Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


IV həftə Maşınqayırmada maşın və mexanizmlərin keyfiyyətini yüksəldilməsində qarşılıqlı əvəzolunmanın rolu



Yüklə 11,27 Mb.
səhifə6/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
494334532-ma-nqay-rma (1)

IV həftə
Maşınqayırmada maşın və mexanizmlərin keyfiyyətini yüksəldilməsində qarşılıqlı əvəzolunmanın rolu
Qarşılıqlı əvəzolunma və onun növləri
Yığım və təmir zamanı seçmə və uyğunlaşdırma əməliyyatları aparılmadan, maşının tələb olunan texniki-iqtisadi göstəricilərini və istismar xassələrini təmin edən, ayrılıqda verilmiş dəqiqliklə hazırlanan eyniadlı hissə və qovşaqların bir-birini əvəzetmə xassəsinə qarşılıqlı əvəzolunma deyilir.
Qarşılıqlı əvəzolunma maşın, aparat, cihaz və avadanlıqların layihələndiril­məsinin, hazırlanmasının, yığılmasının, nəzarətinin və istismarının əsasını təşkil edir. Qarşılıqlı əvəzolunma tam, natamam, xarici, daxili və funksional olur.
Məmulatın tələb olunan istismar keyfiyyətini ödəmək şərtilə eyniadlı maşın hissələrinin yığım və təmiri zamanı üzərində əlavə əmək sərf etmədən bir-birini həndəsi, fiziki-mexaniki və digər parametrlərinə görə əvəzetmə xassəsinə tam qarşılıqlı əvəzetmə deyilir.
Maşının istismar tələblərinə uyğun olaraq, bəzən onun hissələrinin səthələrini iqtisadi cəhətdən əlverişli olmayan dəqiqliklə hazırlamaq lazım gəlir. Bu cür səthlərin emalı texniki və texnoloji cəhətdən də çətin olur. Bu səbəbdən maşın və ya qovşaqların yığılması zamanı çox böyük dəqiqliyə malik olan eyniadlı hissələr bir-birini tam qarşılıqlı əvəz etmir.
Hazırlama və yığmanın texniki-iqtisadi göstəricilərini yüksəltmək üçün belə istehsalatlarda selektiv yığma metodundan, tənzimləmə metodundan və s. istifadə olunur ki, bu cür qarşılıqlı əvəzolunmaya natamam qarşılıqlı əvəzolunma deyilir.
Nisbətən mürəkkəb məmulatlara xaricdən qoşulan (yığılan) eyniadlı məmulatların bir-birini tam əvəzetməsinə xarici qarşılıqlı əvəzolunma deyilir. Elektrik mühərrikinin torna dəzgahına qoşulması (yığma zamanı) xarici qarşılıqlı əvəzolunmaya misal ola bilər.
Standart qovşağa daxil olan eyniadlı hissələrin bir-birini tam əvəz etməsinə daxili qarşılıqlı əvəzolunma deyilir. Diyircəkli yastıq dövlət standartına tam uyğun olub, xüsusi zavodlarda hazırlanır. Yastığa daxil olan diyircəklərin bir-birini tam əvəz etməsi daxili qarşılıqlı əvəzolunmaya aiddir.
Eyniadlı məmulatların yığılması və iqtisadi cəhətdən əlverişli olan optimal istismar göstəricilərinin təmin olunan qarşılıqlı əvəzolunmasına funksional qarşılıqlı əvəzolunma deyilir. Funksional qarşılıqlı əvəzolunma maşının istismar göstəri­cilərininin buraxıla bilən meyylənmələri ilə hissənin həndəsi və fiziki-mexaniki xassələri arasında asılılıq yaradır. Dərinlik nasosunun eyniadlı plunjer-silindr cütlərinin bir-birinə sürtünən səthlərinin fiziki-mexaniki xassələrinə görə, həmçinin istismar xassələrinə görə əvəz etməsi funksional qarşılıqlı əvəzolunmaya misaldır.
Maşınqayırmada maşınların yığılması zamanı eyniadlı hissələrin bir-birini qarşılıqlı əvəzetmə səviyyəsi qarşılıqlı əvəzolunma əmsalı ilə xarakterizə olunur. Bu əmsal qarşılıqlı əvəzolunan hissələrin əmək tutumunun ümumi hissələrin əmək tutumuna olan nisbəti ilə təyin olunur. Qarşılıqlı əvəzolunma əmsalının vahidə yaxın olması istehsalatın texniki səviyyə və mədəniyyətinin yüksək olmasını göstərir.



Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə