Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


V- həftə Ölçülər, meyillənmələr, müsaidələr və onların qrafiki təsviri



Yüklə 11,27 Mb.
səhifə7/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   23
494334532-ma-nqay-rma (1)

V- həftə


Ölçülər, meyillənmələr, müsaidələr və onların qrafiki təsviri

Maşınqayırmada nominal ölçü, həqiqi ölçü və hədd ölçüləri məfhumlarından istifadə olunur.


Mexaniki xassələri hesabatdan təyin olunmuş “Nominal xətti ölçülər” DUİST-inə görə (DUİST 6636-69) yuxarıya doğru yuvarlaqlaşdıırılma və cizgidə uyğun səthdə qeydə alınmış ölçü, nominal ölçü adlanır. Nominal ölçü ideal ölçüdür, yuva üçün “ ”, val üçün isə “ ” kimi işarə olunur. Maşın hissələri səthini nominal ölçüyə uyğun mütləq dəqiq hazırlamaq qeyri-mümkündür.
Ölçmə nəticəsində təyin olunmuş ölçü həqiqi ölçü adlanır.
Ölçən alətin dəqiqliyindən, ölçmənin aparılma şəraitindən, ölçməni aparan şəxsin görmə qabiliyyətindən və s. asılı olaraq eyni səthin həqiqi ölçüsü müxtəlif ola bilər. Həqiqi ölçü əsil ölçüdən ölçmənin xətası qədər fərqlənir. Əsil ölçünün mütləq dəqiq ölçülməsi qeyri-mümkün olduğundan maşınqayırmada bu ölçü işlənilmir.
Yuxarıda qeyd etdik ki, nominal ölçüyə uyğun maşın hissələri səthini mütləq dəqiq hazırlamaq qeyri-mümkündür. Bu səbəbdən hissələrin cizgisində emal olunan səthin ölçüsü iki buraxıla bilən ölçü ilə verilir. Bu ölçülərə hədd ölçüləri deyilir. Hədd ölçüləri ən böyük və ən kiçik olurlar. Əgər hissə yararlıdırsa, deməli onun səthlərinin həqiqi ölçüləri uyğun hədd ölçüləri daxilində yerləşmişdir. Yaxud onlara bərabərdir. Əgər yuvanın həqiqi ölçüsü ən kiçik hədd ölçüsündən kiçikdirsə, bu cür yuva düzəldilə bilən çıxdaşdır. Əgər yuvanın həqiqi ölçüsü ən böyük hədd ölçüsündən böyükdürsə, bu düzəldilməsi mümkün olmayan çıxdaşdır (zaydır). Əgər valın həqiqi ölçüsü ən böyük hədd ölçüsündən böyükdürsə, düzəldilməsi mümkün olan, əgər valın həqiqi ölçüsü ən kiçik hədd ölçüsündən kiçikdirsə, düzəldilməsi mümkün olmayan çıxdaşdır.
Yuvanın hədd ölçüləri valın hədd ölçüləri isə kimi göstərilir.
İşçi cizgilərində bir ölçünü iki hədd ölçüsü ilə göstərmək əksər hallarda cizgidə qarmaqarışıqlıq yaradır. Bu səbəbdən hədd ölçülərini nominal ölçü və hədd meyillənmələri cəmliyi kimi -hədd meyillənməsi hədd ölçüsü ilə nominal ölçünün cəbri fərqinə bərabərdir. Yuxarı və aşağı hədd meyillənmələri olur.
Yuxarı hədd meyillənməsi, ən böyük hədd ölçüsü ilə nominal ölçünün, aşağı hədd meyillənməsi isə ən kiçik hədd ölçüsü ilə nominal ölçünün cəbri fərqinə bərabərdir. Yuvanın yuxarı hədd meyillənməsi , aşağı hədd meyillənməsi , valın yuxarı hədd meyillənməsi , aşağı hədd meyillənməsi isə ilə işarə olunur.
Beləlikə, yuxarıda dediklərimizi ifadə şəklində aşağıdakı kimi yazmaq olar:

.
Hədd meyillənmələri müsbət, mənfi və sıfra bərabər olurlar. SEV 144-75 standartında hədd meyillənmələri mikrometrlərlə göstərilmişdir. Cizgilər isə mm-lə göstərilir.
Cizgidə ölçü xəttinin üzərində əvvəlcə nominal ölçü, daha sonra sağ tərəfdə mötərizədə yuxarı və aşağı hədd meyillənmələri mm-lə yazılır, sıfır hədd meyillənməsi isə yazılmır, məsələn, Ø ; Ø ; Ø və s.
Uyğun standartlardan hədd meyillənmələrini seçdikdən sonra aşağıdakı ifadələrlə hədd ölçülərini təyin etmək olur:

.
Yuxarı və aşağı hədd ölçüləri maşın hissəsi səthinin hazırlanma dəqiqliyini göstərir. Bu iki ölçü arasında fərq nə qədər kiçikdirsə, hazırlanma dəqiqliyi o qədər böyükdür və əksinə.
Ən böyük və ən kiçik hədd ölçüləri fərqinə müsaidə deyilir. Yuvanın müsaidəsi TD, valın müsaidəsi isə ilə işarə olunur. Yuva və valın müsaidəsi aşağıdakı kimi təyin olunur:


Müsaidənin qiymətini hədd meyillənmələrinə görə də təyin etmək olar. Yuxarı hədd meyillənməsi ilə aşağı hədd meyillənməsinin cəbri fərqinin mütləq qiyməti müsaidənin qiymətinə bərabərdir. Yəni


Ölçülər, meyillənmələr və müasidələrin iki cür qrafiki təsviri verilir. Birinci qeyri-miqyaslı (şəkil 1), ikinci isə eyni miqyaslı qrafiki təsvir (şəkil 2.2) adlanır. Qeyri-miqyaslı qrafiki təsvirdə (şəkil 1) ölçünün müsaidəsi ilə özünün miqyası bir-birindən min dəfələrlə fərqlənir. Bu səbəbdən qrafiki təsvir qarışıq olur. Maşınqayırmada eyni miqyaslı qrafiki qəbul olunmuşdur. Bu qrafiki təsvirin qurulma metodikası aşağıdakı kimidir.



NKM



0

0



25

21



ei

Td

f



dH=25mm

41

Valın musaidə sahəsi



dmm=24.959mm

dmax=24.980mm



Şəkil 2. Eynimiqyaslı qrafiki təsvir

Əvvəlcə hədd meyilləri və müsaidələr üçün hesablama xətti olan və nominal ölçüyə uyğun gələn 0-0 (sıfır-sıfır) xəttini çəkirlər (şəkil .2). Bu xəttin sol cinahında müsbət və mənfi qütblər qeydə alınır. Şərti olaraq nominal ölçünü yuxarıya doğru yönəlmiş və sıfır-sıfır xəttinə söykənmiş oxun üzərində qeydə alırlar. Miqyas qəbul edib (məsələn, 1mkm=1mm; 1mkm=2mm və s.) hədd meyillənmələrini miqyasa və işarəsinə uyğun olaraq qeydə alırlar. Alınmış nöqtələrdən 0-0 (sıfır-sıfır) xəttinə paralel xətlər çəkib, uyğun yerdə dördbucaqlı qururlar. Alınmış sahə val, yaxud yuvanın müsaidə sahəsi olur. Şəkil 1 və 2-dən Ø ölçüsü üçün qurulmuş iki qrafiki təsvirdən eyni miqyaslı qrafiki təsvirin (şəkil 2) daha məqsədəuyğun olması əyani görünür.



Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə