Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


Maşınqayırmada məhsulların keyfiyyətinin normallaşdırılması və istismar göstəriciləri



Yüklə 11,27 Mb.
səhifə2/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
494334532-ma-nqay-rma (1)

Maşınqayırmada məhsulların keyfiyyətinin normallaşdırılması və istismar göstəriciləri
Məmulatların keyfiyyəti və davamlılığı

Məmulatların keyfiyyət və ndavamlılığının artırılması problemi hal-hazırda aktual problemdir. Məhsulun yüksək keyfiyyəti hər şeydən əvvəl onun dünya bazarında yüksək səviyyəsini təmin edir və eləcə də milli iqtisadiyyatın geniş inkişafına və xalqın maddi rifahının yaxşılaşmasına səbəb olur. Məmulatın keyfiyyəti adətən onun xassələrinin sifarişçinin tələbləri səviyyəsinə uyğun təyin olunur.


Məmulatın keyfiyyətini bütövlüklə ayrı-ayrı keyfiyyət göstəricilərinin sintezi yolu ilə (hər bir göstəricinin təsirini ayrılıqda nəzərə almaqla) qiymətləndirmək olar. Məhsulun keyfiyyətinin qiymətləndirilməsi zamanı əsas məsələ istismarın konkret şəraiti üçün onun göstəricilərini (məhsuldarlıq, qiymət, avtomatlaşdırma səviyyəsi, sərf və s.) aydınlaşdırmaqdan ibarətdir.
Müxtəlif məmulatlar üçün bu göstəricilərin qiymətləri müxtəlif olur və istismarın konkret şəraitindən və sifarişçinin tələblərindən asılı olaraq dəyişilə bilər. Keyfiyyətin qymətləndirilməsi zamanı hər bir göstəricinin giymətinin ballarla, yaxud hər hansı bir qiymət əmsalı ilə ifadə olunması məqsədəuyğundur.
Ümumi şəkildə keyfiyyət göstəricisi “K” zamanın funksiyası olub, aşağıdakı formula ilə təyin oluna bilər:

Burada uyğun olaraq texniki xarakteristikaları, istismar, iqtisadi və estetik göstəriciləri nəzərə alan əmsal; isə bu göstəricilərin qiymət əmsallarıdır.
“K” keyfiyyət göstəricisi zamandan asılı olaraq dəyişdiyi üçün, məmulatların keyfiyyətinin attestasiyası periodik olaraq aparılmalıdır.
Ölkəmizdə məhsulların keyfiyyətinin attestasiyası 1967-cı ildən aparılır. Bu attestasiya Dövlət Attestasiya Komissiyası tərəfindən aparılır və üç kateqoriya ilə qiymətləndirilir.
Yüksək kateqoriya – məmulatın keyfiyyət göstəriciləri standartlarda təyin olunmuş göstəricilərdən yüksək olub, yerli və xarici sənayələrdə əldə edilmiş yüksək keyfiyyət göstəricilərinə uyğun gəlir.
Birinci kateqoriya – məmulatın keyfiyyət göstəriciləri fəaliyyətdə olan standartların tələblərinə uyğun gəlir.
İkinci kategoriya – məmulatın keyfiyyət göstəriciləri köhnəlmiş standartların tələblərinə uyğun gəlir. Bu cür məhsulu ya istehsalatdan çıxarırlar, yaxud da köhnə standartları təzələməklə onun keyfiyyətinin artırılması üçün vaxt təyin edirlər.
Dövlət keyfiyyət nişanı qəbul olunmuşdur ki, bu da yüksək kateqoriya keyfiyyətinə uyğun olan məhsullara təsis olunur.
Məmulat keyfiyyətlə bərabər, davamlılıq tələblərini də ödəməlidir.
Məmulatın tələb olunan vaxt ərzində özünün istismar göstəricilərini saxlamaq şərti ilə qabaqcadan verilmiş funksiyasının yerinə yetirilmək davamlılıq deyilir. Məmulatın davamlılığı onun hissələrinin uzunömürlülüyü, təmir olunma qabiliyyəti və s. ilə uzlaşır.
Sıradançıxma halları təsadüfi hadisələrin nəticəsi olduğundan (bu cür hadisələrin baş verib-verməməsini qabaqcadan söyləmək qeyri-mümkündür), davamlılıq çox vaxt ehtimal metodları ilə təyin olunur.
Məmulatın davamlılığının analizi aparıldıqda çox zaman texniki diaqnostika metodundan istifadə olunur.
Məmulatın keyfiyyətinin davamlılığı onun hazırlanma texnologiyasından asılıdır. Hazır məmulatın keyfiyyəti bütövlükdə iki dəyişənin funksiyası kimi qəbul oluna bilər: 1) Məmulatın layihələndirilməsinin keyfiyyəti; 2) məmulatın hazırlanma keyfiyyəti.

Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə