Mühazirə mövzuları I həftə


Metrik yivlərin müsaidə və oturmalar sistemləri



Yüklə 1,33 Mb.
səhifə24/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   32
C fakepathMuhazir

Metrik yivlərin müsaidə və oturmalar sistemləri

Ümumi təyinatlı daxili və xarici yivlər, habelə xüsusi təyinatlı yivlərin çoxunun birləşməsində profillərin yan tərəflərilə təmasda olurlar. Yivlərin profillərinin girintili və çıxıntıları ilə təmasda olmaması, d(D) və d1(D1) ölçülərinin müsaidə sahələrinin müvafiq olaraq erləşməsi ilə təmin olunur. Profilin yan tərəfləri üzrə görüşməsi xarakterindən asılı olaraq (yəni orta diametr üzrə): araboşluqlu, gərginlikli və keçid xarakterli oturmalar kimi növləri mövcuddur.


Bağlama uzunluğunda yiv profilinin yan tərəflərinin qarşılıqlı təmasünün həqiqi xarakterini, yəni oturma orta diametrlərin həqiqi qiymətləri və hətta birləşdirən hissələrin addımının və profil bucağının yarısının müsaidələrini müəyyənləşdirir. Ona görə də oturmanın xarakteri, yiv birləşməsinin ara boşluğu və ya gərginliyinin qiyməti, boltun və qaykanın gətirmə orta diametrlərinin həqiqi qiymətlərindən asılıdır.
Diametri 1-dən 600 mm-dək olan metrik yivlərin müsaidə və oturma sistemi İSOMS 965/1–1973 beynəlxalq tövsiyyələrə əsaslanır. Bu sistem DST 16093–81 üzrə araboşluqlu, DST 4608–81 üzrə gərginlikli və DST 24834–81 üzrə keçid oturmaları üçün standartlaşdırılmışdır. Bundan başqa, bu sistem beynəlxalq eyniləşdirmə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir. Xüsusilə araboşluqlu oturmalı yivlərin geniş tətbiqinə böyük imkan yaradır. Çünki bu yivlər hissələrin yığılmasını yüngülləşdirir, korroziyaya qarşı örtük çəkilməsinə imkan yaradır, eyni zamanda dəyişən yük altında işləyən birləşmələrin tsiklik möhkəmliyini artırır.

Araboşluqlu oturmalar

Yivli hissələrin araboşluqlu oturmaları üçün DST 16093–81 üzrə xarici yivlər üçün beş (d, e, f, g və h) və daxili yivlər üçün dörd (E, F, G və H) əsas hədd meyli nəzərdə tutulmuşdur. Bu hədd meylləri d1, d2, d və D1, D2, D (şək.4.5) diametrləri üçün eynidir. E və F əsas hədd meylləri böyük qalınlığa malik korroziyaya qarşı örtükləri olan hallar üçün nəzərdə tutulmüşdür.


Xarici və daxili diametrlər üçün əsas meyllərin və müsaidə sahələrinin yerləşmə sxemləri şəkil 4.6-da göstərilmişdir. Hədd meylləri nominal profildən hesablanaraq yivin oxuna perpendikulyar istiqamətdə çəkilir (şəkil 4.6-da qalın xətlə göstərilmişdir). Əsasən hədd meylləri H/h olan halda ən kiçik araboşluğu sıfra bərabər olan oturma yaranır. H/g, f, e, d habelə G, E, F (h, g, f, e, d) hədd meyllərinin əlaqələndirilməsində təminatlı araboşluqlu oturmalar əldə edilir. Göstərilən əsas hədd meylləri xarici yivlər üçün yuxarı həddi, daxili yivlər üçün isə aşağı həddi təyin edir. İkinci o biri hədd meyli yivin qəbul edilmiş dəqiqlik dərəcəsinə görə təyin edilir.

Şəkil 4.5. Araboşluqlu metrik yivin əsas meylləri

Qəbul edilmiş dəqiqlik dərəcəsinə görə müəyyən olunmuş müsaidə ilə hərfi işarəsi olan əsas hədd meyli yivin diametrinin müsaidə sahəsini təşkil edir. Yivin müsaidə sahəsini orta diametrin müsaidə ilə çıxıntı diametrinin (d1 və ya D1) müsaidə sahəsi təşkil edir. Sistemdə nəzərdə tutulmuş müsaidə sahələri cədvəl 4.1-də göstərilmişdir.
Çərçivəyə alınmış müsaidə sahələrinə, digərlərinə nisbətən üstünlük verilir. Mötərizəyə alınmış müsaidə sahələrinin tətbiqi məsləhət görülmür.

Şəkil 4.6. Araboşluqlu metrik yiv birləşməsinin


bolt və qaykasının müsaidə sahələrinin yerləşməsi

Cədvəl 4.1



Hissə

Dəqiq­lik sinifləri

Müsaidə sahəsi

S

N

L

Bolt

dəqiq



(3h4g)







4g

4h





(5h4h)

orta

5g6g

(5h6)

6d

6e

6g

6f

6h

(7e6e)

7g6g

(7h6h)

kobud











8g

(8h)*




9g8g



Qaykaйка

dəqiq



4H



4H5H,5H



6H

orta

5(G)

5H

6G


6H




(7G)

7H

kobud







7G

7H

(8G)

8H

* Ancaq addımı mm; mm olan yiv üçün müsaidə sahəsi 8h 6h qəbul olunur.

Ən geniş yayılan kiçik araboşluğa malik (6H/6g) yiv birləşməsidir. Əsaslandırılmış hallarda müxtəlif müsaidə sahələrindən təşkil edilmiş birləşmələrin tətbiqinə icazə verilir, 4h, 6h, 8h, 6h. Eyni dəqiqlik dərəcəsinə malik müsaidə sahələrinin işlədilməsi üstün sayılır.
Yüksək temperaturda işləyən yiv birləşmələrində böyük təminatlı araboşluğuna malik oturmalardan istifadə olunur (temperatur deformasiyasının müvazinətləşdirilməsi, hissələrin tutulmasının qarşısının alınması, zədələnmədən araboşluqlu hissələrin sökülməsi, yağın daxil edilməsi və s. hallar üçün) çirklənmiş və zədələnmiş yivlərin tez və asan açılıb-bağlanmasını təmin etmək üçün; yivli hissələrdə böyük qalınlığa malik korroziya əleyhinə örtüyün olduğu halda.
H və h əsas meylləri 0-a bərabərdir (şəkil 4.5), digər meyllər aşağıdakı düsturla hesablanır:

( mm-dən başqa)

qaykalar üçün
mm-dən başqa)
;
burada es – boltların yuxarı hədd meylləri, mkm; EJ – qaykanın aşağı hədd meylləri, mkm; P – yivin addımıdır, mm.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə