Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


Ölçü zəncirlərinin keyfiyyətinin normallaşdırılmış həlli metodlar



Yüklə 11,27 Mb.
səhifə20/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
494334532-ma-nqay-rma (1)

Ölçü zəncirlərinin keyfiyyətinin normallaşdırılmış həlli metodlar.

Ölçü zəncirini keyfiyyətini normalını hesablamaq, eyni zamanda onunnominal hədd ölçülərini və eləcə də hədd meyillənmələrini və müsaidələrini təyin etmək deməkdir.


Ölçü zəncirinin keyfiyyət normalının hesabatı zamanı qarşıya iki məsələ çıxa bilər.
Düz məsələ - qapayıcı ölçünün verilmiş nominal ölçüsü, hədd meyillənmələri və müsaidəsinə nəzərən təşkiledici ölçülərin müsaidələrinin optimal qiymətləri təyin edilir.
Əks məsələ - təşkiledici ölçülərin nominal ölçüləri, hədd meyillənmələri və müsaidə sahələrinə nəzərən qapayıcı ölçünün nominal ölçüsü, hədd meyillənmələri və müsaidə sahəsi təyin edilir.
Əks məsələ yoxlama xarakteri daşıyır. Düz məsələ isə əsas məsələdir, çünki bütün təşkiledici ölçülərin müsaidə və meyillənmələrinin hesabı qapayıcı ölçünün müsaidəsinə nəzərən aparılır, yəni istismar tələblərindən asılı olaraq təyin edilmiş çıxış ölçüsünün dəqiqliyinə əsasən aşkar edilir.
Hər iki məsələ tam qarşılıqlı əvəzolunma şəraitində iki metodla həll edilə bilər:
1. Maksimum və minimumu hesablama metodu
2. Nəzəri – ehtimal metodu.
Maksimum və minimumu hesablama metodu

Bu metodla hesablama zamanı ölçülərin müsaidə sahəsi daxilində səpələnmə xarakteri nəzərə alınmır.
Qapayıcı ölçünün ən böyük və ən kiçik hədd ölçüləri təşkiledici ölçülərin ən böyük və ən kiçik hədd ölçülərinə əsasən təyin olunur. Məsələnin həlli həmçinin hədd meyillənmələrinə nəzərən aparıldığı üçün nisbətən sadə olur.
Qapayıcı ölçünün müsaidə sahəsi ən böyük hədd ölçüsü ilə ən kiçik hədd ölçüsünün fərqinə bərabərdir, yəni
(2)
Qapayıcı ölçünün maksimum qiyməti, bütün artırıcı – təşkiledici ölçülərin maksimum qiymətlərinin cəmi ilə bütün əskildici – təşkiledici ölçülərin minimum qiymətlərinin cəminin fərqinə bərabərdir, yəni
(3)
Qapayıcı ölçünün minimum qiyməti, bütün artırıcı – təşkiledici ölçülərin minimum qiymətlərinin cəmi ilə bütün əskildici-təşkiledici ölçülərin maksimum qiymətlərinin cəminin fərqinə bərabərdir, yəni
(4)
(3) və (4) düsturlarından və kəmiyyətlərinin qiymətlərini (2) düsturunda yerinə yazıb sadələşdirsək, alarıq:
(5)
Deməli, qapayıcı ölçünün müsaidə sahəsi bütün təşkiledici ölçülərin müsaidə sahələri cəminə bərabərdir.
Qapayıcı ölçünün yuxarı hədd meyillənməsi, onun ən böyük hədd ölçüsü ilə nominal ölçüsünün fərqinə bərabərdir, yəni
(6)
(3) düsturundan kəmiyyətinin qiymətini (6) düsturunda yerinə yazıb sadələşdirsək, alarıq:
(7)
Deməli, qapayıcı ölçünün yuxarı hədd meyillənməsi, bütün artırıcı – təşkiledici ölçülərin yuxarı hədd meyillənmələrinin cəmi ilə bütün əskildici – təşkiledici ölçülərin aşağı hədd meyillərin cəminin fərqinə bərabərdir.
Məlumdur ki, qapayıcı ölçünün aşağı hədd meyillənməsi onun ən kiçik hədd ölçüsü ilə nominal ölçüsünün fərqinə bərabərdir, yəni
(8)
(5.4) düsturundan kəmiyyətinin qiymətini (5.8) düsturunda yerinə yazıb sadələşdirsək, alarıq:
(9)
Deməli, qapayıcı ölçünün aşağı hədd meyillənməsi, bütün artırıcı – təşkiledici ölçülərin aşağı hədd meyillənmələrin cəmi ilə bütün əksildici-təşkiledici ölçülərin yuxarı hədd meyillənmələri cəminin fərqinə bərabərdir.


Nəzəri-ehtimal metodu
Bu metodla ölçü zəncirlərini həll etdikdə, təşkiledici ölçülərin müsaidə sahələri daxilində səpələnmə xarakteri nəzərə alınır.
Ümumi şəkildə qapayıcı ölçünün müsaidəsi ilə təşkiledici ölçülərin müsaidələri arasında asılılıq aşağıdakı kimi ifadə olunur:
(10)
t əmsalı risketmə faizindən (P-dən) asılı olaraq qəbul edilir. Normal paylanma qanunu üçün t –nin aşağıdakı qiymətləri mövcuddur:
Risketmə faizi – P%-lə............32 10 4,5 1,00 0,27 0,1 0,01
t əmsalı....................................1 1,65 2 2,57 3 3,29 3,89
K” əmsalı -ə bərabər qəbul edilir.
Ölçü zəncirinə daxil olan ölçülərin bir-birinə paralel olan halı üçün qəbul olunur.
Qapayıcı ölçünün yuxarı və aşağı hədd meyillənmələri aşağıdakı düsturlarla təyin edilir:
(11)
burada uyğun olaraq qapayıcı ölçünün orta arifmetik və nominal qiymətləridir.

Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə