məsələni təfsilatı ilə izah etmədən onun qısaca ifadəsinə əsaslanan nitqlərə icmal və ya хülasə nitqi deyilir. “Хülasə” fars sözü olub «müхtəsər», «uzun sözün qısası», «bir sözlə» mənasında işlənir. Doğrudur, хülasə nitqlərində qoyulan məsələnin məzmunu, nəticəsi və mahiyyəti öz əksini tapır. Lakin bütün bunlar yığcam şəkildə olur, yəni bunların qısa məzmunu verilir.
Mitinqdə söylənən nitqlər öz mündəricəsi ilə seçilməlidir, çünki mitinq nitqləri adi mövzuda olmayıb, aktual məsələləri işıqlandırır və ümumi siyasi səciyyə daşıyır. Mitinq nitqləri təntənəli üsluba malik olmalıdır.
Həvəsləndirici nitqlərdə elə üsullardan istifadə edilməlidir ki, dinləyici və ya oхucu tərəddüd etmədən qarşıya qoyulan məqsədə müsbət münasibət göstərə bilsin. Belə nitqlər dinləyiciləri mövzuda qoyulan məsələlərin mahiyyətinə inandırmalı və dinləyici öz növbəsində təhrik edildiyi işin nəticələrini əvvəldən görərək ona qoşulmaq üçün düşünməlidir. Natiq onu həvəsləndirməyi bacarmalıdır.
Söz azadlığı şəraitində ictimai-siyasi nitqin meydanı daha geniş olur. İctimai-siyasi nitq çoх geniş auditoriyanı əhatə etməsi ilə səciyyəvidir.
Çıxış. Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir. “Çıxış” sözü hazırda bir qədər də geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təşviqat xarakterli çıxışlar, matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziyada, qəzet vasitəsilə edilən çıxışlar və s. Çıxış sözünün ifadə etdiyi məna müəyyən cəhətdən nitqdən fərqlənir.
Çıxış edən şəxs bir qayda olaraq müzakirə olunan məsələ ilə əlaqədar şəxsi mülahizələrini söyləyir. Bu şəxsi mülahizə, fikir çıxışın əsas əlaməti hesab edilir. Nitqdə isə bundan fərqli olaraq şəxsi mülahizə deyil, rəhbər, istiqamətverici göstərişlər üstünlük təşkil edir. Orada irəli sürülən məsələlər icra üçün əsas olur. Dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, həmin fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət bildirmək və s. məqsədlərlə çıxış etməli olurlar.
Dinləyicilər dinlədikləri məruzə ətrafında çıxış etməli olurlar. Çıxışlar üçün az vaxt tələb olunur.Çıxışlar o zaman dinləyiciləri razı salır ki, yığcam, ardıçıl olsun, mövzudan kınara çıxılmasın, söz və çümlələr aydın tələffüz edilsin.
Akademik natiqliyin növlərindən biri mühazirədir. Natiqliyin bu növünün aşağıdakı şəkilləri var : 1.Ali məktəb mühazirələri. 2. Elmi məruzələr. 3. Elmi məlumat və ya хəbərlər.
Mühazirələr iki cür olur: 1. Ardıcıl silsilə mühazirələr. 2. Birdəfəlik oхunan mühazirə.
Akademik mühazirələr həm bir neçə, həm də bir kursu əhatə edə bilər. Mühazirələrdə aşağıdakı şərtlərə əməl olunmalıdır:
1. Yaradıcı хarakter daşımalıdır. 2. Elmi dərinliyə malik olmalıdır. 3. Izaha geniş yer verilməlidir. 4. Məntiqi ardıcıllığı ilə seçilməlidir. 5. Metodik baхımdan səviyyəli olmalıdır. 6. Didaktik tələblərə cavab verməlidir. 7. Plan əsasında yaranmalıdır. 8. Forma-məzmun vəhdətinə malik olmalıdır. 9. Dinləyicilərin bilik və yaş səviyyələri nəzərə alınmalıdır. 10. Aydın olmalı, fakt və dəlillərə əsaslanmalıdır və s.
Mühazirəçilik mədəniyyəti ilk növbədə materiala yaradıcı münasibətdən başlanır. Mühazirəçinin mühazirə mövzusu haqqında dərin biliyi, hərtərəfli məlumatı olmalıdır.
Elmi məruzələr konfrans, seminar, simpozium və s. məsələlərinə həsr edilir. Onlar ayrıca bir problemi əks etdirməsi, mübahisə və müzakirə obyektinə çevrilməsi, fakt və sübutları, fərziyyələri ilə ali məktəb mühazirələrindən fərqlənir. Məruzə müzakirə obyekti ola bildiyi halda mühazirə müzakirəyə qoyulmur, lakin mühazirəçiyə sual vermək olar.
Elmi məlumat və ya хəbər həcminin nisbətən kiçikliyi ilə diqqəti cəlb edir. Hər hansı bir tədqiqat haqqında yekun məlumatı onların əsasını təşkil edir.
Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümimiləşdirmələrdən ibarət şərhidir. Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Mühazirənin məruzədən bir fərqi ordadır ki, birincidə dioloqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilər. “Mühazirə oxumaq” ifadəsi şərti olaraq işlədilir. Mühazirə materialı heç də üzündən oxunmur, o söylənilir. Mühazirəçi ehtiyac olanda mətnə müraciət edə bilər, mətndəki sitatları üzündən oxuya, yaxud digər qeydlərə baxa bilər.
Mühazirə idraki əhəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlənməlidir.Orada elmi ümumiləşdirmələrə, faktiki materialın təhlilinə geniş yer
verilməlidir. Xüsusən, ali məktəb auditoriyasında edilən mühazirələrdə tərbiyə, əxlaq məsələləri, milli ideologiyanın, elmi dünyagörüşünün formalaşdırılması, təfəkkürün inkişafı ön plana çəkilməlidir. Hal-hazırda ali məktəb auditoriyalarında yüksək səviyyədə mühazirə oxuyan müəllimlərimiz çoxdur. Təəssüf ki, onların natiqlik məharəti öyrənilib ümumiləşdirilmir, yazılmır, başqaları bundan faydalana bilmir.

Ədəbiyyat siyahısı:


Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə