Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


X həftə Keyfiyyətin normallaşdırılmasının və dəqiqliyin nəzəri əsasları



Yüklə 11,27 Mb.
səhifə14/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
494334532-ma-nqay-rma (1)

X həftə


Keyfiyyətin normallaşdırılmasının və dəqiqliyin nəzəri əsasları
Səthlərin yerləşməsinin və formasının meyillənmələri

Səthlərin yerləşməsinin, həmçinin forma meyillənmələrinin normallaşdırılması və miqdarca qiymətləndirilməsi üçün aşağıdakı terminlər və anlayışlar standart üzrə qəbul olunmuşdur.


Real (həqiqi) səth, elə səthə deyilir ki, bu səth hissəni ətraf mühitdən ayırmış olsun. Real səth forma meyillənməsinə, dalğavariliyə və kələkətürlüyə malikdir.
Real (həqiqi) profil, real səthə müstəvinin kəsişməsindən əmələ gəlir.
Nominal (həndəsi) səth, ideal səth olub, cizgidə verilmiş nominal formaya malik olur.
Nominal (həndəsi) profil, nominal səthlə müstəvinin kəsişməsindən alınan profildir.
Real səthi və profili mütləq dəqiq hazırlamaq mümkün deyildir. Real səthin hazırlanma və ölçmə dəqiqliyinin xətası istifadə olunan avadanlıqlarının, tərtibatların, kəsən və ölçü alətlərinin, həmçinin ölçmənin dəqiqliyindən asılıdır.
Formanın baza səthi, nominal formaya malik səth olub, real səthin forma meyillənməsinin miqdarca qiymətləndirilməsi üçün istifadə olunur.
Formanın baza səthi kimi əsasən söykənən müstəvi, yaxud söykənən profildən istifadə olunur.
Söykənən müstəvi baza səthi olub, hissənin real səthinə toxunaraq elə yerləşir ki, real səthin ən ucqar nöqtəsində forma meyillənməsi normallaşdırılan şöbədə minimum qiymətə malik olsun.

Forma meyillənməsinin qiyməti “Δ” real səthin, yaxud real profilin nöqtələrindən söykənən müstəviyə normal üzrə söykənən müstəvinin nöqtələrinə qədər olan ən böyük məsafədir (şəkil 1).





Şəkil 1. Söykənən səthlər: a) söykənən müstəvi;
b) söykənən silindr; 1) toxunan müstəvilər; 2) söykənən müstəvi; 3) həqiqi səthlər; 4) söykənən silindr

Orta səth, formanın baza səthi olub, real səthə nəzərən elə yerləşir ki, real səthin nöqtələrinin orta səthdən meyillənmələrinin kvadratları cəmi, normalaşdırılan şöbə daxilində minimum qiymətə malik olsun.


Orta səthdən forma meyillənməsinin hesabatı zamanı formanın ən böyük meyillənməsi kimi, real səthin yaxud profilin nöqtələrinin orta profilinin orta səthində hər iki tərəfə ən böyük meyillənlənmələrinin mütləq qiymətlərinin cəmi kimi qəbul olunur.
Formanın hədd meyillənmələri səthin, yaxud profilin formasının müsaidəsi ilə məhdudlaşdırılır.
Formanın müsaidə sahəsi ilə fazaya (yaxud verilmiş müstəvidə sahəyə) deyilir ki, normalaşdırılan şöbə daxilində baxılan real elementin bütün nöqtələri onun daxilində yerləşmiş olsun.
Profil formasının müsaidə sahəsi verilmiş müstəvidə sahə olub, mərkəzləri nominal profildə yerləşən, diametrləri profilin müsaidəsinə bərabər olan dairələrin iki ekvidistant xətləri ilə məhdudlaşır.
Səthin formasının müsaidə sahəsi mərkəzləri nominal səthdə yerləşən, diametrləri səthlərin formasının müsaidəsinə bərabər olan kürələrin iki ekvidistant səthi ilə məhdudlaşdırılmış fazadır.
Səthlərin forma və vəziyyətlərinin hədd meyillənmələri QİYŞ-in tövsiyyələrinə
əsasən (RS 7-73) aşağıdakı qiymətlərə uyğun olmalıdır (cədvəl 1).
Cədvəl 1

0,1

0,12

0,16

0,2

0,25

0,3

0,4

0,5

0,6

0,8

1

1,2

1,6

2

2,5

3

4

5

6

8

10

12

16

20

25

30

40

50

60

80

100

220

160

200

250

300

400

500

600

800

1000

1200

1600

2000

2500

3000

4000

5000

6000

8000

Müstəvi səthlərin meyillənmələrinə düz xətdən və müstəvidən meyillənmələr daxildir.


Düz xətdən meyillənmə (qeyri-düzxəttlilik) kəsikdə real profilin möqtələrinin normallaşdırılan şöbə daxilində söykənən xətdən olan ən böyük məsafəsidir.
Düz xətdən meyillənmə (əyrilik) fazada real ox, yaxud xətt olub, daxilində real oxun bütün nöqtələri yerləşən silindr diametrinin minimal qiymətlərinə uyğun gəlir.
Müstəvidə meyillənmə (qeyri-müstəvililik) normalaşdırılan şöbə daxilində real səthin nöqtələrindən söykənən müstəviyə qədər ən böyük məsafədir.
Qeyri-müstəviyə və qeyri-xətliliyə qabarıqlılıq və çökəkliyi misal göstərmək olar (şəkil 2 a, b).
Silindrik səthlərin forma meyillənmələrinə qeyri-silindrlilik, qeyri-dairəvilik və ən kəsiyi profilinin meyillənməsi daxildir.
Silindrdən meyillənmə (qeyri-silindrlilik) real səthdən söykənən silindrə qədər olan ən böyük məsafədir.
Dairədən meyillənmə (qeyri-dairəvilik) real profilin nöqtələrinin söykənən dairədən ən böyük məsafəsidir (şəkil 2 v).




Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə