Mühazirə mövzuları I həftə


Konus birləşmələrinin müsaidə və oturmaları



Yüklə 1,33 Mb.
səhifə29/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   32
C fakepathMuhazir

Konus birləşmələrinin müsaidə və oturmaları

ST SGV 178079 konusun diametrinin müsaidəsinin iki üsulla normallaşdırır.


Birinci üsulda aşağıdakı ülgüdən göründüyü en kəsiyində həqiqi konus hədd konusları arasında yerləşir və eyni zamanda konusluq bucağı və forma meyllərini də məhdudlaşdırır. Birinci üsulda diametrin TD konusun istənilən en kəsiyi üçün bərabər müəyyən olunur, belə ki, həqiqi konusun səthi iki hədd konusları daxilində yerləşməlidir (şək.4.10).
TD müsaidəsi konusun digər bucaq və forma xətalarında məhdudlaşdırılmalıdır (əgər onlar üçün daha az müsaidə təyin olunmamışsa).
İkinci üsulda isə müsaidə yalnız konusun verilmiş kəsiyində müəyyənləşdirilir və bu zaman konusluq bucağının və formanın meylləri məhdudlaşdırılmır. İkinci üsulda müsaidəsi konusun ancaq verilmiş kəsiyi üçün müəyyənləşdirilir. Bu müsaidə konusun bucaq və forma xətalarını məhdudlaşdırmır.
Forma müsaidəsi forma xətalarını məhdudlaşdırmır.
Forma müsaidəsi IT, konusun en kəsiyində dairəliyə və onun doğuranlarının düzxətliliyinə verilən müsaidələr cəmi kimi təyin olunur.


Şəkil 4.10. Həqiqi və hədd konusları

TD və müsaidələri DST 25346-82-yə uyğun olmalıdır. Bunlar konusun böük və verilmiş kəsikdəki diametrinə əsasən seçilir.


Konus birləşmələri üçün araboşluqlu, gərginlikli və keçid oturmaları nəzərdə tutulmuşdur.
Konus oturmalarını yaratmaq üçün görüşən konusların oxboyu vəziyyətinin qeyd olunmasının bir neçə üsulu mövcuddur: konusların verilmiş oxboyu yerdəyişməsini qeyd etməklə yaradılan oturmalar; görüşən konusların baza səthləri arasındakı verilmiş oxboyu məsafəsinin qeyd olunması ilə yaradılan oturmalar; verilmiş sıxıcı qüvvənin qeyd olunması ilə yaradılan oturmalar (gərginlikli oturmalar).
DST 25307-82 əsasən müxtəlif xarakterdə oturmalar yaratmaq üçün xarici konuslar üçün d, e, f, h, y, k, m, n, p, r, s, t, u, x, z daxili konuslar üçün isə H, Is, N meylləri müəyyən olunmuşdur. Bunlar 412-ci kvalitetlərin müsaidələrilə birlikdə müsaidə sahələrini yaradırlar.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə