MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

İntellektual mülkiyyətə beyin fəaliyyətinin, düşüncənin, təfəkkürün xüsusi, ən dəyərli nəticəsi kimi baxılır. 
Burada nəticə  əsasən qeyri-əşyavi olur. Bə’zi ixtisas sahiblərinin  əməyinin nəticəsi bilavasitə  əşyavi xarakter ala 
bilər. Buna rəssamı, kartoqrafı və s. göstərmək olar. 
İntellektual mülkiyyət ziyalıların elmi yaradıcılığı, ədəbiyyat, incəsənət qabiliyyəti (iste’dadı) ilə, kəşflər, ixti-
ralar, layihələr, mə’lumatlar, xəbərlər ifadələri ilə səciyyələnir. O fərdin: alimin, mədəniyyəti, incəsənəti təmsil edən 
sənət adamlarının (bəstəkarın, aktyorun, rəssamın və bir çox başqalarının), ədiblərin, bütün idarəetmə sistemi işçilə-
rinin, konstruktorun, natiqin, müəllimin, həkimin və sair müvafiq ziyalı  dəstəsinin  əməyi üzərində mülkiyyət 
forması kimi başa düşülür» (İqtisadçı qəzeti. 28 aprel 1997-ci il). 
İntellektual sahibkarlığının inkişafı bazar iqtisadiyyatını daha səmərəli edir. XXI əsr intellektin təntənəsi əsri 
olacaqdır. 
 
4. Mülkiyyət formalarında sahibolma,  
istifadəetmə və sərəncamvermə 
 
Mülkiyyət münasibətləri sahibolma, istifadə, mənimsəmə, başqasına həvalə etmə, icarəyə vermə, habelə 
istehsal faktorlarına və  əməyin məhsuluna sərəncamvermə proseslərini  əhatə etməklə yanaşı, istehsalın inkişaf 
etdirilməsinin strategiya və taktikasını, materiallardan istifadə istiqamətini,  əməyin və istehsalın təşkilinin 
formasının seçilməsini, həmçinin ona nəzarət etmə sahələrini də əhatə edir. 
Mənimsəmə  - mülkiyyətin məzmununda müəyyənedici  əsas amildir. Subyekt öz mülkiyyət obyektini 
başqa subyektlərdən kənarlaşdırır, ayırır, hüquqi sənədlər əsasında öz mülkiyyətinə çevirir. O, həmin obyekti və 
onun üzərində  həyata keçirdiyi iqtisadi proseslərin nəticələrini də  mənimsəyir.  İstehsalın özündə, gedişində  və 
istehsalın ilk nəticəsi prosesində mənimsəmə baş verə bilər. Hər hansı sahədə əmək sərfi nəticəsində gəlirlər əldə 
etməklə mənimsəmə ola bilər, tədavül dairəsindəki fəaliyyətin nəticəsi kimi mənimsəmə olur; Bütün bu və digər 
qanuni mənimsəmə formaları mənimsəmə kimi iqtisadi kateqoriyanın mövcudluğundan xəbər verir. 
Sahibliyə  gəldikdə  o, tam və natamam ola bilər. Tam sahiblikdə mülkiyyətçi öz mülkiyyətinin 
reallaşdırılmasından gələn gəlirlərin və bütün mülkiyyətinin tam sahibi olur, tam mənimsəmə hüququna malik 
olur. Sahibkar öz mülkiyyətinin müəyyən hissəsini fəaliyyətdə olan mülkiyyətə çevirə bilər, torpaq sahibi öz 
mülkiyyətinin bir hissəsini icarəyə verə bilər. Bank sahibi müəyyən pul məbləğini müddətlə və faizlə kreditə verər 
və s. Bu halda gəlirlərin bir hissəsini sahibkar və digər hissəsini tam sahibkar olmayan icarədar mənimsəyir. 
Deməli, sahibolmada hissə mənimsəməsi də olur. 
İstifadə-əmlakdan,  əşyalardan öz tə’yinatına görə faktiki istifadə edilməsidir.  İstifadə - mülkiyyətin, 
sahibolmanın reallaşdırılması formasıdır. Sahibolma mülkiyyət funksiyasıdır, istifadə isə sahibolma funksiyasıdır.  
Sərəncam - bu mülkiyyət obyektinin fəaliyyətinə göstəriş vermək barədə sahibkarın yaxud onun tapşırığı 
ilə digər şəxsin qərar qəbul etməsidir. Burada mülkiyyət sahibinin bilavasitə özünün sərəncam verməsi yaxud onun 
razılığı ilə  tə’yin etdiyi şəxs tərəfindən sərəncam verilməsi prosesləri nəzərdən keçirilir; habelə  sərəncam verən 
bilavasitə mülkiyyətçi də olmaya bilər, yə’ni sahibkardan icarəyə götürdüyü əmlakdan istifadə edənlər də sərəncam 
vermək hüququna malik olurlar; habelə bu proses istehsal olunan məhsullar barədə də sərəncamvermə cəhətlərini 
də əhatə edir. 
Beləliklə, mülkiyyətə bütöv yanaşsaq sahibolma, istifadə  və  sərəncamvermə bütövün hissələri, tamın 
elementləri olur. Bu elementlər arasındakı əlaqə belə olur: sərəncam istifadə ilə müəyyənləşir, istifadə sahibolma 
ilə müəyyənləşir, sahibolma mülkiyyətin forması ilə müəyyənləşir. Mülkiyyətin formaları isə daima inkişafdadır. 
Sivilizasiyanın inkişafı ilə mülkiyyət münasibətləri də  dəyişmiş, bu münasibətlərin təkmilləşdirilməsi prosesi davam 
edir. 
 
36


 
§5. Mülkiyyətin iqtisadi reallaşdırılması 
 
Mülkiyyət o vaxt iqtisadi məzmuna malik olur ki, onun iqtisadi məzmunu reallaşdırmada təzahür etsin. 
Mülkiyyətin iqtisadi reallaşması mexanizmi çox mürəkkəbdir. Mülkiyyət, ictimai-iqtisadi münasibətlərin sistemi 
ilə reallaşır. 
Mülkiyyət münasibətlərini kompleks halında araşdırmaq, bütün pillələrdə onun fəaliyyət və  hərəkət 
formalarını təhlil etmək, iqtisadi əlaqələrin və qarşılıqlı münasibətlərin mahiyyətinə varmaq, mülkiyyətin reallaşdırıl-
ması forma, metod və sistemlərini aşkar etmək üçün mühüm amillərdir. 
İstehsal prosesində mülkiyyətin reallaşması ölçüsü əməyin səmərəlilik dərəcəsinin artırılmasıdır.  İqtisadi 
üsula  əsaslanan, könüllü, şüurlu, mədəni təşkil olunmuş,  ədalətli stimullaşdırılan  əmək, mülkiyyətə can verir. 
Deməli,  əmək cəmiyyət üçün daha çox və yüksək keyfiyyətli məhsul istehsal etdikdə  və  həmin  əmtəə satılıb is-
tehlakçıya çatdırıldıqda mülkiyyət tam reallaşdırılmış olur. Cəmiyyət üçün keyfiyyətli məhsul istehsalı  və onun 
vaxtında satılması çox mürəkkəb münasibətlər sistemi ilə bağlıdır. Deməli, mülkiyyət cəmiyyətin bütün iqtisadi 
proses və hadisələrində reallaşdırılır. 
Bilavasitə istehsal prosesindən başlanan bazar iqtisadiyyatı, bölgü, mübadilə və istehlak dairələrini də əhatə 
etdiyindən mülkiyyət iqtisadi həyatın bütün qatlarında reallaşdırılır. Deməli, bazar iqtisadiyyatına mülkiyyətin 
bütün formalarının səmərəli reallaşdırılmasının ümumi əsası kimi baxmaq lazımdır. Bazar iqtisadiyyatı sistemində 
fəaliyyətdə olan bütün iqtisadi qanunlar və kateqoriyalar mülkiyyətin iqtisadi reallaşdırılmasına xidmət edir. 
Çoxnövlü mülkiyyətə  əsaslanan bütün təsərrüfat formalarında mülkiyyətin iqtisadi reallaşdırılması prosesi 
gedir. O cümlədən, icarə münasibətlərinə  əsaslanan təsərrüfatçılığa da mülkiyyətin səmərəli reallaşdırılması 
forması kimi baxılmalıdır. 
Yeni iqtisadi münasibətlərin təşəkkülünün ana xəttini sosial və iqtisadi mənafelərin tam vəhdət halında 
tərəqqisi təşkil edir. 
Mülkiyyətin iqtisadi reallaşdırılmasında sosial şəraitin rolu böyükdür. 
Sosial siyasətin əsas məqsədi zəhmətkeş əhali üçün mülkiyyət və təsərrüfatçılıq formalarını sərbəst seçərək 
sosial istiqamətli bazar iqtisadiyyatı yaratmaqdır. 
Mülkiyyət o vaxt daha səmərəli reallaşdırılır ki, istehsalın sosial şəraiti insan tələbatına uyğun olur. 
İqtisadi və sosial problemlər bir-biri ilə sıx bağlıdır və biri-digəri üçün şərtdir. 
İnsanların öz mülkiyyətlərini səmərəli reallaşdırma  şəraiti sosial sahənin güclü tə’siri altında baş verir. 
Sosial faktorlara iqtisadi inkişafın  ən mühüm amili kimi baxılmalıdır, yalnız lazımi səviyyəli sosial şəraitdə 
mülkiyyət formalarının səmərəli reallaşdırılması mümkündür. 
Biz,  əlverişli sosial şərait, insan ləyaqətinə böyük hörmət olduğu cəmiyyət, zəhmətkeşlərimiz üçün 
sivilizasiyaya layiq həyat və  əmək  şəraiti yaratmalıyıq. Bu şərait mülkiyyətin iqtisadi reallaşma səmərəliliyinin 
yüksəldilməsi şəraiti olacaqdır. 
 
 
37


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə