Mühazirə Mövzu «Qədim Şərq fəlsəfəsi və qədim Azərbaycan»



Yüklə 122 Kb.
səhifə2/6
tarix29.12.2022
ölçüsü122 Kb.
#98027
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 2. Mövzu 2

a) qədim dövr fəlsəfəsi, buna quldarlıq cəmiyyətində fəlsəfi fikrin inkişaf mərhələsi də demək olar. Bu mərhələ e.a. III-I nıinillikləri əhatə edir və eramızm I-ll əsrlərinə qədər davam edir;
b) feodalizmin ilkin inkişafı dövrü fəlsəfəsi. Bu mərhələ eramızın II-VIII əsrlərini əhatə edir, xüsusilə xristianlıq, islam kimi dünya dinlərinin meydana çıxması və dövlət dininə çevrilməsi ilə səciyyəvidir;
v) orta əsrlərin klassik fəlsəfəsi. Bu mərhəlanin şərti olaraq IX-XIV əsrləri əhatə etdiyini qeyd etmək olar. Bu mərhələ dinin ictimai şüur sistemində hakim mövqeyə keçməsi ilə, fəlsəfı fikirdə dini-mistik və idealist istiqamətin güclənməsi ilə səciyyəvidir;
q) intibah və yeni dövr fəlsəfasi. Bu mərhələ XIV-XVIl əsrləri əhatə edir: kapitalist münasibətlərinin meydana gəlməsi və qərarlaşması, elmi və iclimai-fəlsəfi fikirdə intibah, oyanma baş verməsi ilə, dünyanın yeni heliosentrik mənzərəsinin yaradılması ilə, Antik fəlsəfə və elmi fikrin dirçəldilməsi, yeni fəlsəfi cərəyanların meydana çıxması və s. ilə səciyyəvidiv;
d) maarifçilik və inqilabi-demokratizm fəlsəfi fikrin, klassik alman fəlsəfəsinin, marksist fəlsəfi konsepsiyanın əmələ gəlməsi və inkişafı mərhələsi. Bu marhələ XVIII-XIX əsrləri əhatə edir;
e) nəhayət, XX əsr fəlsəfənin mərhələsi. Bu mərhələ klassik və marksist fəlsəfəyə tənqidi münasibətin güclənməsi, müasir çoxsaylı fəlsəfi cərəyanların, qeyri-klassik fəlsəfənin meydana çıxması, fəlsəfənin daha çox intellektləşməsi və s. ilə səciyyəvidir.


2. Eramızdan əvvəl IY minilliyin sonu və III minilliyin əvvələrində qədim Misirdə və Babilistanda dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxışlar həmin ölkələrdə bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat, astronomiya, triqonometriya və astrologiyaya əsaslanırdı.
Qədim misirlilər bütövlükdə dünyaya miflərin prizmasından yanaşaraq göstərirdilər ki, səmanı ulduzlar və onların topluları şəklində göy ilahəsinin ( nut ) gərilmiş bədəni yaratmışdır. İnsanlar isə günəş Allahı Ranın göz yaşlarından törənmişlər. Onların əsaslandıqları İsida və Osiris rəvayətinə görə Osiris həm həyatı, həm də ölümü özündə birləşdirən hər şeyə qadir qüvvədir, onun ölümü Nil çayının suyunun səviyyəsinin aşağı düşməsini, onun parçalanıb suya atılmış bədən hissələri Nil çayının daşmasından sonrakı kiçik gölcüklər, bataqlıqlardır, Osirisin dirilməsi çayın yenidən daşması, yeni həyatın başlanğıcıdır.
Qədim misirlilər ruhun ölməzliyini qəbul edirdilər və göstərirdilər ki, ruh bədən tam saxlandığı təqdirdə ölmür. Ölülərin mumiyalanması adəti də həmin fikirdən irəli gəlmişdi.
Lakin qədim Misirdə «Arfist nəğməsi» adlı əsərdə dünyanın dini-mifoloji şərhinə şübhə ilə yanaşılaraq göstərilir ki, heç bir «axirət dünyası» insanlara səadət gətirə bilməz, çünki «heç kəs oradan gəlib oranın nə olduğunu, orda nələr baş verdiyini, onlara nə lazım olduğunu bizə danışmamışdır», həm də ölənlərdən heç biri hələ oradan geri qayıtmamışdır. Ona görə də neçə ki insan sağdır öz ürəyinin arzuları ilə hərəkət etməlidir. Danışılan dövrdə Misirdə təsərrüfat həyatının, xüsusilə əkinçiliyin tələbatları ilə əlaqədar olaraq riyaziyyat, astronomiya, həndəsə, mexanika elmləri inkişaf etmişdi. Onlarda həftənin yeddi, ayın 30 gün, ilin365 gün və 12 aydan ibarət olmasını göstərən ilk təqvim mövcud idi. Qədim Misirdə riyaziyyatın inkişafına dair çoxlu sənədlər indi də saxlanmaqdadır, mexanikanın inkişafını isə hündürlüyü 146 metr olan dünyada ən nəhəng ehram Xeops ehramı sübut edir.
Qədim sivilizasiya həmçinin Şumer-akkad mədəniyyətini əhatə edir. Şumer-akkad mədəniyyəti bizim e.ə. IY minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən ərazidə yaranmışdır. Elə buna görə də ona İkiçayarası (yunanca Mesopotamiya) deyilir. Bizim e.ə. III minillikdən sonra şumerləri, akkadları, əmmariləri, elariləri və digər xalqları birləşdirən Qədim Babilistan səltənəti yarandı. Babilistan bu dövlətin paytaxtı e'lan edildi. Hammurapinin hökmranlığı dövründə (b.e.ə.1792-1750) bu dövlət özünün ən yüksək zirvəsinə çatmışdı. Babilistanın ikinci çiçəklənmə dövrü Aassurinin hakimiyyətə gəldiyi dövrə (b.e.ə.612-538) təsadüf edir. Bu zaman onun ərazisi Misirdən İrana qədər olan ərazini əhatə edirdi. Bu dövlət tarixdə Yeni Babilistan adlanır.
Qədim Babilistanda elm daha çox inkişaf etmişdir. Bunu bizim dövrümüzədək gəlib çıxmış çoxlu gil lövhələr də sübut edir. Assuriya sultanı Aşşurbanipala məxsus kitabxanada 30 min belə lövhə saxlanılırdı. Riyaziyyat elminə aid yüzlərlə belə lövhələrdə vurma cədvəli, kvadrat tənliklər, kəsrlər, kvadrat və kub köklərinin çıxarılması əks olunmuşdur. Şumerlər cəbrin və həndəsənin əsasını qoymuşlar, sonralar «Pifoqor teoremi» bunun əsasında yaradılmışdır. Şumerlər onluq və altı onluq sistemini yaratmışlar. Bu günədək bütün dünya ondan istifadə edir: 1saat=60dəq., 1dəq=60saniyyə. Gündəlik praktiki təcrübə, səma cisimlərin öyrənmək cəhdi Babilistanda astronomiyanın yaranmasına və inkişafına səbəb oldu. Dünyada birinci olaraq ulduzlu səmanın, ilk xəritəsini tərtib etmiş, Babilistan astronomu Selevveka b.e.ə.II əsr dünyanın Heleosentrik quruluşu haqqında mə'lumat vermişdir. Qədim Babilistanda təbabət elmi də inkişaf etmişdir. Babil həkimləri hələ o dövrdə katarakt adlı göz xəstəliyinin, soyuqdəymənin, zökəmin, sınığın, dəri şişinin müalicəsini bilirdilər. Onlar həmçinin ciyar, mədə-bağırsaq xəstəliklərini müəyyən etmişlər. Şumer həkimlərinin təbabətə aid bir sıra vəsait və göstərişləri mə'lumdur. «Nippur həkiminin arayış kitabçası''nda 15 müalicə qaydası verilmişdir. Şumerlərin bir neçə müalicə reseptləri dövrümüzədək kəlib çıxmışdır. Şumer və akkad dillərindә bir sıra hүquq qaydaları (Hammurapi qanunları, Assur qanunları, јeni babil natamam qanunları) külliyyatı yaradılmışdır.
Şumer dastan və hekayələrində bir sıra fikirlərə rast kəlmək olar. Bu əsərlərdə siyasət, cəmiyyət, əxlaq normaları və s. haqqında fikirlər söylənilir. Məsələn, «Enmerka və Aratta (o zaman Çənubi Azərbaycan ərazisində gölünün yaxınlığındakı dövlətdir) hökmdarı» dastanında tarixdə ilk dəfə olaraq siyasi konsensus təklifi verilir: yəni 1 Uruk sülaləsindən olan hökmdar Arattanı özünə tabe etmәk tələbinə qarşı Aratta hökmdarı münaqişəni sülh yolu ilə həll etmək təklifini verir və bu Aratt hökmüdarının hazırcavablığı və dönməzliyi nəticəsində baş tutur. Başqa bir hekayətdə "Müdrik Axikar haqqında" etik normalara aid yüzdәn çox nəsihət verilir. Məsələn, "Sirr açma. Sarayda eşitdiyin hər bir söz qoy sənin qəlbində çürüsün". "Həddindən artıq şirin olma, yoxsa sәni udarlar. Həddindən artıq acı da olma, yoxsa səni atarlar". "Sakit danış, sәsini ucaldıb səs-küylə danışma. Әgər səs-küylə ev tikmək mümkün olsaydı, onda eşşək gündə ev tikərdi. Heç kəsə ayağını basmağa imkan vermə, sonra boynuna minə bilər" və s.
Nippurlu yoxsulun nağılında isə cәmiyyətin sosial quruluşundan, onun təbəqələşməsi nəticəsində varlı və yoxsulların əmələ gəlməsindən söz açılır.
"Ağanın qul ilə söhbəti" hekayəsində isə əsas söhbət insan həyatının mənası ətrafında gedir. Burada hökmdarın qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə həјatın mənasızlığı haqqında söhbət edir: həyatda hər şey hökmdarın səxavətinə ümid dә, qadına məhəbbət də, kef məclisi də, alıcənablıqda və nəhayət ölümdən sonra həyat özü də boş, mənasız bir şeydir.
Qədim Şərqin incilərindən sayılan və dünјa qızıl fonduna daxil olan "Bilqamis haqqında dastan" və јaxud hər şeyi bilәn adamın dastanı Yaxın Şәrqin dörd dilindә: yəni şumer, akkad, hurrit və het dilində 3500 il bundan əvvəl gil lövhələr üzərində yazılmış və dövrümüzə qədər gәlib çatmışdır. Bir sıra mənbələrə görə dastanın qəhrəmanı Bilqamıs tarixi şəxsiyyət olmuş və eramızdan əvvəl 27-ci əsrin sonu, 26-cı əsrin əvvəllərində Şumerdə Uruk dövlətinə başçılıq edәn sülalənin beşinci hökmdarı olmuşdur. Dastanda söhbət əsasən allahlarla mübarizədən və ölməzlikdən gedir. Hər cür mübarizələrdən sonra Bilqamısa aydın olur ki, əbədi həyat yoxdur. Ölməzliyə insan yalnız öz fəaliyyəti, əməlləri ilə çata bilər.
Ümumiyyətlə, belə bir nәticəyə gəlmək olar ki, dastanda ölüm və həyјat mövzusuna fəlsəfi baxış əsas yer tutur. İnsan özünün ölümə məhkumluğunu, allahların və dünyanın ədiliyəbini dərk edir.
3. E.a. I miniiliyin VI-V əsrlərindən Hindistanda fəlsəfə artıq sisiemləşdirilmiş şəkildə, müəyyən cərəyanlar, anlayışlar formasında mövcud idi. Burada ən ümumi anlayışlar: varliq, materiya, insan, həyat, kainat və s. haqqında əsasən dini-mifoloji, idealist səciyyə daşıyan fəlsəfi baxışlar, materialıst fəlsəfi sezmələr meydana çıxmışdı. Qədim hind fəlsəfi fikri hakim brahmanizm dini təlimi və ona müxalif şəkildə formalaşmış «Vedlər»də («ved» - «bilik» deməkdir) ifadə olunmuşdur. «Vedlər» - allahların şərəfinə oxunan dini himnlərin və mahnıların məcmusu idi. «Vedlər» əsasən dini səciyyə daşısalar da, onlarda kainat, varlıq, insan haqqında və s. ümumiləşmiş fəlsəfi ideyalar da var idi. Müxtəlif hissələrdən ibarət olan «vedlər»in sonuncu hissəsini upanişadlar təşkil edirdi («Upanişad» sozünün lüğəti mənası «müəllimin ayaqları yanında oturanlar» deməkdir. Ğörünür, onlar «Vedlər» öyrənən şagirdlər olmuşlar). «Vedlərin» əsas biliciləri və təbliğatçıları yüksək kastadan (təbəqədən) olan müdrik brahman kahinləri hesab olunurdular.
Lakin qəbilə münasibətlərinin dağılması, quldarlığın formalaşması ilə əlaqədar «Vedlərin» təlimlərinə, brahman kahinlərinin ayin və rıtuallarına, inamlarına etiraz edənlər də meydana gəlirdi. Bunların sırasında brahmanizmə tənqidi yanaşan şramanları, acivikləri (naturalist-fəlsəfi təlim), çaynizm və buddizmi qeyd etmək olar. Bu tənqidi dini-fəlsəfi cərəyanlar əsasında qədım dövr hind fəlsəfi sistemi olan sutrılar meydana çıxmışdi.
Sutrılar - fəlsəfi fikirlərin yığcam zərb-məsəllər, aforizmlər, atalar sözləri şəklində ifadəsı idi. E.ə.VI-V əsrlərdən Hindistanda kortəbii materialist təlimlər - lokayat və çarvak baxışları formalaşmışdır.
Lokayat təlimi (ehtimal olunur ki, «lokayat» sözü «ancaq bu dünya» deməkdir) dini-mistik axirət ehkamını qəbul etmir, xoşbəxtliyin bu dünyada yaradılması zərurətini təbliğ edirdi.
Çarvak təliminə görə («çarvak» - qədim hind dilində «dörd söz», «dörd mahiyyət» mənasını verir) bütün mövcudatın əsasında dörd ünsür - od, su, hava, torpaq durur. Varlıq bu ünsürlərin birləşməsindən meydana çıxır, parçalanmasından məhv olub gedir. Çarvaklar dünyanın maddı vəhdəti ideyasını təbliğ edir, materiya və şüurun bir-birindən asılı olmayan ilkin başlanğıc olmasıni qəbul etmir, şüurun materiyadan əmələ gəldiyıni söyləyirdilər.
Çində də fəlsəfi fikrin meydana çıxması və inkişafı, Babilistan, Misir, Hindistan və başqa Şərq ölkələrinə uyğun olmuşdur. Burada da istehsalın inkişafı, quldarlığa keçilməsi, əqli əməklə məşğul olan xüsusi insanların - müdriklərin əmələ gəlməsi, astronomiya, riyaziyyat, tibb və s. elmlərin meydana çıxması fəlsəfənin də yaranmasına imkan vermişdir. «Müxalif» mövqedən ölkəni dolaşan müdrik kahinlər qəbilə inamlarına qarşı çıxır, «Şi tszin» («Şerlər qanunu»), «1 tszin» (Təbəddülatlar kitabı) və başqa kitab və mənbələrdə ifadə olunmuş fəlsəfi ideyaları yayırdılar.
E.ə. VI əsrdə iLk Çin fəlsəfi məktəbləri, Konfutsi, Lao-Tszi və b. Çin filosofları meydana çıxıb fəaliyyət göstərmişlər. O vaxt formalaşmış konfutsiançılıq və daosizm fəlsəfi-dini cərəyanlan da onların adı ilə bağlı olmuşdur. Ümumiyyətlə, Şərq fəlsəfəsi bir tərəfdən fəİsəfi, digər tərəfdən dini səciyyə daşımışdır.

Yüklə 122 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə