malik olmurlar. Eyni zamanda müxtəlif
iqtisadi resurslara, xüsusən təbii resurslara malik olmasından asılı olaraq
bu ölkələr müxtəlif nisbi inkişaf səviyyəsinə malik olurlar. Təbii zənginliyin bə’zi ölkələrin dini əqidələrinə uyğun
olaraq geniş imkanlar yaratmasına baxmayaraq (xüsusən islam əqidəli ölkələr) orada texnoloji istehsal üsulu üstün
inkişafa malik deyil. Əhalinin bəşəri elmlərin, mədəniyyətin mənimsənilməsinə olan münasibəti olduqca aşağıdır.
Bu da hər şəraitdə cəmiyyətdə müəyyən kübar və varlı tayfa qrupunun əmələ gəlməsinə səbəb olur.
İqtisadi sistemin müxtəlif formalarında iqtisadiyyatın başlıca probleminin həlli, müxtəlif şəkildə həll edilsə də
ümumi
olan bir cəhət var ki, o da hüdudsuz tələbatların ödənilməsi üçün məhdud resurslardan daima səmərəli
istifadə edilməsidir. Lakin tətbiq olunan ayrı-ayrı siyasi, dini, mədəni, hüquqi, əxlaqi və s. institutsional amillər
bu problemin həllində müxtəliflik törədir.
§3. İqtisadi resurslar və onların tərkibi
Resurs dedikdə, istər-istəməz tələbatın ödənilməsi üçün zəruri olan vasitələr nəzərdə tutulur. Yə’ni əmtəə
və xidmətlərin istehsalı üçün tətbiq olunan təbii, əmək, kapital və sahibkarlıq qabiliyyəti iqtisadi resurs formalarını
təşkil edirlər. Bə’zi hallarda bu resurslar iki qismə, birincisi, maddi resurslara, xammal-materiallara və kapitala,
ikincisi, insan resurslarına, əmək və sahibkarlıq qabiliyyətinə bölünərək istehsal amilləri kimi təsnifatlaşdırılır.
İqtisadi resurslar,
bir qayda olaraq, insanların hüdudsuz tələbatlarının ödənilməsinə yönəldiyindən onlar daima
məhdud xarakter daşıyır.
Məhdudluq əməklə materialların səmərəli birləşməsinə, əmtəə və gəlirlərin müxtəlif fərd və ailələr
arasında bölgüsünə səbəb olur. Resursların məhdudluğu onlardan istifadə olunması qaydası, seçilməsi üsulları
onları iqtisadi kateqoriya edir. Əgər belə olmasaydı, onların heç bir ne’mətin istənilən səviyyədə istehsalında əhə-
miyyəti olmazdı.
Qurani-Kərimdə göstərilir ki, Allah-taala yer üzünə ne’mətləri ona görə məhdud göndərdi ki, adamlar
onların bölgüsündə ədalətli olsunlar. Ümumiyyətlə, ne’mətlərlə bağlı nə varsa, hamısı nisbi məhdudluğa malikdir.
Hətta
hüdudsuz görünən hava da, dağda, dəniz sahilində, cəngəllikdə, səhrada havaya olan tələbatın ödənilmə-
sində məhdudluğa malikdir. Ayrı-ayrı ölkələrin müxtəlif iqtisadi sistemlərə malik olması, məhz məhdud
resurslardan istifadə olunması və onların seçilməsi və mənimsənilməsində müxtəlif iqtisadi məkanların yaradılması
ilə əlaqədardır. Ona görə də bütün cəmiyyətlərdə iqtisadiyyatın əsas düyün nöqtəsi insanların hüdudsuz tələbatları
ilə məhdud resurslar arasındakı ziddiyyətlərin həll olunması ilə bağlıdır.
İqtisadi resursların növlərindən danışarkən birinci növbədə
təbii resursları xüsusi qeyd etmək lazımdır.
Çünki, o ilkin resurslardır. Təbii resurslara
torpaqlar, meşələr, yerüstü və yerin təkində mövcud olan xammal,
materiallar, mineral yataqlar, su hövzələri və s. daxildir. Lakin bir cəhəti də nəzərə almaq lazımdır ki, bu resurs
növündə əsas həlledici rola torpaq malikdir.
Torpaq dedikdə isə birinci növbədə becərilən torpaqları, hasilat
sənayesinə, tikintiyə və s. sahələrə cəlb olunan torpaqları nəzərə almaq lazımdır. Torpaq, onun münbitliyi və təkinin
zənginliyi, bir növ Allahın insanlara bəxş etdiyi töhfə olduğundan, bütün digər resurs növlərindən müqəddəsdir.
İqtisadi resursların
mühüm növlərindən biri də əməkdir. İqtisadiyyatda işlədilən əmək məfhumundan
təsərrüfat prosesi zamanı insanın tətbiq etdiyi hər cür məqsədyönlü fiziki, mə’nəvi və əqli fəaliyyətinin məcmusu
başa düşülür. Yalnız onun bir fərdi xüsusi növ qabiliyyəti - sahibkarlıq qabiliyyəti əmək resursuna daxil deyil.
Klassik siyasi iqtisadın banilərindən olan Adam Smit əmək resursuna xüsusi əhəmiyyət vermiş və onun
sərvətin mənbəyi olduğunu qeyd etmişdir. A.Marşal
isə göstərirdi ki, hər cür əməyin məqsədi bu və ya digər
nəticəni istehsal etməsidir. Deməli, əmək faydalı nəticənin əldə olunması üçün insanın məqsədyönlü fəaliyyətidir.
Beləliklə də qeyd etmək lazımdır ki, əmək resurs kimi sadəcə kəmiyyət, say e’tibarilə deyil, onun məhsuldarlığı və
intensivliyi baxımından iqtisadiyyatda fəal rol oynayır. Deməli, mühəndisin, müəllimin, bənnanın, aşpazın yerinə
yetirdiyi iş bir məfhumda, əmək anlayışında əks olunur.
İqtisadi resurslar anlayışında
kapitalın öz xüsusi yeri vardır.
Kapital dedikdə, maddi ne’mətlər istehsalı və
xidmətlərin gerçəkləşməsi üçün yığılan istehsal vasitələri ehtiyatları başa düşülür. Bura hər cür maşın və
avadanlıqlar, qurğular, dəzgahlar, nəqliyyat vasitələri, pul-valyuta vasitələri və s. daxildir.
Kapital istehsal vasitələri ilə eyni məzmuna malik deyil. Ancaq istehsal prosesi zamanı yığılmış istehsal
vasitələri kapitaldır. Ona investisiya resursları da deyilir.
Bir cəhəti də qeyd etmək lazımdır ki, investisiya edilmiş istehsal vasitələri istehlak edilmiş istehsal
vasitələrindən fərqlənir. Belə ki, investisiya üçün nəzərdə tutulmuş istehsal vasitələri istehsal prosesində dolayı
yolla iştirak edir və təsərrüfatçılıq prosesində fəaliyyətdə olan kapitalın həcmini artırır. İstehlak
üçün nəzərdə
tutulmuş istehsal vasitələri isə istehsal prosesində birbaşa iştirak edir. Deməli, investisiyalı istehsal vasitələri
istehlak olunan istehsal vasitələrinə tə’minat yaradır.
Kapital başqa əmtəələrin istehsalı üçün iqtisadi prosesdə yaradılmış uzunmüddətli istifadə olunan
ne’mətlərdən ibarətdir. Buna görə də kapitalla real kapitalı fərqləndirmək lazımdır. Əgər faktik kapitala saysız-
hesabsız qurğular, yollar, elektrik xətləri, pul resursları və s. daxildirsə, real kapitala alətlər, maşınlar və s.
məhsullar, qurğular daxildir. İqtisadi resurs kimi yalnız real kapital daha fəaldır. Düzdür, kapitala pul formasında da
baxılır və maliyyə kapitalı kimi iqtisadiyyatda təhlil edilir. Məs., C.Robinson göstərirdi ki, maliyyə resurslarında
təcəssüm olunan, lakin investisiya edilməmiş kapital pul məbləğindən ibarətdir.
Kapitala olan baxışın müxtəlifliyindən asılı olmayaraq, onun bir ümumi xüsusiyyəti vardır ki,
o gəlir
gətirmək qabiliyyətinə malikdir. Avstriya iqtisadi fikir məktəbinin görkəmli nümayəndələri (F.Vizer, K.Menger,
E.Bem-Baverk) qeyd etdikləri kimi, kapital yüksək səviyyəli ne’mətdir. Məsələn, kartof aşağı səviyyəli ne’mətdir,
29