Mühazirə mövzuları I həftə


V həftə Metrologiyanın və texniki ölçmənin



Yüklə 1,33 Mb.
səhifə9/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
C fakepathMuhazir

V həftə
Metrologiyanın və texniki ölçmənin
əsas anlayışları

Metrologiya – ölçmə, vahid ölçmənin metod və imkanları haqda və lazımi dəqiqliyi əldə etmək haqda elmdir. Metrologiyanın əsas problemləri – ölçmənin elmin əsaslarının inkişafı, ölçmənin metod və imkanlarının tərtibi və ölçmə vahidliyini təmin etməkdən ibarətdir.


Bu problemləri həyata keçirdikdə dövlət metrologiya idarəsinin böyük rolu olmuşdur. Metrologiyanın inkişafında böyük rus alimi Medeleyevin rolunu xüsusi qeyd etmək lazımdır ki, o 1892-1907-ci illərdə Rusiyada metrologiya işlərinə rəhbərlik edib.
Ölçmə – hər hansı bir fiziki kəmiyyətin texniki imkanlar vasitəsilə tapılmasına deyilir.
Ölçmə prosesində hər hansı bir vahid qəbul olunmuş fiziki cisimlə müqayisə olunur. Ölçmənin nəticəsi adlı kəmiyyətlə (sözlə) qeyd olunur. Məsələn, 12 sm; 20 Vt və s.
Nəzarət vaxtı hər hansı bir hissənin yoxlanılan elementinə görə yararlığı müəyyən olunur. Bu zaman yoxlanılan elementin ölçüsü əvvəlcədən verilmiş hədlər arasında yerləşməlidir. Nəzarətin nəticəsi keyfiyyət göstəriciləri ilə qeyd olunur. «Yararlı», «Yararsız», «Düzəldilə bilən yararsız», «Düzəldilə bilməyən yararsız» ölçmənin əsas tənliyi
,
burada Q – axtarılan ölçü; q – kəmiyyət göstəricisi; U – ölçmə vahididir.

Ölçmənin növləri

Ölçmə imkanlarına görə ölçmənin 3 növü var:


1. Birbaşa ölçmə.
2. Dolayı ölçmə.
3. Birgə ölçmə.
Birbaşa ölçmədə axtarılan kəmiyyət bilavasitə ölçü cihazlarndan götürülür. Çox hallarda birbaşa ölçmək olmur. O zaman dolayı ölçmədən istifadə edirlər.
Dolayı ölçmədə axtarılan kəmiyyət hesabi yolla alınır və bu hesabatda birbaşa ölçmədən alınan kəmiyyətlər iştirak edirlər. Məsələn, 3 məftilcik üsulu ilə yivin orta diametrinin təyini

burada y – axtarılan kəmiyyət; – ölçmədən alınan kəmiyyətlrədir.
Birgə ölçmədə isə axtarılan kəmiyyət sistem tənliyin həllindən alınır. Bu hal üçün belə asılılıq yazmaq olar:

Axtarılan kəmiyyəti tapmaq üçün «K» tənlikləri yazmaq lazımdır.

burada – dolayı ölçmədən alınan ölçülərdir ki, bunların içərisində axtarılan kəmiyyət də var – birbaşa ölçmədən alınan kəmiyyətlərdir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə