4. A.Smit «Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat»
Moskva
1962
5. P.Prudon «Mülkiyyət nədir?» (184 s). История экономических учений.
Москва 2000 г.
6. K.Marks «Kapital» əsəri I cild II nəşri. Bakı – 1969
7. İqtisadi təlimlər tarixi. Dərslik. İqtisad elmləri doktoru, professor
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə. Bakı – 2002
8. İ.M.Lətifov «Mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi və inkişafı»
Bakı-2003
9. İ.M.Lətifov «Mülkiyyət münasibətləri və onun əhatə dairəsi» Bakı – 2006
§1. Mülkiyyət kateqoriyasının məzmunu
və onun haqqında baxışlar
Mülkiyyət çox zəngin ictimai-iqtisadi və sosial-siyasi məzmuna malikdir. Mülkiyyət dövlətin, şəxsin,
qrupun, kollektivin və bütünlüklə cəmiyyətin həyat məsələsidir.
İqtisad nəzəriyyəsinə uyğun olaraq mülkiyyət probleminin üç cəhətini göstərməliyik: Birincisi, mülkiyyət
həmişə hər hansı şey məzmununa malikdir, ikincisi, mülkiyyət həmişə müəyyən ictimai formanın
köməyi ilə
daxilən reallaşdırılır, yə’ni əşya barəsində insanlar arasında ictimai münasibət forması əmələ gəlir, nəhayət üçün-
cüsü, bu münasibətlərin məzmunu insanların təbiət predmeti, şeyləri mənimsəməsi olur. Deməli, mülkiyyətə
təbiət predmetlərinin, maddi ne’mətlərin, istehsal vasitələrinin mənimsənilməsi ilə əlaqədar olaraq və bunların
əsasında meydana gələn insanların ictimai münasibəti kimi baxılmalıdır. Bu mənimsəmə ictimai təkrar istehsalın hər bir
mərhələsində - istehsal, bölgü, mübadilə və istehlak mərhələlərinin hər birində həyata keçirilir. Qısa desək, mül-
kiyyət cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində fərdlər tərəfindən maddi ne’mətlərin, ən əvvəl istehsal
vasitələrinin mənimsənilməsi və bu əsasda insanlar arasında baş verən mülki və ya
istehsal münasibətlərindən
ibarətdir. O, əmlaka sahib olmağı, istifadəetməni və sərəncamverməni birlikdə ifadə edən iqtisadi kateqoriyadır,
münasibətdir.
Mülkiyyət iqtisadi kateqoriya kimi insanların şüurundan asılı olmayaraq mövcuddur, bu iqtisadi kateqoriya
faktiki cəmiyyətdə mövcud olan mülkiyyət münasibətlərinin təzahürüdür. Mülkiyyət istehsalın bütün formalarını
əlaqələndirən kateqoriyadır.
Ümumiyyətlə, mülkiyyətə istehsal münasibətlərinin, hətta cəmiyyətin bütün ictimai-
iqtisadi
münasibətlərinin həm əsası, həm də bu münasibətlərin məzmununu özündə birləşdirən çox mürəkkəb və çox
məzmunlu kateqoriya kimi baxmaq lazımdır.
Şeylər, əmlak, maşın və digər istehsal vasitələri özlüyündə mülkiyyət deyil, bunlar cəmiyyətin istehsal
münasibətləri və ictimai sistemin iqtisadi əsası olduğuna görə spesifik ictimai xarakter alır və mülkiyyət olurlar.
Bazar iqtisadi sisteminin məntiqinə isnad edərək belə bir ümumi metodoloji nəticəyə gəlmək olar:
1. İstehsal vasitələri üzərində mülkiyyət və onun hər bir forması elə fövqəl’adə xassəyə malikdir ki, o,
başqa iqtisadi kateqoriyalarla yanaşı dura bilməz; əksinə o, bütün münasibətlərin əsasında durur. Biz mülkiyyətə
başqa iqtisadi kateqoriyalarla yanaşı duran adi iqtisadi kateqoriya kimi baxsaq, hətta
onu əsas iqtisadi kateqoriya
adlandırsaq, onda biz nəzəri cəhətdən mülkiyyətin reallaşdırılması proseslərini dərin araşdırmaqla məşğul
olmaqdan xeyli uzaqlaşmış olarıq, mülkiyyət və onun müxtəlif formaları cəmiyyətin bütün iqtisadi proses və
münasibətlərində reallaşır.
2. Mülkiyyət münasibətləri onların sahibləri arasındakı münasibətlərdə təzahür edir. Mülkiyyət öz tərkibinə
istehsal vasitələri və istehsal nəticələrindən istifadə sahəsində insanlar arasındakı çoxcəhətli münasibətlər
32
sistemini, ölkənin regionları və kollektivləri arasındakı münasibətləri daxil edir. Mülkiyyət münasibətlərinin iqti-
sadi məzmunu var və bu münasibətlərin hər bir elementi mülkiyyətin iqtisadi varlığı formasıdır.
3. Mülkiyyət elə müəkkkəb, çoxtərəfli münasibətlər sistemidir ki, o, istehsalın hərəkətinin ümumi forması
tərəfindən, iş qüvvəsi və əməyin ictimai forması tərəfindən bilavasitə istehsal prosesində istehsal vasitələrinin iqtisadi
reallaşması prinsiplərinin dərin araşdırılması ilə bərabər, həmçinin bölgü, mübadilə və istehlak proseslərinin gedişi
mahiyyətini və buradakı əlaqələrin və qarşılıqlı tə’sirin xüsusiyyətlərinin araşdırılması mövqeyindən də öyrənilmə-
lidir. Burada göstərməliyik ki, mülkiyyətə iqtisadi məzmun verən, onun mahiyyətini ifadə edən əsas cəhət
bilavasitə istehsalın özündə, istehsalın özü vasitəsilə onun iqtisadi reallaşmasıdır. Deməli, bilavasitə istehsalatda is-
tehsalçıların istehsal vasitələri ilə birləşdirilməsinin üsulu və xarakteri mülkiyyətin iqtisadi məzmununun ilk pillə-
sini formalaşdırır.
Bütün bu deyilənlərdən aydın olur ki, mülkiyyətin məzmunu zəngindir. O, vəsaitdən və istehsalın
nəticələrindən istifadə olunmasında adamlar, kollektivlər, sahələr, ölkənin regionları arasında,
habelə xarici iqtisadi
münasibətlərin çoxcəhətli sistemini, iqtisadi mənafe çalarları məcmusunu əhatə edir; münasibətlərin bu mürəkkəb
kompleksi müəyyən şəkildə daima əlaqələndirilməli və tənzimlənməlidir.
Bütün bunlar mülkiyyətin iqtisadi kateqoriya olmasını təsdiq etməyə əsas verir.
Mülkiyyət iqtisadi kateqoriya olmaqla yanaşı, o, həm də hüquqi kateqoriyadır.
Mülkiyyətin iqtisadi və hüquqi kateqoriya cəhətlərini fərqləndirmək lazımdır.
Hələ Solounun (eramızdan əvvəl 594-cü il) və Klisfena (eramızdan əvvəl 509-cu il) özlərinin yazdıqları
hüquqi qanunlarında qeyd etmişlər ki, qanunlar (hüquqi qanunlar nəzərdə tutulur) mülkiyyət münasibətlərini
yaratmır, faktiki cəmiyyətdə mövcud olan bu münasibətləri möhkəmləndirir.
Sonralar müasir eramızda mülkiyyət hüququ nəzəriyyəsi xeyli inkişaf etmişdir. Amerika iqtisadçıları R.Kouz
və A.Alçian müasir mülkiyyət hüququ nəzəriyyəsinin əsasını qoymuşlar. Sonralar bu nəzəriyyənin işlənməsində
İ.Barsel, Q.Bekker, D.Nort, R.Pozner və başqaları iştirak etmişlər.
İstehsal vasitələri üzərində mülkiyyət hər şeydən əvvəl iqtisadi hadisədir, hüquqi münasibətin məzmunu
iqtisadi münasibətdən doğur. Mülkiyyət, istehsal münasibətlərinin əsası, mülkiyyət
hüququ isə bu münasibətlərin
yazılı və qeyri-yazılı qanunlarda əksidir. Mülkiyyət hüququ haqqında ən mükəmməl tə’lim Qədim Romada
yaranmışdır. «Roma hüququ»nda mülkiyyətçiyə mülkiyyətə sahibolma, istifadə və sərəncamvermə hüququ olan şəxs
kimi baxılmışdır. İnsanın hansı əmlaka və nə qədər əmlaka, məsələn, nə qədər həcmə qədər torpaq sahəsinə malik olması
məsələləri hüquqi qanunlarla müəyyənləşir, habelə mülkiyyətdə olan əmlakdan istifadə şəraiti də hüquqi qanunlarla
tənzimlənir. Mülkiyyətə sərəncamvermə amilləri, habelə mülkiyyətin qorunması, toxunulmazlığın problemləri də
hüquqi qanunlarla nizamlanır.
§2. Mülkiyyətin obyekti və subyekti
Mülkiyyət münasibətlərinin obyekti və subyekti vardır. Bu, mülkiyyət münasibətlərinin mahiyyətini ifadə
edən cəhətlərdən biri kimi struktur əlamətidir.
Mülkiyyətin obyektinə torpaq, yerin təki, daxili sular və ərazi suları,
qitə şelfi, hava hövzəsi, bitkilər, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal, sosial-
mədəni və başqa digər tə’yinatlı əmlak, zavod, fabrik, əməyin məhsulları və s. daxildir. Deməli, mülkiyyətin
obyekti hər şeydən əvvəl onun maddi zəmini, varlığıdır.
Azərbaycan Respublikasında mülkiyyət subyektləri: Azərbaycan Respublikası, Naxçıvan Muxtar
Respublikası, rayonların yerli hakimiyyət orqanları, kollektiv müəssisələr (kooperativlər,
səhmdar cəmiyyətləri,
təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər, dini təşkilatlar və vətəndaş-
lardır.
Mülkiyyət obyekti sahibsiz ola bilməz.
Subyektlərin obyektlər üzərində tam mülkiyyətçiliyi şəraitində onlardan səmərəli istifadə mümkün olur.
§3. Mülkiyyətin əsas və törəmə formaları
Mülkiyyətin müxtəlif formalarda olmasının iqtisadi tərəqqi üçün əsas amil kimi cəmiyyət tərəfindən qeyri-
şərtsiz qəbulu iqtisadi nəzəriyyənin fundamental nailiyyətidir.
Dövlət mülkiyyəti. Artıq biz respublikanın iqtisadi suverenliyi və bazar iqtisadiyyatı şəraitində
formalaşmaqda olan və perspektiv inkişafa malik müstəqil Azərbaycanın dövlət mülkiyyətindən danışa bilərik. Bu
mülkiyyət formasının subyekti Azərbaycan dövlətidir. Hər bir dövlətə öz vəzifələrini yerinə yetirmək üçün müəyyən
əmlak və istehsal növlərinə malik olması zəruridir. Dünya təcrübəsində dövlət mülkiyyətinə dəmir yolları, rabitə,
kosmos sistemləri, müdafiə kompleksləri, dövlət idarələrinin əmlakı daxil edilir. Qərb ölkələrində əsas fondlarda
dövlət mülkiyyətinin payı 7 faizdən 30 faiz arasındadır. Dövlət mülkiyyətinin xüsusi çəkisi tarixi şəraitindən asılı
olaraq daima dəyişilə bilər.
Bələdiyyə mülkiyyəti. Dünyanın bir sıra ölkələrində bələdiyyə mülkiyyəti mövcuddur. Yeni Azərbaycan
şəraitində bələdiyyə mülkiyyəti formalaşır. Bələdiyyə mülkiyyəti haqda Azərbaycan Respublikasının
Qanununda
onun obyektinin və subyektinin hüquqi əsasları, idarəetmə xüsusiyyətləri göstərilmişdir.
Xüsusi mülkiyyət. Özəlləşdirmə və xüsusi mülkiyyət bazar münasibətlərinə keçidin çox vacib
problemləridir. Özəlləşdirmə prosesində dövlət mülkiyyətinin obyektlərinin çox hissəsi özəl mülkiyyətə verilir.
33