Mühazirə mövzuları I həftə


X həftə Detalların səthlərinin forma və yerləşmələrinin müsaidələrinin cizgilərdə göstərilməsi



Yüklə 1,33 Mb.
səhifə19/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
C fakepathMuhazir

X həftə
Detalların səthlərinin forma və yerləşmələrinin müsaidələrinin cizgilərdə göstərilməsi

Detalların səthlərini forma və yerləşmələrinin müsaidə-lərini cizgiərdə (şək.2.19) cədvəl 2.18-ə uyğun olaraq xüsusi işarələrlə göstərilir.



Şəkil 2.19. Deşiklərin eynioxluğundan asılı olan
müsaidənin (a) və asılı olan digər müsaidələrinin
(b – e) göstərilməsi

İşarəni və müsaidəni ədədi qiymətini çərçivəyə yazır, birinci yerdə işarəni, ikinci yerdə müsaidənin mm-lə ədədi qiymətini, lazım olduqda üçüncü yerdə yerləşmə müsaidəsinin əlaqəli olduğu bazanın və yaxud müstəvinin hərflə verilmiş işarəsini qeyd edirlər (şək. 2.20, a). Çərçivəni, müsaidənin aid olduğu elementlə oxla qurtaran bütöv xətlə birləşdirirlər (şək. 2.20, b).


Əgər müsaidə oxa və ya simmetriya müstəvisinə aiddirsə, onda birləşdirici xətti ölçü xəttinin davamı olur (şək.2.20, c). Əgər müsaidə ümumi oxa aiddirsə (simmetriya müstəvisi), birləşdirici xətt ümumi oxa çəkilir (şək.2.20, d).
Cədvəl 2.18
Səthlərin forma və yerləşmələrinin müsaidələrinin
şərti işarələr


Müsaidələrin qrupları

Müsaidənin növü

Müsaidə­nin işarəsi

Forma müsaidəsi

Düzxətlik müsaidəsi
Müstəvilik müsaidəsi
Dairəvilik müsaidəsi
Silindrlik müsaidəsi
Uzununa kəsiyin profilinin
müsaidəsi

–––





Yerləşmə müsaidəsi

Paralellik müsaidəsi
Perpendikulyarlıq müsaidəsi
Əyilmə müsaidəsi
Eynioxluluq müsaidəsi
Simmetriklik müsaidəsi
Mövqe müsaidəsi
Oxların kəsişməsi müsaidəsi









Forma və
yerləşmələ­rin ümumi müsaidələri

Radial vurma müsaidəsi
Yan vurma müsaidəsi
Verilmiş istiqamətdə vurma
müsaidəsi





Tam radial vurma müsaidəsi
Tam yan vurma müsaidəsi



Verilmiş profilin forma müsaidəsi
Verilmiş müstəvinin forma
müsaidəsi



Cədvəl 2.18-in davamı





Qeyri-eyni oxluluq 0,05 mm-dən artıq olmamalıdır.





Ovallıq, konusluq, çəlləkvarilik və dalğalılıq nəticəsində radial vurma 0,03 mm-dən artıq olmamalıdır.





Mərkəzlər üzərində yoxlarkən radial vurma 0,1 və 0,2 mm-dən artıq olmamalıdır.





Xarici üzün, daxili üzə nisbətən, vurması 0,2 mm-dən artıq olmamalıdır.





A üzünün, B üzünə nisbətən, vurması 0,05 mm-dən artıq olmamalıdır.





Alt deşiyin, üst deşiyə nisbətən, vurması 0,1 mm-dən artıq olmamalıdır.





Sağanaq üzərində yoxlarkən yan A üzünün vurması 0,05-dən artıq olmamalıdır.





Oxdan 100 mm məsafədə yan üzün vurması 0,01 mm-dən artıq olmamalıdır.



1 və 2 oxlarının qeyri-paralelliyi 0,02 mm-dən artıq olmamalıdır.





. 3 və 1 oxlarının 2 oxuna nisbətən qeyri-paralelliyi 0,03 mm-dən artıq olmamalıdır.



Deşiyin oxunun baza üzünə nisbətən qeyri-paralelliyi 0,01 mm-dən artıq olmamalıdır.





I və II oxlarının qeyri-perpendikulyarlığı 100 mm uzunluqda 0,02 mm-dən artıq olmamalıdır.

Müsaidənin ədədi qiymətinin qabağında xüsusi simvollar göstərilir: simvol  – müsaidə sahəsi onun diametri ilə göstərildikdə (şək.2.20, e); – simvol R – müsaidə sahəsi radiusla verilibsə (şək.2.20, ə); simvol T – simmetriklik, oxların kəsişməsi, verilmiş forması və mövqe müsaidələri diametrlə ifadə olunubsa (şək.2.20, f ); simvol – göstərilən müsaidələr radiusla ifadə olunubsa (2.20, g); «sferik» sözü, simvollar  və ya R – əgər müsaidə sahəsi kürə şəklindədirsə (şək.2.20, ğ).
Əgər müsaidə, səthin verilmiş uzunluğu sahəsinə aiddirsə, onda onun qiymətini müsaidənin yanında göstərir və əyilmiş xətlə ayırırlar (şək.2.20, h).
Əgər müsaidəni səthin bütün uzunluğunda və verilmiş uzunluqda təyin etmək lazımdırsa, onda verilmiş uzunluqdakı müsaidəni bütün tün uzunluq müsaidəsinin altında göstərirlər (şək.2.20, x). Çərçivədə göstərilmiş yazıları, əlavə məlumatları şəkil 2.20, i-də göstərildiyi kimi qeyd edirlər.

Şəkil 2.20. Səthlərin forma və yerləşmələrinin


göstərilməsi sxemi

Xüsusi qrafiki işarələr təyin edilməmiş forma və yerləşmələrin ümumi müsaidələrini göstərmək üçün tərkib müsaidələrinin işarələrindən istifadə edirlər: əvvəlcə yerləşmə müsaidəsinin, sonra isə forma müsaidəsinin işarəsini göstərirlər (şək.2.20, j).


Bazanı qaraldılmış uçbucaqla göstərir və müsaidə çərçivəsi ilə birləşdirirlər (şək.2.21, a).

Şəkil 2.21. Bazaların göstərilməsi

Çox halda bazanı hərflə işarə edir və onu üçbucaqla birləşdirirlər (şəkil 2.21, b). Əgər baza, ox və ya simmetriya müstəvisidirsə, onda üçbucağı uyğun ölçünün ölçü xəttinin sonunda yerləşdirirlər. Kifayət qədər yer olmadıqda ölçü xəttinin oxunu üçbucaqla əvəz etmək olar (şək.2.21, c).
Asılı müsaidələrin göstərilməsi. Əgər yerləşmə və ya forma müsaidəsi asılı müsaidə kimi göstərilməyibsə, onda onu asılı olmayan müsaidə hesab edirlər. Yerləşmənin və formanın asılı müsaidələrini şərti işarə (dairə içərisində M) ilə göstərir və əgər asılı müsaidə səthin həqiqi ölçüləri ilə əlaqəlidirsə onda onu müsaidənin ədədi qiymətindən sonra yerləşdirirlər (şək. 2.19, b). Bundan başqa asılı müsaidələri bazanın hərfi işarəsindən sonra (şəkil 2.19, c) və ya əgər bu müsaidə baza səthinin həqiqi ölçüləri ilə əlaqəlidirsə bazanın hərfi işarəsini göstərmədən çərçivənin üçüncü hissəsində (şək.2.19, d), müsaidənin ədədi qiymətindən və bazanın hərfi işarəsindən sonra (şək.2.19, e) və ya əgər asılı müsaidə baxılan hərfi elementlərinin həqiqi ölçüləri ilə əlaqəlidirsə bazanın hərfi işarəsini yazmadan göstərirlər (şək.2.19, ə). Deşiklərin eynioxluluğunun asılı olan müsaidəsi şəkil 2.19, a-da verilmişdir.
Həndəsi ünsürlərin qarşılıqlı vəziyyətinin cizgilərdə göstərilməsi silindrik üzlərin biroxluluğu və yaxud oxlarının paralelliyi və ya perpendikulyarlığı ilə, müstəvilərin paralelliyi və ya perpendikulyarlığı ilə baş üzlərin xarici və ya daxili (silindr və ya konus) üzün oxuna perpendikulyarlığı ilə müəyyən edilir. Həndəsi ünsürlərin vəziyyətinin dəqiqlik xətalarının yol verilən sərhəddi əksər hallarda maşın hissələrinin cizgiləri üzərində göstərilir (şək.2.22).


Şəkil 2.22. Cizgilərdə müxtəlif forma xətalarının


göstərilməsi

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə