Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


II həftə - Məhsulun keyfiyyətinin yüksəldilməsi



Yüklə 11,27 Mb.
səhifə3/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
494334532-ma-nqay-rma (1)

II həftə -


Məhsulun keyfiyyətinin yüksəldilməsi

Yüksək keffiyyətə malik məmulatın buraxılışını təmin etmək üçün onun hazırlanma texnologiyası ilə bərabər standartlaşdırmanın da böyük əhəmiyyəti vardır.


Standartlaşdırma sahəsində əsas terminlər standartlaşdırma üzrə beynəlxalq təşkilat (İSO) yanında onun elmi prinsiplərini öyrənən komitə (STAKO) tərəfindən təyin olunmuşdur.
Standartlaşdırma – funksional istismar şərtlərini və təhlükəsizlik tələblərini gözləmək şərti ilə, ümumi optimal qənaət əldə etmək üçün bütün əlaqədar tərəflərin xeyrinə və onların iştirakı ilə verilmiş sahədə fəaliyyətin nizamlanması məqsədi ilə qaydaların müəyyən edilməsi və tətbiqi prosesidir. Elmin, texnikanın və gündəlik təcrübənin nailiyyət və nəticələrinə əsaslanaraq nəinki hazırki, həmçinin gələcək inkişafın əsasını təyin edir və eləcə də elmi-texniki tərəqqi ilə bağlı dəyişmədə olur.
O, adətən qəbul olunmuş xarakteristikaların mexaniki yığımı deyil, optimal həllərin və nəticələrin seçilməsi və işlənilməsidir ki, bu da təkcə elm və texnikanın bu günkü inkişaf səviyyəsini deyil, həmçinin perspektiv inkişafı da nəzərə alır.
O, elmi-texniki və iqtisadi tərəqqinin sürətlənməsinə təsir edən möhtəşəm vəsaitdir. O, elm və texnikanın nailiyyətlərini istehsalatda geniş tətbiqini təmin etməklə maşın hissələrinin qarşılıqlı əvəzolunmasına zəmanət verir, xammal və materiallardan istifadəni yaxşılaşdırır, məhsulun keyfiyyətinin ən yaxşı nümunələr səviyyəsində saxlanmasını təmin edir və istehsalatın xüsusiləşməsinin geniş inkişafında əsas rol oynayır.
Standartlaşdırma – maksimal effekt əldə etmək üçün minimum şərtlərin elmi təyin olunmasıdır.
Standart – tətbiqi vacib sayılan elm, texnika və gündəlik təcrübələrin nailiyyətinə əsasən yerinə yetirilmiş standartlaşdırma üzrə aparılmış konkret işlərin nəticəsidir. O, standartizasiya üzrə normativ – texniki sənəd olub, standartlaşdırma obyektinə norma, qayda və tələbatlar komplekslərini qoyur və müvafiq orqan tərəfindən təsdiq olunur. Standart, maddi əşyalara (məhsul, etalon, maddə nümunələri və s.), təşkilati – metodik və ümumtexniki xarakterli obyektlərə dair normalar, qaydalar və tələbatlar üçün də işlənib hazırlana bilər.
Standart – norma, qayda, instruksiya, nümunə və etalon olub, onun yerinə yetirilməməsi və ona riayət olunmaması isə qanun məcəlləsi ilə mühakimə edilir.
Standartların tərkib və təyinatından asılı olaraq Dövlət Standartlaşdırma sistemi onun aşağıdakı növlərini müəyyən edir:
1. Texniki şərtlərin standartları (hərtərəfli texniki tələbatlar).
2. Parametrlərin standartları (ölçülər).
3. Əsas parametrlərin və tiplərin standartları (ölçülər).
4. Markaların standartları.
5. Sortamentlərin standartları.
6. Ölçü və konstruksiyaların standartları.
7. Texniki tələblərin standartları.
8. Qəbul qaydalarının standartları.
9. Sınaq metodlarının standartları (nəzarətlər, analizlər, ölçmələr).
10. Markalama, qablaşdırma, saxlama və nəqletmə qaydalarının standartları.
11. Ölçü cihazlarının yoxlama metod və vasitəsi üçün standartlar.
12. İstismar və təmir qaydaları standartları.
13. Tipli texnoloji proseslərin standartları.
Konkret məhsula aid olmayan standartlara, o cümlədən ümumtexniki və təşkilati – metodik standartlara dövlət sistemi növlər müəyyən etmir. Bu cür standartlara ümumi normaların standartları, klassifikasiya və sənədləşdirmə sistemləri standartları, vahid ölçmələr üzrə standartlar, norma, qayda və texniki təhlükəsizlik tələbləri standartları və başqaları aiddir.
Standartların təsir dairəsindən asılı olaraq, onlar aşağıdakı kateqoriyalara bölünürlər: dövlət (DÜİST), sahə (ÜİST), respublika (RST) və müəssisə (STM) standartları.
Dövlət standartlarının tətbiqi ölkəmizin bütün təşkilatları, idarələri və müəssisələri üçün məcburidir. Sahə standartlarının isə tətbiqi sahədaxili müəssisə və təşkilatlar tərəfindən məcburidir. Respublika standartları respublika daxilində yerləşən bütün müəssisə, idarə və təşkilatlar üçün məcburidir. Müəssisə standartı isə ancaq müəssisədə tətbiq olunur.
Yuxarıda göstərilən standartlardan əlavə region və beynəlxalq standartlar mövcuddur. Bu standartlar dünyanın müxtəlif ölkələri arasında ticarətin, həmçinin elm və texnikanın müxtəlif sahələrində əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Beynəlxalq standartlar İSO standartlarıdır. Region standartları isə bir qrup ölkələr üçün mövcud olur (məsələn, sosialist ölkələri üçün QİYŞ standartları).
Unifikasiya, tipləşdirmə, simplifikasiya və aqreqatlaşdırma standartlaşdırmanın metodlarıdır.
Unifikasiya – məmulatların istismarı zamanı onun qarşılıqlı əvəzolunması üçün eyni funksioanal təyinatlı məmulatların, növlərinin, ölçülərinin və markalarının sayının rasional ixtisarıdır. Unifikasiyanın başlıca fərqi və üstünlüyü ondan ibarətdir ki, növ müxtəlifliyi sayının azalması məmulatların konstruksiyalarının əsas və ikinci dərəcəli ölçülərinin, markalarının dəyişməsi ilə gedir. Bunun nəticəsində məmulatların, materialların, xammalın və komplektləşdirici məmulatların növ müxtəlifliyinin sayı azalır.
Unifikasiya zamanı material və məmulatların texnoloji parametrləri elə dəyişir ki, onların mərkəzlənmiş hazırlanması mümkün olsun.
Tipləşdirmə - standartlaşdırmanın az yayılmış, lakin son dərəcə perspektiv metodlarından biridir. Əsas etibarilə yerli əhəmiyyətə malik olan unufikasiyadan fərqli olaraq, tipləşdirmə bütün bir sahənin məsələlərini həll edə bilər. Tipləşdirmə, mövcud olan avadanlığın istifadə edilməsini yaxşılaşdırmaq və əmək məhsuldarlığını artırmaq məqsədilə keçirilir. Onun əsasını hissələrin təsnifatı və onların işarələnməsinin vahid sistemi təşkil edir.
Simplifikasiya – standartlaşdırmanın ən sadə, iqtisadi cəhətdən sərfəli və texniki nöqteyi-nəzərdən daha mümkün olan növ müxtəlifliyidir. O, məmulatların tiplərinin və ya növ müxtəlifliyinin sayının hər hansı texniki və iqtisadi əsaslanmış minimuma qədər ixtisar edilməsindən ibarətdir.
Simplifikasiyanın xarakter əlaməti ondan ibarətdir ki, məmulatın sayının ixtisarı prosesində obyektlər heç bir texniki dəyişikliklərə məruz qalmır. Ona görə də simplifikasiya zamanı məmulatların markalarının və tip ölçülərinin rasional kombinə edilməsi imkanları məhduddur.
Aqreqatlaşdırma – bu anlayış altında funksional və həndəsi qarşılıqlı əvəzolunmaya malik olan standartlaşdırılımış hissələrin məhdud sayının istifadə edilməsi yolu ilə maşınların və aqreqatların müxtəlif çeşidlərinin yığılması nəzərdə tutulur.
Aqraqatlaşdırma, maşının bütövlükdə hazırlanma texnologiyasını ayrı-ayrı böyük qovşaqların hazırlanma texnologiyasına bölmək yolu ilə də həyata keçirilə bilər ki, bu da texnoloji xətdə hissələrin partiyalalrla (dəstələrlə) emalını asanlaşdırır və onu ayrı-ayrı elementlərinin qarşılıqlı əvəzolunmasını təmin edir.



Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə