Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


VII həftə Oturtmaların yaranma sistemləri



Yüklə 11,27 Mb.
səhifə9/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
494334532-ma-nqay-rma (1)

VII həftə
Oturtmaların yaranma sistemləri
Val sistemində məcburi tətbiq olunan hallar.

Maşınqayırmada yuxarıda qeyd etdiyimiz kimi üç növ oturtmalar iki sistem üzrə - yuva və val sistemi üzrə yaradılır.


Yuva sistemi. Eyni nominal ölçüyə malik yuvalar və vallardan müxtəlif növdə oturtmalar yaratmaq üçün yuvanın müsaidə sahəsi və hədd meyillənmələri sabit saxlanılır, valın müsaidə sahəsi sabit saxlanılmaq şərtilə hədd meyillənmələri oturtmanın növünə uyğun olaraq dəyişdirilir. Yuva sistemindəki yuvaya əsas yuva deyilir və “N” ilə işarə olunur. Şərti olaraq əsas yuvanın aşağı hədd meyillənməsi sıfra bərabər götürülür. Yuva sistemi üzrə oturtmaların yaranmasının qrafiki təsviri şəkil 1-də göstərilmişdir.

Şəkil 1 Yuva sistemi üzrə oturtmaların yaranması qrafiki




Val sistemi. Eyni nominal ölçüyə malik yuvalar və vallardan müxtəlif növdə oturtmalar yaratmaq üçün valın müsaidə sahəsi və hədd meyillənmələri sabit saxlanılır, yuvanın müsaidə sahəsi sabit saxlanılmaq şərtilə hədd meyillənmələri oturtmaların növünə uyğun olaraq dəyişdirilir. Val sistemindəki vala əsas val deyilir və h ilə işarə olunur. Şərti olaraq əsas valın yuxarı hədd meyletməsi sıfra bərabər götürülür. Val sistemi üzrə oturtmaların yaranmasının qrafiki təsviri şəkil 2-də göstərilmişdir.

Şəkil 2. Val sistemi üzrə oturtmaların yaranması qrafiki


Maşınqayırmada əsasən yuva sistemindən istifadə olunur. Yuva sisteminin tətbiqi ilə istehsalatda yuvaların emalında istifadə olunan qiymətli kəsən alətlərin nomenklaturaları dəfələrlə ixtisara salınır və beləliklə buraxılan məhsulun maya dəyəri aşağı düşür.


Val sistemi aşağıdakı hallarda məcburi tətbiq olunur:

1. Kənd təsərrüfatı və toxuculuq maşınqayırmasında əsasən yüksək dəqiqliklə kalibrlənmış çubuq materiallarından istifadə edildiyi üçün.


2. Üç millimetrdən aşağı nominal ölçüyə malik birləşmələr üçün .
3. Diyircəkli yastığı kövdədə oturtmaq üçün.
4. Metal hissə ilə plastik kütlədən hazırlanmış hissəni birləşdirmək üçün.
5. Bir neçə yuvanı bir hamar val ilə müxtəlif oturtmalar üzrə birləşdirmək üçün .
Tutaq ki, 3 barmaqcığı (şəkil 3.) 1 çəngəli ilə hərəkətsiz oturtma, 2 dartıcısı ilə

Şəkil 3.

hərəkətli oturtma üzrə birləşməlidir. Əgər bu cür konstruksiyada yuva sistemi üzrə oturtmalar yradılsa, onda 3 barmaqcığı pillə ilə hazırlanmalıdır ki, bu da istər hazırlanma vaxtı və istərsə də yığılma vaxtı texniki çətinliklər törədir. Əgər bu oturtmalar val sistemi üzrə yaradılsa, onda barmaqcıq bütün uzunluq boyu hamar səthə malik olacaq ki, bu da hazırlama və yığma zamanı rast gələn texniki çətinlikləri aradan qaldıracaqdır.





Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə