Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


IX həftə Maşınqayırmada məhsulun vəziyyətinə təsir edən metrologiyanın rolu. Texniki ölçmələr və metrologiya haqqında əsas anlayışlar



Yüklə 11,27 Mb.
səhifə12/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
494334532-ma-nqay-rma (1)

IX həftə
Maşınqayırmada məhsulun vəziyyətinə təsir edən metrologiyanın rolu. Texniki ölçmələr və metrologiya haqqında əsas anlayışlar


Ümumi anlayışlar

Metrologiya ölçmələrdən, həmçinin vahid ölçmənin və tələb olunan dəqiqliyin əldə olunmasının təminetmə metod və vasitələrindən bəhs edən elmdir.


Texniki vasitələrlə fiziki kəmiyyətlərin qiymətinin tapılması prosesinə ölçmə deyilir. Ölçmənin məqsədi, verilmiş kəmiyyəti vahid qəbul olunmuş və bu kmiyyətlə həmcins olan fiziki kəmiyyətlə müqayisə etməkdir. Ölçmənin nəticəsində adlı ədədlər alınır. Məsələn, 14,7 mm; 1,5 A; 27,4 q və s.
Nəzarət edilən parametrə görə məlumatın yararlığının təyini üçün aparılan ölçmə prosesi nəzarət adlanır. Əgər nəzarət edilən parametr müsaidə daxilində yerləşirsə, məmulat yararlı hesab olunur. Nəzarətin nəticəsi məmulatın keyfiyyətinin konkret qiymətləndirilməsidir, yəni: “yararlıdır”, “çıxdaşdır”, “düzəldilə bilən çıxdaşdır”, “düzəldilməsi mümkün olmayan çıxdaşdır”.


Ölçmənin növləri

Ölçmənin xarakter və şəraitindən asılı olaraq ölçmə aşağıdakı növlərə ayrılır: birbaşa (bilavasitə), dolama və cəmləşdirmə.


Birbaşa ölçmələr zamanı axtarılan ölçü, ölçü vahidi ilə bilavasitə ölçü cihazının köməyinə əsaslanaraq müqayisə olunur. Məsələn, valın diametrinin mikrometrlə ölçülməsi, cərəyan müqavimətinin ommetrlə ölçülməsi və s.
Maşınqayırmada, cihazqayırmada birbaşa ölçmənin aparılması çox vaxt çətin olur. Bu səbəbdən ölçmə dolama yolu ilə, yəni birbaşa ölçülən kəmiyyətlər üzrə hesabatdan təyin olunur. Lakin, yadda saxlamaq lazımdır ki, dolama yolu ilə ölçmənin nəticəsi o zaman qənaətbəxş hesab edilir ki, üzərində birbaşa ölçmə aparılan kəmiyyətlərlə axtarılan kəmiyyət arasında funksional asılılıq olsun, yəni

burada - axtarılan kəmiyyət, ; - birbaşa ölçmə ilə kəmiyyətlərin alınmış qiymətləridir.
Dolama ölçməyə misal olaraq, yivlərin orta diametrinin üç məftil yolu ilə təyin olunmasını göstərmək olar.
Cəmləşdirmə ölçmə o ölçməyə deyilir ki, axtarılan kəmiyyətin ədədi qiyməti birbaşa ölçmə nəticəsində müxtəlif tərkibli kəmiyyətlər üçün alınmış tənliklər sisteminin həlli nəticəsində alınmış olsun.
Bu hal üçün aşağıdakı asılılıq xarakterikdir:

burada - dolama yol ilə təyin olunmuş kəmiyyətlər ki, axtarılan kəmiyyət də onların işərisindədir; - birbaşa ölçmə ilə təyin olunan kəmiyyətlərdir. Axtarılan kəmiyyətin qiymətini təyin üçün “K” sayda tənliyi həll etmək lazımdır:

Iki cür ölçmə metodu mövcuddur: bilacasitə qiymətləndirmə metodu və ölçü ilə müqayisə metodu. Bilavasitə qiyçətləndirmə metodu ilə ölçmə aparıldıqda cihazın hesablama qurğusu üzrə ölçülən kəmiyyətin qiyməti təyin olunur. Valın diametrinin ştangenpərkar və mikrometrlə ölçülməsi bu metoda misaldır.
Ölçü ilə müqayisə metodu müxtəlif fiziki kəmiyyətlərin dəqiq ölçülməsi üçün maşınqayırmada geniş tətbiqedilir. Bu metoda bəzən nisbi ölçmə metodu da deyilir.
Ölçməni aparmaq üçün istifadə olunan ölçü vasitələri üç yerə bölünür: ölçülər, ölçü cihazları və nəzarət-ölçü avtomatları.
Ölçü elə əşya və ya qurğuya deyilir ki, o vahid ölçüyə nəzərən konkret qiymət verə bilsin.
Təyinatından asılı olaraq bütün ölçülər və ölçü cihazları iki yerə bölünürlər: nümunəvi və işçi.
Nümunəvi ölçülər və ölçü cihazları elə ölçü və ölçü cihazlarına deyilir ki, onlar vahid ölçünün qorunub saxlanması üçün, həmçinin ölçülərin və ölçü cihazlarının yoxlanılması üçün istifadə olunsun.
Nümunəvi ölçü və ölçü cihazları içərisində ölçü vahidinin qorunub saxlanması üzrə dəqiqlik texnikasının yüksək səviyyəsinə uyğun gələnlərini etalon adlandırırlar. Bütün yerdə qalan ölçülər cihazları isə işçi ölçülər və ölçü cihazları adlanırlar. İşçi ölçülər və ölçü cihazlarından təcrübədə lazım olan ölçmələr aparmaq üçün istifadə olunur.
Ölçü vasitəsinin xassələrini təyin edən xarakteristikalar aşağıdakılardır:

  • ölçü şkalasının bölgüsünün qiyməti (bu qiymət kəmiyyətlər qiyməti fərqi olub, ölçü şkalasının iki qonşu bölgüsünə uyğun gəlir);

  • göstərmə diapazonu (ölçü şkalasının qiymətlər oblastı olub, onun əvvəlki və sonrakı qiymətləri ilə məhdudlaşır);

  • ölçmə diapazonu (ölçülən kəmiyyətin qiymətlər oblastıdır).

Ölçmə vasitələrinin xarakteristikaları kəsilməz və diskret olur. Kəsilməz xarakteristikalara malik ölçmə qurğularında giriş kəmiyyətinin -dan -a qədər kəsilməz dəyişməsi ilə çıxış kəmiyyəti -dan -a qədər kəsilməz dəyişir (şəkil 1.a).



Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə