Mühazirə mövzuları I həftə


Silindrik yivlərin əsas göstəriciləri



Yüklə 1,33 Mb.
səhifə23/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   32
C fakepathMuhazir

Silindrik yivlərin əsas göstəriciləri

Silindrik yivlərin əsas parametrləri aşağıdakılardır (şək.4.3): xarici d(D), orta d2(D2) və daxili d1(D1) diametrləri; addımı P (çoxgirişli yivlərdə , burada n – girişlərin sayıdır), profil bucağı ; başlanğıc üçbucağın hündürlüyü H, profilin tərəflərinin bucaqları  və , yivin qalxma (yoxuş) bucağı , habelə vintləmə uzunluğu l, profilin işçi hündürlüyü H1 və daxili yivin girintisinin nominal dəyirmələmə radiusu R.



Şəkil 4.3. Metrik yivli birləşmənin (N/H oturması


üçün) profili və hədd konturu, əsas parametrləri

Profil, diametrlərin nominal ölçüləri, habelə P,  və H1 kəmiyətləri xarici (bolt, sancaq, vint və s.) və daxili (qayka, yuva və s.) yivlər üçün eynidir.


Diametrləri 0,25-dən 600 mm-dək olan metrik yivlərin elementlərinin ölçüləri H=0,8660254R; H1=5/8, H=0,541265877P; R=H (R=0,144337567 P) DST 9150–81-də göstərilmişdir ki, bu standarta əsasən yivin profilinin zirvəsi qaykada H/4, boltda isə H/8 qədər kəsilmiş olur. Belə profilli yiv birləşmələrinin möhkəmliyi, kiçik kəsilmiş profilli yivlərə nisbətən yüksək olur və xarici yivlərin diyirlənmə, daxili yivlərin isə kəsişmə ilə emal olunmasını asanlaşdırır.
Metrik yivlər statistik yükləmə zamanı özünü tormoozlama qabiliyyətinə malikdir.
Xarici yivin girintisinin həqiqi profili, nominaldan fərqlənərək, heç bir nöqtədə başlanğıc üçbucaqdan kəsilmiş H/4 ölçüsündən, daxili yivdə isə H/8 ölçüsündən kənara çıxmamalıdır (şək. 4.4). Xarici yivin girintisi yastı kəsilmiş və ya dəyirmilənmiş olur.
Yastı kəsilmiş şəkildəki girintinin profili başlanğıc üçbucağın zirvəsindən H/4 və H/8 məsafələri arasında yerləşməlidir, yəni I zonada (şək.4.4, a). Yivin girintisi dəyirmiləşdirilmiş şəkildə olarsa, əyrilik radiusu heç bir nöqtədə 0,1P-dən kiçik olmamalıdır (şək.4.4, b), onun profili isə II zonada yerləşməlidir.

Şəkil 4.4. Boltun yivinin çökəkliyininin forması:


a – yastı kəsilmiş; b – dairələnmiş
(1 – nominal profil; 2 və 3 – üst və alt hədd profilləri)

Yivin möhkəmliyinə tələb yüksək olarsa, Rmin = 0,125P götürməyə icazə verilir.


Qayka yivinin girintisinin forması məhdudlaşdırılmışdır. Yivin girintisinin forması, boltların tsiklik uzunömürlülüyünə təsir edir. Profilin girintisi yastı quruluşlu olan boltlar ən kiçik tsiklik üzunömürlülüyə,

radiusu ilə dəyirmiləşmiş girintili boltlar isə ən böyük tsiklik uzunötürlülüyə malik olurlar (dəyirmiləşdirilmiş girintili yivlərdə gərginliyin konsentrasiyası az olur).
Metrik yivlər iri və xırda addımlı olur. DST 8724–81 üzrə metrik yivin diametrlərinin üç sırası nəzərdə tutulmuşdur. Hər sırada iri və xırda addımlı yivlər vardır.
Yivin diametrlərinin seçilməsi zamanı I sıraya II-yə nəzərən, II sıraya III-yə nəzərən üstünlük verilməlidir. İri addımlı yivlərdə hər bir xarici diametrə uyğun olan addım,

asılılığından tapılır. Xırda addımlı yivlərdə hər bir xarici diametr müxtəlif addımlarla uyğun gələ bilər.
Xırda addımlı yivlərdən nazik divarlı hissələri birləşdirmək üçün istifadə olunur. Bağlama uzunluğu məhdud olduğu və yüksək möhkəmlik tələb olunduğu hallarda da əlverişli sayılır (xüsusilə dəyişən yüklü iş şəraiti üçün).
Dəqiq mexanika cihazları üçün (o cümlədən, vaxtölçən cihazları) diametrləri 0,25-dən 0,9 mm-ə qədər metrik yivlər DST 9000–81 üzrə standartlaşdırılmışdır.
Cihazqayırma sənayesi üçün metrik yivlər, diametrləri kiçik inventar sırası 3,5-dən 400 mm-dək və xüsusilə xırda addımlı yivlər DST 24706–81 üzrə standartlaşdırılmışdır.
Diametri 1-dən 180 mm-ə qədər olan plastik kütlələrdən hazırlanmış hissələrdə metrik yivlərin ölçü və müsaidələri DST 11709–81 üzrə standartlaşdırılmışdır.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə