Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


Maşınqayırmada standarlaşdırmanın ilkin müddaaları



Yüklə 11,27 Mb.
səhifə4/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
494334532-ma-nqay-rma (1)

Maşınqayırmada standarlaşdırmanın ilkin müddaaları

Sistemləşdirmə – istənilən unifikasiyanın əsasını sistemləşdirmə təşkil edir. Onun məqsədi istifadə üçün çox rahat olan qayda və ardıcıllıqla materialların yerləşdirilməsidir. Sistemləşdirmənin ən sadə forması sistemləşdirilən materialın əlifba sırası ilə yerləşdirilməsidir. Bu cür sistemləşdirmə sorğu kitablarında, biblioqrafiyada, standartlarda anlayışların işarələnməsi üçün istifadə olunur.


Texnikada rəqəmli sistemləşdirmədən geniş istifadə olunur. Məsələn, standartlara onun nömrəsindən əlavə rəqəmlər daxil edilir ki, bu rəqəmlər də adətən standartın təsdiq ilini göstərir (məsələn, DÜİST: 401).
Klassifikasiya – sistemləşdirmənin müxtəlif növü olub və eyni zamanda geniş tətbiq tapmışdır. Klassifikasiya zamanı əşyalar və anlayışlar siniflər üzrə, yarımsiniflər üsrə və dərəcələr üzrə yerləşdirilir. Beynəlxalq sistem kimi universal onluq sistemi (UDK) qəbul olunmuşdur. Bu sistem mətbuatda, biblioqrafik kataloqlarda və sairə də istifadə olunur.
Universal onluq sistemində sol kənar rəqəm əhatə alunan sualların geniş əhatəsini, sonrakı rəqəmlər isə bu əhatəyə daxil olan sualları göstərir. Məsələn, UDK 6 – tətbiqi elmlər, tibb elmləri, texnika və s.; UDK 62 – texnika; UDK 621- ümumi maşınqayırma; UDK 621.3 – elektrotexnika; UDK 621.39 – elektrotexniki rabitə.
Qarşılıqlı anlayışlar iki nöqtə köməyilə işarə olunur. Məsələn, əgər UDK 621.3 – elektrotexnikanın, UDK 389.6 – standartizasiyanın işarəsidirsə, onda UDK 389.6, 621.3 elektrotexnikada standartlaşdırmanı göstərir.
III həftə --
Məhsulun keyfiyyətinin artırılmasından alınan effektivliyi.
Keyfiyyətin artırılmasında əsas faktorlar
Məhsulun keyfiyyəti, kompleks və qabaqlayan standartlaşdırma

Hazır məmulatın keyfiyyət və davamlılığı, məmulatın layihələndirmə və hazırlanma keyfiyyətlərindən çox asılıdır.


Maşın, avadanlıq və cihazların yüksək keyfiyyətini təmin etmək üçün layihələndirmənin və istehsalın bütün mərhələlərində keyfiyyətə qarşı tələbatlar bir-biri ilə uzlaşmalıdır. Bu ancaq kompleks standartlaşdırma metodunun tətbiqi ilə əldə oluna bilər. QİYŞ komissiyasının təyinatına görə kompleks standartlaşdırma elə standartlaşdırmaya deyilir ki, burada konkret tədbirlərin optimal həllinin təmini üçün, kompleks standartlaşdırma obyektinin ozünə bütövlükdə və həmçinin onun əsas elementlərinə yürüdülən, qarşılıqlı əlaqədə olan tələbatlar sisteminin təyini və tətbiqi məqsədyönlü və planlı şəkildə həyata keçirilsin.
Kompleks standartlaşdırmanın ən əsas və vacib prinsiplərindən biri maşın, avadanlıq və cihazların konstruksiyasına, layihələşdirmə metodlarına, avtomat­laşdırılmasına, hesabatlarına, dəqiqlik normalarına, davamlılığına və işləmə müddətinə, həmçinin istifadə olunan pəstah, material və xammaların keyfiyyətinə dair standartlaşdırmanın sistemləşdirilməsi və qarşılıqlı uzlaşmasıdır.
Kompleks standartlaşdırmanın prinsiplərinə uyğun işlənilmiş standartlar tipli texnoloji proseslər, maşın, avadanlıq və cihazların ölçülməsi və sınaqdan keçirilmə metodlarını əhatə edir. Elmi-texniki tərəqqinin sürətli inkişafı standartların “ömrünü” qısaldır. Maşınqayırmada standartların orta “uzunömürlülüyü” 8 il, cihazqayırmada isə 5-6 ildir. Standartların ömrünü uzatmaq üçün aşağıdakı təşkilati tədbirlər aparılır:
a) standartın işlənilməsindən xalq sənayesində tətbiqinə qədər alınan vaxtı maksimum azaltmaq;
b) qabaqlayan standartın işlənilməsi.
Qabaqlayan standartlar o standartlardır ki, burada elm və texnikanın qabaqcıl nailiyyətlərinə əsaslanaraq mütərəqqi tələblər, normalar, konstruksiyalardan, mikroprosessorlardan və mikro-EHM geniş istifadə edilmiş olsun.
Qabaqlayan standartlaşmaya aid işlərin aparılmasında verilmiş məmulatın və onun göstəricilərinin yaxın gələcəkdə inkişafı tendensiyasının öyrənilməsi əsas şərtlərdən biridir.



Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə