Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


VI həftə Oturtmalar və onların növləri



Yüklə 11,27 Mb.
səhifə8/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
494334532-ma-nqay-rma (1)

VI həftə
Oturtmalar və onların növləri

İki və daha çox hissələrin bir-biri ilə hərəkətli və yaxud hərəkətsiz uzlaşması birləşmə adlanır. Birləşməyə daxil olan hissələr isə val və yuva adlanır.


Əhatə olunan səthi olan hissələrə val, əhatə edən səthi olan hissələrə isə yuva deyilir.
İstismar tələbatlarından asılı olaraq birləşmələr müxtəlif oturtmalarla yaradılır. Üç növ oturtma məlumdur:
1. Ara boşluğu oturtma – hərəkətli oturtmalar.
2. Gərilmə ilə yaranan oturtmalar – hərəkətsiz oturtmalar.
3. Ara boşluğu və həmçinin gərilmə ilə yaranan oturtmalar – keçid oturtmaları.
Hərəkətli oturtmalar o zaman yaranır ki, vallar və yuvalar çoxluğundan birləşmələr yaratdaıqda, ən kiçik həqiqi ölçüyə malik juva, ən böyük həqiqi ölçüyə malik valdan böyük olsun. Eyni nominal ölçüyə malik val və yuvanın işçi cizgilərinə görə də ara boşluqlu oturtmanın yaranmasını qabaqcadan bilmək olar. Əgər yuvanın aşağı hədd meyillənməsi valın yuxarı hədd meyillənməsindən yuxarıda yerləşirsə, yaxud yuvanın ən kiçik hədd ölçüsü valın ən böyük hədd ölçüsündən böyükdürsə, bu cür vallardan hərəkətli oturtmalar yaranacaqdır.
Hərəkətli oturtmalar ən böyük və ən kiçik ara boşluğu xarakterizə olunurlar.
Ən böyük ara boşluğu yuvanın ən böyük hədd ölçüsü ilə valın ən kiçik hədd ölçüsünün cəbri fərqinə, yaxud yuvanın yuxarı hədd meyillənməsi ilə valın aşağı hədd meyillənməsinin cəbri fərqinin mütləq giymətinə bərabərdir. Yəni


Ən kiçik ara boşluğu yuvanın ən kiçik hədd ölçüsü ilə valın ən böyük hədd ölçüsünün cəbri fərqinə yaxud yuvanın aşağı hədd meyillənməsi ilə valın yuxarı hədd meyillənməsinin cəbri fərqinin mütləq qiymətinə bərabərdir. Yəni

və ya

Hərəkətli birləşmənin qrafiki təsviri şəkil 1-də verilmişdir.


Şəkil 1. Hərəkətli oturtma


Hərəkətsiz oturtma o zaman yaranır ki, vallar və yuvalar çoxluğunda ən kiçik həqiqi ölçüyə malik val ən böyük həqiqi ölçüyə malik yuvadan böyük olsun. Eyni nominal ölçüyə malik val və yuvanın işçi cizgisinə görə də hərəkətsiz oturtmanın yaranmasını qabaqcadan bilmək olar. Əgər valın aşağı hədd meyillənməsi yuvanın yuxarı hədd meyillənməsindən yuxarıda yerləşirsə, yaxud valın ən kiçik hədd ölçüsü yuvanın ən böyük hədd ölçüsündən böyükdürsə bu cür yuva və vallardan hərəkətsiz oturtmalar yaranır. Hərəkətsiz oturtmalar ən böyük və ən kiçik gərilmə ilə xarakterizə olunurlar.


Ən böyük gərinmə valın ən böyük hədd ölçüsü ilə yuvanın ən kiçik hədd ölçüsünün cəbri fərqinə, yaxud ən böyük gərilmə valın yuxarı hədd meyillənməsi ilə yuvanın aşağı hədd meyillənməsinin cəbri fərginin mütləq qiymətinə bərabərdir. Yəni

və ya

Ən kiçik gərilmə valın ən kiçik hədd ölçüsü ilə yuvanın ən böyük hədd ölçüsünün cəbri fərqinə, yaxud valın aşağı hədd meyillənməsilə yuvanın yuxarı hədd meyillənməsinin cəbri fərqinin mütləq qiymətinə bərabərdir. Yəni

və ya

Hərəkətsiz oturtmanın qrafiki təsviri şəkli 2-də göstərilmişdir.

Nmin

Nmax



N

Td



dmin



dmax



Dmin

Dmax

Şəkil 2 Hərəkətsiz oturtma


Layihələndirmə zamanı istismar tələbatından asılı olaraq, konstruktor elə birləşmələr yaratmaq istəyir ki, val və yuvanın səthləri bir-birinə çox uyğunlaşmış olsun və həmçinin val və yuva arasında alınan ara boşluğu, yaxud gərilmə çox kiçik qiymətlərə malik olsun. Bu cür birləşmələrin alınması val və yuvanın kiçik müsaidə sahələrində hazırlanmasını tələb edir ki, bu da iqtisadi cəhətdən əlverişli deyildir. Texnoloq konstruktorun bu arzusunu yerinə yetirib val və yuvanın hazırlanması üçün iqtisadi cəhətdən əlverişli müsaidələr seçib, onları bir-birinə nəzərən elə yerləşdirir ki, onlar bir-birini ya tamamilə ya da qismən tamamlanmış olsun. Bu cür birləşmələr hərəkətli yaxud hərəkətsiz oturtma ilə alınır. Lakin, oturtmalarda alınmış həqiqi ara boşluğu, yaxud gərilmənin qiyməti uyğun olaraq hərəkətli və hərəkətsiz oturtmalarda alınmış ara boşluğu və gərilmənin qəymətindən qat-qat kiçik olur. Bu cür oturtmalara keçid oturtmaları deyilir. Keçid oturtmaları ən böyük ara boşluğu ( ) və ən böyük gərilmə ilə ( ) xarakterizə olunur ki, onların qiymətləri bizə məlum ifadələrlə təyin olunur. Keçid oturtmasının qrafiki təsviri şəkil 3-də verilmişdir.




Şəkil 3. Keçid oturtması





Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə