Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə8/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   83
az dili

Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005

Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə
Mövzu: Fənnin mövzusu, məqsədi
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya nitq mədəniyyətinin təzahür forması kimi. Fənnin məqsəd, vəzifə və əlaqələri
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” ali məktəblərdəki tədris fənləri arasında yenidir. O, tədris fənləri sırasına 2020-ci ildən daxil edilib. Əslində, bu fənnin əsasında “Azərbaycan dilinin üslubiyyatı” və “Nitq mədəniyyəti” dayanır və o, nitq mədəniyyətinin təzahür formalarından biridir. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni iş yerlərində və elmi mühitdə ünsiyyətin doğru şəkildə qurulması, işgüzar yazışma qaydalarının öyrənilməsi məsələlərindən bəhs edir. İşgüzar və akademik ünsiyyət qurma bacarığının formalaşdırılması fənnin əsas vəzifələrindən biridir. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni tələbələrin istər yazı, istərsə də danışıq texnikasını daha dərindən mənimsəməsi məqsədi daşıyır. Bu fənnin tədrisində Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqları formalaşdırılıb inkişaf etdirilir.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni ünsiyyətə müsbət təsir edən faktorlarla kommunikasiya prosesi arasındakı əlaqənin olmasını, təlimin nəzəri biliklərlə yanaşı, praktik ünsiyyət formalarından istifadə qaydalarını öyrədir. Buraya həmçinin ünsiyyəti uğurlu edən qaydalar da daxildir. Onlar aşağıdakılardır:

  1. Əgər mənfi planda fikir deyiləcəksə, əvvəlində müsbət bir cümlə ilə başlamaq, əvvəlcə mənfikilərdən yox, müsbət tərəflərdən danışmaq, daha sonra problemli sahədən bəhs etmək lazımdır.

  2. Hansısa bir hadisəni, bir vəziyyəti başqa birinə izah etmək məcburiyyəti yaranarsa, cümlələrin sadə və şişirtməsiz (obyektiv) olmasına diqqət edilməli, faktlar vurğulanmalıdır. Belə olduqda, başqa deyilənlər də şübhə doğurmayacaq.

  3. Qarşıdakı kömək və ya fikir istəmədiyi müddətcə onu istiqamətləndirmək düzdün deyildir.

  4. İstək və ehtiyaclar mövzusunda dürüst, sadə və aydın ünsiyyət qurmaq onları əldə etməyin ən yaxşı və sağlam yoludur.

  5. Əgər iş yerində heç kimin bilmədiyi qarışıq və ya ixtisas sahəsi xaricində bir mövzudan bəhs edilərsə, ya təklif olaraq təqdim etmək lazımdırsa, ən yaxşı üsul nümunə verməkdir. Nümunələr mövzuların başa düşülməsinə əhəmiyyətli dərəcədə aydınlıq gətirir. Danışıq zamanı fəal dinləyici mövqeyində olmaq, mühakiməedici, israrçı və inadçı rəftarlardan çəkinmək, əks fikirləri də hörmətlə dinləmək, doğru bədən dili və üslubla fikir söyləmək lazımdır.

  6. Əgər uzun və ətraflı bir danışıq lazımdırsa, mətni hissələrə ayırmaq və nümunələr gətirməklə danışmaq daha düzgündür.

  7. Danışarkən göz kontaktı qurmaq yerinə düzər. Qarşıdakı adamlarla əlaqə saxlamağın yolu təkcə sözlər deyil, həm də gözlərdir. Doğru ünsiyyət həm vizual, həm şifahi olaraq qurulur.

  8. Yaxşı bir dinləyici olmaq və qarşıdakını diqqətlə dinləmək mədəniyyət örnəyidir.

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” bir çox fənlərlə əlaqəlidir. Bu mənada, tarix, coğrafiya, psixologiya, ədəbiyyat dənlərini göstərmək olatr. Lakin “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”nın daha çox əlaqədə olduğu fənlər dilçilik emlinə aid olan bütün sahələr, xüsusilə də “Üslubiyyat” və “Nitq mədəniyyəti”dir. Bu fənnin tədrisində işgüzarlıq və akademik ünsiyyət əsas yer tutduğundan onun ədəbi dilinh funksiopnal üslubları ilə əlaqəsi təbiidir. Belə ki, işgüzarlıq, rəsmi-işgüzar üslubun bir qoludur. Akademiklik isə elmi üslubla bağlıdır. Bundan başqa, bütün şifahi və yazılı nitqlər müəyyən bir üsulla həyata keçirilir. Bu mənada, fənnin “Üslubiyyat”la bağlılığı çox möhkəmdir. Dilçiliyin fonetika, leksikologiya, söz yaradıcılığı, morfoplogiya, sintaksis, semasilogiya, onomastika kimi sahələri ilə bağlılığı da qeyd etmək lazımdır. Ünsiyyət qurma bacarığı – müasir zamanda insana ən çox gərəkli olan səriştələrdən biridir. Əksər hallarda vakansiyalarda savadlı ünsiyyət qabiliyyəti tələb olunur. Belə ki, bu, yaxşı məhsuldar fəaliyyət üçün mütləq xarakter daşıyır. Uğurlu ünsiyyət, hər şeydən öncə, özünə inamdan ibarətdir. Bununla insan özünün bir tərəfdaş kimi nə qədər güvənli olduğunu göstərir. Daxili əminlik hissi insanın sözlərində, davranışında öz əksini taparaq sanki xüsusi bir enerji kimi ünsiyyəti effektli edir. Peşəkar ünsiyyətdə əldə olunan nailiyyət uğurlu əməkdaşlığın birinci amilidir. Bunun üçün kommunikasiya mədəniyyəti mühüm rol oynayır. Kommunikasiya mədəniyyəti insanların işgüzar tərəfdaşlarıyla psixoloji əlaqələr yaratmağa, ünsiyyət peosesində dəqiq qavrama və anlamaya nail olmağa, işgüzar tərəfdaşların davranışını proqnozlaşdırmağa, bu davranışı arzuolunan səmtə yönəltməyə imkan verən, bilavasitə işgüzar sahədə qarşılıqlı fəaliyyətin təşkili sahəsindəki bilik və bacarıqlardır.
Bununla insan özünün bir tərəfdaş kimi nə qədər güvənli olduğunu göstərir. Daxili əminlik hissi insanın sözlərində, davranışında öz əksini taparaq sanki xüsusi bir enerji kimi ünsiyyəti effektli edir. Peşəkar ünsiyyətdə əldə olunan nailiyyət uğurlu əməkdaşlığın birinci amilidir. Bunun üçün kommunikasiya mədəniyyəti mühüm rol oynayır. Kommunikasiya mədəniyyəti insanların işgüzar tərəfdaşlarıyla psixoloji əlaqələr yaratmağa, ünsiyyət peosesində dəqiq qavrama və anlamaya nail olmağa, işgüzar tərəfdaşların davranışını proqnozlaşdırmağa, bu davranışı arzuolunan səmtə yönəltməyə imkan verən, bilavasitə işgüzar sahədə qarşılıqlı fəaliyyətin təşkili sahəsindəki bilik və bacarıqlardır. Bu mədəniyyətin əsasında ünsiyyətin hamı tərəfindən qəbul edilmiş mənəvi tələbləri durur: hər bir fərd dəyərli və təkrarsızdır. İnsanlarla münasibətdə nəzakətlilik, ədəblilik, mərifətlik, təvazökarlıq, dəqiqlik, xeyirxahlıq, ümumiyyətlə, yüksək münasibət mütləq nəzərə alınmalıdır. Müasir mərhələdə dövlətin əsas prioritet istiqamətlərindən biri də işgüzar yazışmaların dövlət əhəmiyyətli məsələlərdən biri kimi həyata keçirilməsidir. Belə ki, dünyada gedən qloballaşma, inteqrasiya və innovasiyalı proseslər işgüzar yazışmaların həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan milli oyanış və milli özünüdərk dövrünü yaşayır. Bu dövr hər bir şəxsin milli mənsubiyyətini dərketməsi, soykökünə qayıdış, azərbaycançılıq və s. məsələlərlə səciyyələnir. Bu proseslərdə işgüzar yazışmaların əhəmiyyəti böyükdür. İstər ölkənin daxili siyasətində və mədəni əlaqələrində, istərsə də xarici siyasətdə, mədəniyyətlərarası dialoqlar prosesində işgüzar kommunikasiyanın rolu və əhəmiyyəti günü gündən artmaqdadır. Bu ünsiyyət həm yazılı, həm də şifahi formada həyata keçirilir. İşgüzar yazışmalar həm də diplomatik münasibətlərdə önəmli yerlərdən birini tutur.
Belə ki, cəmiyyətdə sosial-iqtisadi proseslərin tənzimlənməsində, dövlət siyasətinin həyata keçirilməsində, dövlətin beynəlxalq imicinin formalaşmasında multikultural və tolerantlıq ideyasının bərqərar edilməsində, mənəvi əxlaqi dəyərlərimizin qorunmasında, İKT-nin tətbiqində və s.- də işgüzar yazışmalar və normativ hüquqi sənədlər əsas prioritetlərdən biri kimi qəbul edilir. İşgüzar yazışmaları düzgün həyata keçirmədən dövlətin sosial, iqtisadi və mədəni inkişafına hərtərəfli nail olmaq mümkün deyil. İstər işgüzar sənədlər, istər beynəlxalq səviyyəli normativ hüquqi sənədlər sağlam ünsiyyətə istinad edir. İşgüzar yazışmalarda milli mədəniyyətin öyrənilməsi və təbliği dövlət siyasətində xüsusi önəm kəsb edir. Bu baxımdan İşgüzar yazışmaların məqsədi və mahiyyəti də dövlət siyasətinə və dövlətçilik ənənələrinə əsaslanır. Hazırda İşgüzar yazışmaların həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinin yüksəlməsində olduqca mühüm əhəmiyyətə malikdir. Bu isə azərbaycançılıq ideo-logiyasının təməl daşının, onun məzmun və mahiyyətinin əsas leymotivini təşkil edir. Bu proseslər isə hüquqi müstəvidə işgüzar əlaqələrin və diplomatik yazışmaların mahiyyətində də əks olunmaqdadır. Bu müstəvidə İşgüzar yazışmaların Azərbaycan dövlət siyasətinin hüquqi bazası əsasında qurulmasında mühüm sosial-iqtisadi aksiyaları yerinə yetirir. Məhz elə bu baxımdan da işgüzar aləmdə fiziki və hüquqi şəxslər arasında ilkin münasibətlər kommunukasiyanın bir növü olan işgüzar yazışmalar vasitəsi ilə qurulur. İşgüzar yazışmalar - hər hansı sənədin səlis, aydın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olunan qayda və vasitələrin məcmusudur. Bu qayda və vasitə lərin düzgün tətbiqi sənədin praktiki əhəmiyyətini təmin edən mühüm şərtlərdən biri olmaqla, sənədə məna və məzmun dəqiqliyi verir. İşgüzar yazışmalar zamanı sənəd-də ifadə olunan hər bir mülahizə və fikirlər kifayət qədər faktlarla zəngin olmalı və bu faktlarla əsaslandırılmalıdır. Yazışmaların aparılması zamanı sənədlər tərtib olunarkən, konkret faktları, məlumatları diqqətlə seçmək, yoxlamaq, onların dəqiq və etibarlı olmasına xüsusi diqqət yetirmək lazımdır. Əgər sənəddə əks olunan faktlar qeyd etdiyimiz pametrlərə uygun olarsa, onu oxuyan şəxs sənədin məz-mununu başa düşməkdə çətinlik çəkməz və bunun üçün əlavə vasitələrə ehtiyac qalmaz.
İşgüzar sənədlərin məqsədi müəllifin öz nöqteyi-nəzərini və mövqeyini yazışmanın ünvanlandığı şəxsə çatdırmaqdan ibarətdir. Savadlı və inandırıcı arqumentlər bu məqsədə nail olunmasında əsas vasitələrdən biri kimi qiymətləndirilir. Bu yazışmalar qramatik, etik və digər qaydalara əməl edilmədən aparıldıqda yaranmış münasibətlər nəinki inkişaf edə, əksinə ilk anındaca korlana bilər və işgüzar əlaqələr pozula bilər. Ona görə də yuxarıda qeyd olunan qaydalara əməl etməklə tərtib olunan işgüzar mək-tublar onu tərtib edən şəxsin və təmsil etdiyi idarə, müəs-sisə və təşkilatın barəsində müsbət təəsürat yarada bilər ki, bu da görülən işlərdə uğur qazanmağın vacib şərtlərindən biri kimi qiymətləndirilir. Bunun üçün işgüzar məktubların quruluşuna (struturuna) xüsusi diqqət yetirilməlidir. İşgüzar ünsiyyəti şərti olaraq birbaşa (bilavasitə təmas) və dolayısı ilə (bilvasitə. Bu zaman tərəflər arasında zaman-məkan məsafəsi olur) növlərinə ayırmaq mümkündür. Birbaşa ünsiyyət dolayı yolla ünsiyyətə nisbətən daha böyük nəticəyə, emosional təsir və təlqin gücünə malikdir. İki işgüzar ünsiyyət növünü fərqləndirirlər:

  1. Verbal (latın dilində verbalis “şifahi” deməkdir).

  2. Qeyri-verbal.

Qeyri-verbal ünsiyyətdə informasiyanın ötürülməsi vasitəsi kimi duruş tərzi, jestlər, mimikalar, intonasiya, baxışlar, ərazidə yerləşmə və s. əsas rol oynayır. İşgüzar ünsiyyət müxtəlif üslublarda həyata keçirilə bilər. İşgüzar ünsiyyətin üsulları bunlardır: işgüzar məktublaşma, işgüzar danışıqlar, işgüzar söhbət, diskussiya, disput, polemika, debat, işgüzar müşavirə .

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə