Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


Şəkil 1. Statik xarakteristika



Yüklə 11,27 Mb.
səhifə13/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
494334532-ma-nqay-rma (1)

Şəkil 1. Statik xarakteristika
a) kəsilməz; b) diskret


asılılığına ölçmə qurğusunun statistik xarakteristikası deyilir. Ölçmə qurğusunun hissetmə qabiliyyətini daim təmin etmək üçün, statistik xarakteristikası ölçülən kəmiyyətinin verilmiş intervalda dəyişməsi ilə ya xətti, yaxud da ona yaxın olmalıdır. Diskret xarakteristikalı ölçmə qurğularında giriş kəmiyyətlərinin kəsilməz dəyişməsi ilə çıxış kəmiyyəti diskret dəyişən olur. Məsələn, giriş kəmiyyətinin -dan -a qədər kəsilməz dəyişməsi ilə çıxış kəmiyyəti pilləli dəyişir: olduqda -dən -yə qədər; olduqda -dən -ə qədər və s. (şəkil 3.1.b). Giriş kəmiyyətinin -dan -ə qədər; -dən -yə qədər və -dən -a qədər dəyişməsi ilə çıxış kəmiyyətinə uyğun olaraq , və diskret qiymətlər alaraq, sabit qalır. , , nöqtələri (şəkil 3.1.b) giriş kəmiyyətinin kəsilməz dəyişməsi ilə çıxış kəmiyyəti də kəsilməz dəyişən statistik xarakteristikalara uyğun gəlir (ştrixli xətt).


Vahid ölçülərin təmini

Xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunan ölçülərin və ölçü cihazlarının eyniliyini və düzgünlüyünü təmin etmək üçün, ölçü vahidlərinin etalonlardan nümunəvi, daha sonra işçi ölçülərə və ölçü cihazlarına ötürülməsinin vahid sisteminin yaradılması vacib şərtdir. Vahid ölçülərin təmini zamanı onların dəqiqliyə görə aşağıdakı klassifikasiya qəbul olunmuşdur: etalonlar; nümunəvi ölçü və ölçü cihazları; işçi ölçü və ölçü cihazları.


Etalonların üç dərəcəsi vardır: ilkin, ikinci və üçüncü.
İlkin etalonlar ölçü vahidinin beynəlxalq miqyasda qəbul olunmuş təyinatına uyğun gələn dövlət etalonlarıdır. İkinci etalonlar ilkin etalonlardan metroloji dəqiqliklə köçürülən etalonlardır. Üçüncü etalonlar isə ikinci etalonlardan metroloji dəqiqliklə köçürülən etalonlardır.
Dövlət etalonları D.Y. Mendeleyev adına ümumittifaq Elmi Tədqiqat Metrologiya İnstitutunda hazırlanır və saxlanılır. Metroloji təyinatına görə etalonlar əsas, törəmə, şahid, nüsxə, müqayisə və işçi etalonlarına ayrılır. Əsas etalonlar ilkin etalonlardır. Törəmə etalonlar vahidlərin konkret törədilməsi üçün istifadə olunur. Şahid etalonlar ilkin etalonların dəyişməsinə nəzarət edən ikinci etalonlardır. Nüsxə etalonları iş vaxtı ilkin etalonları əvəz edən ikinci etalonlardır. Müqayisə etalonları onların müqayisəsini aparmaq üçün istifadə olunan ikinci etalonlardır. İşçi etalonları cari metroloji işlərin aparılması üçün istifadə olunan etalonlardır. Bu etalonlar Moskva, Xarkov, Sverdlovsk və Novosibirsk şəhərlərinin metroloji institutlarında saxlanılır.
Nümunəvi ölçü və ölçü cihazları onların attestasiya dəqiqliyindən asılı olaraq birinci, ikinci, üçüncü və s. dərəcəli olurlar. Birinci dərəcəli nümunəvi ölçü cihazlarını bilavasitə işçi etalonlar vasitəsilə yoxlayırlar. Nümunəvi ölçü və ölçü cihazlarının qalan dərəcələrinin dəqiqliyi isə özündən bir dərəcə əvvəl gələn nümunəvi ölçü və ölçü cihazları vasitəsilə yoxlanılır. Nümunəvi ölçülər və ölçü cihazları dövlət nəzarət laboratoriyalarında saxlanılır.
İşçi ölçülər və ölçü cihazları hazırlanma dəqiqliyindən asılı olaraq dəqiqlik siniflərinə ayrılırlar. Dəqiqlik sinifləri ölçmə vasitəsinin hazırlanmasına buraxıla bilən xətaları təyin edir.

Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə