Mühazirə mövzuları I həftə



Yüklə 1,33 Mb.
səhifə14/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
C fakepathMuhazir

Həqiqi meyl – həqiqi ölçü ilə nominal ölçünün cəbri fərqinə deyilir. Həqiqi ölçü nominal ölçüdən böyük olan halda meyl müsbət, əks halda mənfi saylır.
DST 2307-68-ə əsasən maşınqayırma cizgilərində nominal və hədd ölçüləri və onların meyllər vahidi göstərilmədən mm-lə yazılır.
Məsələn: bu­caq ölçüləri və onların hədd meylləri – dərəcə, dəqiqə və saniyə ölçü vahidi göstərilməklə yazılır. Məsələn, 20°3040. Meyllər bir-birinə bərabər olarsa, onları nominal ölçünün yanında  işarəsilə bir dəfə yazırlar. Məsələn: 500,1; 90°30. Sıfra bərabər olan meyl yazılmır, o biri isə müsbət meyl yuxarıda, mənfi meyl isə aşağıda yazılır.
Müsaidə
Əgər birləşmədə bir neçə hissə iştirak edərsə və onların hər biri müxtəlif xarakterli olarsa (şəkil 2.2) tələb olunan konstruksiyada hədd ölçüləri şəkil 2.2-də olduğu kimi tərtib edilir və uyğun olaraq deşik ilə valın müsaidələri sxematik olaraq şəkil 2.2, sxemində göstərilən kimi qurulur. Burada həmin birləşmədə iştirak edən detalların birləşən səthlərinin hədd ölçülərinin yerləşməsi sxemi verilmişdir (şəkil 2.2) Müsaidə – hədd ölçüləri arasındakı fərqə və ya üst və alt meyllərin cəbri fərqinin mütləq qiymətinə deyilir. Müsaidə T hərfi ilə işarə olunur. TD – deşiyin, Td – valın ölçüsünün müsaidəsi deməkdir. Müsaidə həmişə müsbət kəmiyyətdir, hədd meylləri müsbət və ya mənfi qiymətə və sıfra bərabər ola bilər. Müsaidə hazırlanan hissənin tələb olunan dəqiqliyini xarakterizə edir.

Şəkil 2.2. Detalları birləşmədə hədd ölçüləri.

Konstruksiyalarda birləşmələrin müxtəlif xarakterli iş görmə qabiliyyətindən asılı olaraq, onları yaradan detalların görüşən səthlərinin hədd ölçüləri müxtəlif qiymətli olub müsaidə sisteminin müsbət və ya mənfi oblastlarında yerləşir. Ümumiləşdirilmiş halda yarana biləcək birləşmələrdə hədd ölçülərinin yerləşmə sahələrinin (müsaidələrin) ehtimal olunan variantları aşağıdakılardır:
a) ES>0 b) ES>0 c) ES<0
EJ<0 EJ>0 EJ<0
es>0 es>0 es<0
ei<0 ei>0 ei<0

d) ES>0 e) ES=0 ə) ES=0


EJ=0 EJ<0 EJ=0
es>0 es=0 es=0
ei=0 ei<0 ei=0

Müsaidə artdıqca məhsulun keyfiyyəti aşağı düşür və maya dəyəri azalır. Müsaidənin başa düşülməsini sadəlşədirmək məqsədilə müsaidəni qrafiki olaraq müsaidə sahəsi kimi təsvir edirlər. Bu halda hissənin oxu bütün hallarda sxemdən aşağıda yerləşir və göstərilmir.
Müsaidə sahəsi – üst və alt meylin qiymətlər ilə məhdudlaşdırılan sahə olub, düzbucaqlı kimi göstərilir. Nominal ölçü sıfır xətti ilə əvəz olunur. Əgər sıfır xətti üfüqi vəziyyətdə çəkilibsə, ondan yuxarı müsbət meyllər, aşağı isə mənfi meyllər göstərilir.
Sistemin müsaidəsi «IT» ilə işarə olunur və onun yanında
kvalitetin sıra nösmrəsi göstərilir ITO1, İTO, İT1, İT2,..., İT16; «İT» İSO sistemində müsaidə deməkdir.
Müsaidə sahəsinin hündürlüyü müsaidənin qiymətindən asılıdır, eni isə ixtiyari götürülür (şəkil 2.3).

Şəkil 2.3. Deşik və valın müsaidə sahələrinin qurulması

Müsaidələr sistemini qurmaq üçün müsaidə vahidi müəyyən olunmuşdur i (I).


Müsaidə vahidi müsaidənin nominal ölçüsündən asılılığını göstərir, həm də texnoloji, konstruktiv və metroloji faktorların təsirindən asılıdır.
Metaldan olan silindrik hissələrin mexaniki emalının tədqiqi nəticəsində İSO və MOBC sistemlərində 500 mm-ə qədər olan ölçülər üçün müsaidə vahidi aşağıdakı düsturla hesablanır:
(2.1)
500-dən 3150 mm-ə qədər ölçülər üçün isə
(2.2)
burada D – interval hədlərinin orta həndəsi qiyməti, mm; i – müsaidə vahididir, mkm.
i-nin qiymətləri cədvəl 2.1-də verilmişdir.

Cədvəl 2.1



Nominal ölçmələ­rin
əsas interval­la­rı, mm

yuxarı-qədər

3

3
6

6
10

10
18

18
30

30
50

50
80

80
120

120
180

180
250

250
315

315
400

i-nin qiy­məti, mkm

0,55

0,73

0,90

1,08

1,31

1,56

1,86

2,17

2,52

2,90

3,23

3,54

(2.1) düsturunun ikinci həddi ölçmənin xətasını nəzərə almaq üçündür. Hər hansı bir kvalitetdə müsaidə aşağıdakı düsturla hesablanır.


T = ai (2.3)
burada a – ancaq kvalitetdən asılı olan və nominal ölçüdən asılı olmayan müsaidə vahidlərinin sayıdır.
ai-nin qiymətləri cədvəl 2.2-də verilmişdir.

Cədvəl 2.2




Müsai­dənin işarələn­məsi

JT5



JT6



JT7



JT8



JT9



JT10



JT11



JT12



JT13



JT14



JT15



JT16



Müsai­dənin qiyməti


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə