Mühazirə mövzuları I həftə


Eyniləşdirmə və onun xüsusiyyətləri



Yüklə 1,33 Mb.
səhifə11/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
C fakepathMuhazir

Eyniləşdirmə və onun xüsusiyyətləri

Eyniləşdirmə eyni funksional təyinatlı məmulatların, həmçinin onların tərkibinə daxil olan qovşaqların və hissələrin növ və tip müxtəlifliyinin azaldılmasıdır, standartlaşdırılmış qarşılıqlı əvəzolunan qovşaq və hissələrin məhdud sayından ibarət olan komplekslərin yaradılmasıdır ki, onlardan, xüsusi qovşaqlar və hissələrin məhdud miqdarının əlavə edilməsilə, baza modeli əsasında olan quruluşda maşınlar yığılsın.


Yeni məhsulda eyniləşdirilmiş hissələr nə qədər az olsa, istehsalın layihələndirmə və mənimsənilmə müddəti o qədər az olur.
Maşınqayırma zavodlarının təcrübəsi göstərir ki, eyniləşdirmə təxminən 4 dəfə konstruktor və texnoloji işlərin dəyərini azaldır. Maşınların, qovşaqların, hissələrin eyniləşdirilməsi oxşar əməliyyatların və proseslərin yerinə yetirilməsi üçün təyin edilən avadanlığın mövcud və ya mümkün olan bənzəyişi əsasında aparılır.
Praktiki olaraq, eyniləşdirilmiş maşınlar sinfi və ya bütöv qruplar hüdudunda müxtəlif tipli maşınların miqdarının azalmasına gətirib çıxarır.
eyni və ya çox yaxın istismar təyinatında, iş şəraitində, məhsuldarlıqda bir və ya bir neçə eyniləşdirilmiş növünə gətirib çıxarır.
Aşağıdakı şərtlər daxilində iqtisadi cəhətdən əlverişli səviyələrdə kütləvi, seriyalı və fərdi istehsal məmulatları (hissələr, qovşaqlar, maşınlar) eyniləşdirmə obyekti ola bilər:

    • hissələr, əgər bir məqsəd üçün təyin olunubsa, eyni ölçülərə malik olur, hissələrin tam unifikasiyası məqsədəuyğun deyilsə, onların elementlərinin və hətta ayrı-ayrı ölçülərinin unifikasiyası mümkündür;

    • qovşaqlar, əgər onlar xarakterinə görə işçi və əndazə ölçülərilə və istismar göstəricilərilə (məhsuldarlıq, qüvvə və s.) az fərqlənən oxşar əməliyyat (funksiya) yerinə yetirərsə, məsələn, müxtəlif tipli transmissiyalar, muftalar və s.;

    • maşınlar, əgər onlar nisbətən az saylı qovşaqlardan ibarətdirsə, xarakterinə görə oxşar əməliyyatlar və ya proseslər üçün işlədilərsə, yəni oxşar konstruktiv sxemlərə malikdir və ya malik ola bilərlər. Bu zaman işçi və əndazə ölçülərinə və istismar göstəricilərinə görə az fərqlənirlər.

Məqsədəuyğunluğu iqtisadi cəhətdən əsaslandırılmış eyniləşdirmə, eyniləşdirilmiş məhsulun standartlaşdırılması ilə bitməlidir. Eyniləşdirmə eyniləşdirilmiş maşınların, onların qovşaqlarının və hissələrinin konstruksiyalarının mükəmməlləşdirilməsi perspektivini nəzərə almaqla aparılmalıdır.
Beləliklə, «maşınların və avadanlığın yeniləşdirilməsi» məfhumu bütövlüklə maşınların avadanlığın tiplərinin, əsas ölçülərinin, göstəricilərinin eyniləşdirilməsinə və onların tərkib hissələrinin eyniləşdirilməsinə aid edilir.
Maşınların və onların əsas elementinin ölçü sırasının müəyyən edilməsi maşınqayırmada eyniləşdirmə işləri kompleksinin yalnız birinci mərhələsidir, ona görə ki, hətta əsas ölçülərin standartlaşdırılması da qovşaqların və hissələrin ən müxtəlif konstruktiv həllini istisna etmir, baxmayaraq ki, məhsul bütövlüklə standartların tələbatlarına cavab verir. Beləliklə, birinci mərhələ, unifikasiyanın bütün vəzifələrini yerinə yetirmir və tam texniki-iqtisadi səmərəliliyi təmin etmir.
Maşınqayırmada eyniləşdirmə üzrə işlər kompleksinin ikinci mərhələsi son dərəcə mühümdür (ümumi tətbiq maşınlarının qovşaqlarına və hissələrinə dövlət standartlarının, verilmiş sahədə tətbiq edilən qovşaqlara və hissələrə sahə standartlarının işlənib hazırlanması ilə tamamlanan maşınların qovşaqlarının və hissələrinin eyniləşdirilməsi).
Eyniləşdirmə üzrə işlərin ardıcıllığına, proseslərin qruplaşdırılması üçün texnoloji proseslərin təhlili daxildir. Bunun nəticəsində, texnoloji proseslərə zəruri standartların yaradılması və tətbiqi əsasında mövcud texnologiyanı dəyişmək və ya daha müasiri ilə əvəz etmək mümkündür.
Eyniləşdrmə zamanı konstruktiv varislik prinsipi tətbiq edilir ki, bu zaman yeni konstruksiyalı məhsullarda artıq başqa konstruksiyalarda tətbiq edilən hissələr və qovşaqlardan maksimum dərəcədə istifadə edilir.
Maşınların istehsalında eyniləşdirmə prinsiplərinin geniş istifadə edilməsi aşağıdakılara imkan verir:

    • konstruktor işlərinin həcminin və layihələşdirmə müddətinin, yeni maşın və cihazlarının istehsalının mənimsənilmə dəyərinin, yeni məhmulların istehsalına sərf olunan vaxtın azzalmasına və böyük çeviklik və mobillik təmin etməyə;

    • buraxılan məhsulun keyfiyyətini, onun etibarlığını və davamlığını artırmağa;

    • maşınqayırma zavodlarının istismar təşiklatlarının bütün texniki-iqtisadi göstəricilərini yaxşılaşdırmağa.

Eyniləşdirilmiş məhsulların başqası – daha mütərəqqisi ilə tezliklə əvəzedilmə zəruriyyəti müəyyən edilməyibsə, eyniləşdirmə standartların buraxılması ilə nəticələnməlidir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə