Mühazirə mövzuları I həftə



Yüklə 1,33 Mb.
səhifə15/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
C fakepathMuhazir

7i

10i

16i

25i

40i

64i

100i

160i

250i

400i

640i

1000i

Məhsulun müxtəlif hissələri ondan tələb olunan texniki tələblərə uyğun müxtəlif dəqiqliklə hazırlanır. Kvalitet, (fransız sözü «qualite» – keyfiyyət) – eyni bir diapazonda olan müxtəlif nominal ölçülərin eyni nisbi dəqiqliyə malik müsaidələri çoxluğuna deyilir. Müəyyən kvalitet daxilində dəqiqlik ancaq nominal ölçüdən asılıdır. İSO sistemində 18 dəqiqlik kvaliteti təyin olunmuşdur: 01; 0; 1; 2;...; 16 (ən dəqiq 01 və 0 kvalitetləri 1 kvaliteti qəbul olunduqdan sonra təyin olunmuşdur). Kvalitet müsaidəni müəyyən edir ki, o da öz növbəsində müəyyən emal və nəzarət üsulu deməkdir. (2.1 – 2.3) düsturları 516 kvalitetlərində müsaidələrin hesablanması üçündür. Bu kvalitetlərdə «a» əmsalı müvafiq olaraq göstərilən qiymətlərə bərabərdir: 7; 10; 16; 25; 40; 64; 100; 160; 250; 400; 640; 1000; 1600. a-nın qiyməti 5-ci kvalitetdən başlayaraq məxrəci =1,6 olan həndəsi silsilə kimi hesablanır. Digər kvalitetlərdə müsaidə aşağıda göstərilən düsturlar ilə hesablanır.



ITO1 = 0,3 + 0,008 D; IT0 = 0,5 + 0,12 D;
IT1 = 0,8 + 0,020 D;
;
burada IT – müsaidədir, mkm; D – diametr, mm; JT – ISO sisteminin müsaidəsi deməkdir.
1 mm-dən kiçik ölçülər üçün 14 – 16 kvalitetlərdə müsaidə təyin olunmur. Hər bir diapazona daxil olan ölçülər üçün müsaidələr sırasını qurmaq üçün onu müəyyən sayda intervallara bölürlər. ISO-da 1-dən 500-ə qədər olan ölçülər diapazonu 13 intervala bölünmüşdür. 3-ə qədər; 3-dən 6-ya qədər; 6-dan 10-a qədər,..., 400-dən 500-ə qədər.
Bir interval daxilində bütün ölçülər üçün eyni müsaidə təyin olunur, intervalın orta qiyməti aşağıdakı kimi tapılır:
(2.4)
İntervallarn hədləri elə təyin olunmuşdur ki, intervalın ən böyük, ən kiçik və orta qiymətləri üzrə təyin olunmuş müsaidələr bir-birindən 5-8%-dən artıq fərqlənməsin.
Standartlar üzrə müəyyən olunmuş müsaidə və meyllərin ölçüsü ancaq normal tmperaturdakı ölçməyə aiddir. Bütün ölkələrdə normal temperatur +203°C qəbul olunmuşdur (DST 9249-59).
Bütün ölçü vahidlərinin ölçü cihazlarının yoxlanılması və dəqiq ölçmə əməliyyatları normal temperaturla aparılır. Hər hansı kənarçıxma halları DST 8050-73 üzrə buraxılabilən hədlər daxilində olmalıdır. Ölçülən hissənin və ölçü vəsaitinin temperaturu eyni olmalıdır. Bunun üçün onların hər ikisini müəyyən müddət eyni şəraitdə, məsələn, çuqun tava üzərində saxlamaq lazımdır.
Ölçmədə xəta yerli qızma nəticəsində yarana bilər. Məsələn, nəzarətçinin əlinin istiliyi nəticəsində 15 dəq ərzində F 175 mm olan valı yoxlamaq üçün olan bəndin ölçüsü 8 mkm artır ki, bu da 5-ci kvalitet üzrə həmin ölçüyə verilən müsaidənin yarısı deməkdir.
Bəzi hallarda temperatur xətasını hesablayıb nəzərə almaq üçün aşağıdakı düsturlardan istifadə etmək olar:
(2.5)
burada lölçülən uzunluq, mm; və – hissənin və ölçmə vəsaitinin materialının istidən xətti genəşlənmə əmsalı,°C; – hissənin temperaturu t1 ilə normal temperatur arasındakı fərq; – ölçmə vəsaitinin temperaturu t2 ilə normal temperatur arasındakı fərqdir.
Əgər ölçülən hissə və ölçmə vəsaitinin temperaturu eyni (yəni ), lakin 20°C-ə bərabər deyildirsə temperaturdan yaranan xətanı aşağıdakı kimi hesablamaq olar:
(2.6)
əgər olarsa, onda alınar.
(2.5) və (2.6) düsturları hissələrin quruluşlarını nəzərə almadığı üçün uzunluğun temperatur xətasını ancaq təxminən hesablamaq mümkündür. Elə buna görə də ölçmədə temperatur xətasını aradan qaldırmaq üçün ölçmə otaqlarında normal temperatur şəraitini gözləmək daha məqsədəuyğundur.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə
Psixologiya