Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə9/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   83
az dili

Mübahisə fikirlərin, mövqelərin kəsişməsidir. Mübahisə zamanı tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. Mübahisə hər hansı bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışan insanlar arasında baş verir. Mübahisənin aşağıdakı növləri var:
Polemika hər hansı konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz fikirlərini və mövqelərini rəqibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu söz yunancadan “düşmənçilik” kimi tərcümə olunur. Çəkişmədən fərqli olaraq, polemikada tərəflər arasında ziddiyyət təşkil edən tezis irəli sürülür və onun ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə çixiş edib öz mövqelərini sübut, rəqibin dəlilləri isə təkzib etməyə çalışırlar.
Diskussiya (latinca baxılma, araşdırılma) hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiya yalniz dəlillərin ortaya qoyulması ilə aparılır. Mübahisəli problemi müzakirə edərkən
Disput elmi mövzular üzrə tamaşaçılar qarşısında açıq çəkişmələrdir.
Debat tərəflərin üçüncü tərəfi (tamaşaçıları, hakimləri) inandırmaq üçün apardıqları çəkişmələrdir. Yəni özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Əslində, debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır.
Bu, diskusiyanın bir növü kimi də təqdim olunur. Debatlar üçün müəyyən qaydalar tətbiq olunur. Udan və uduzan tərəflər üçüncü tərəfin rəyi, səsverməsi ilə təyin olunur.
İşgüzar söhbət müəyyən suallar, yaxud problemlərlə əlaqədar informasiya, yaxud fikir mübadiləsidir.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə