Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


Nominal ölçülərin intervalı



Yüklə 11,27 Mb.
səhifə11/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
494334532-ma-nqay-rma (1)

Nominal ölçülərin intervalı
Əgər hər bir nominal ölçü üçün ayrılıqda müsaidə təyin olunsaydı, bu cədvəl çox böyük həcmə malik olardı. Bu səbəbdən də 500 mm-ə qədər olan ölçülər 13 əsas intervala bölünmüşdür:
3 mm-ə qədər; 3-mm-dən 6 mm-ə qədər; 6 mm-dən 10 mm-ə qədər; 10 mm-dən 18 mm-ə qədər; 16 mm-dən 30 mm-ə qədər və s.
Məsələn, 10 mm nominal ölçüyə malik səthin hədd meyillənmələr 6 mm-dən 10 mm-ə qədər ölçülərin intervalına uyğun standartdan təyin olunur.


Müsaidə vahidi

Ölçüləri ilə fərqlənən həmcins hissələrin dəqiqliklərinin müqayisəsi üçün müsaidə vahidindən istifadə olunur. Tutaq ki, bir val 125-0,025 ölçüsünə uyğun, digəri isə 64-0,020 ölçüsünə uyğun hazırlanmalıdır.


Əvvəlcədən hansı valın daha dəqiq hazırlanmasının tələb olduğunu demək çox çətindir. Bu səbəbdən dəqiqliyin (müsaidənin) elə bir vahidini tapmaq lazımdır ki, bu vahid müxtəlif diametrə malik ölçülərin müsaidəsinə eyni miqdarda daxil olsun. Verilmiş valların emal dəqiqlik dərəcələrinin müqayisəsi üçün müsaidəni valların diametrlərinin funksiyası kimi qəbul etmək daha məqsədəuyğun olardı. Təcrübədən müəyyən olunmuşdur ki, müsaidə sahəsi müsaidə vahidi ilə düz mütənəsibdir. Yəni

burada - müsaidə; - müsaidə vahidinin miqdarı; - müsaidə vahididir.
Müsaidə vahidi aşağıdakı düstur ilə təyin olunur:

Müsaidə vahidinin qiyməti intervala daxil olan diametrlərin kənar qiymətlərinin orta həndəsi qiymətinə görə təyin olunur:

3 mm-ə qədər nominal ölçülər üçün götürülür.
-nın qiymətini təyin etməklə hansı valın daha dəqiq hazırlanmasının tələb olunduğunu aşkar etmiş olarıq:



Hər iki valın müsaidəsi eyni miqdarda müsaidə vahidindən ibarət olduğu üçün onların eyni dəqiqliklə hazırlanması tələb olunur.


Dəqiqlik kvalitetləri

İstənilən maşında müxtəlif təyinatlı hissələr müxtəlif dəqiqliklə emal olunur. Dəqiqliyin müxtəlif səviyyələrini normallaşdırmaq üçün QİYŞ-ə daxil olan ölkələrin standartlarında 19 dəqiqlik kvaliteti: 01, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 qəbul olunmuşdur. Dəqiqlik kvaliteti oturtmanın xarakterindən asılı olmayaraq, nominal ölçünün qiymətindən asılı olaraq hissənin hazırlanmasına müsaidənin qiymətini təyin edir. Eyni dəqiqlik kvalitetində eyni yuva və valın müsaidə sahəsi bir-birinə bərabərdir. 5-ci dəqiqlik kvalitetləri üçün müsaidə aşağıdakı düstur ilə təyin olunur:



burada - müsaidə; - müsaidə vahidi; - müsaidə vahidinin miqdarıdır. Bu kəmiyyət bir dəqiqlik kvalitetindən o birinə keçdikdə qüvvətüstü kəmiyyət

olan həndəsi silsilə ilə dəyişir.
01-ci kvalitet ən dəqiq, 17-ci kvalitet ən kobud dəqiqlik kvalitetidir. Maşınqayırmada ən çox 5-15 –ci dəqiqlik kvalitetlərindən istifadə olunur.
Cədvəl 1-də müxtəlif ölçü vasitələri üçün müsaidə vahidi və dəqiqlik kvalitetinin qiymətləri verilmişdir.

Cədvəl 1


Müsaidələr

Etalonlar üçün

Kalibrlar üçün

Birləşmədə iştirak edən sətirlər üçün

Sərbəst ölçülər üçün

Müsaidə vahidinin miqdarı



















7

10

16

25

40

64

100

160

250

400

640

1000

1600

Kvalitetlər

01

0

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17



Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə