Mühazirə mövzuları I həftə


Maşınqayırmada keyfiyyətin normalaşdırılması



Yüklə 1,33 Mb.
səhifə2/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   32
C fakepathMuhazir

Maşınqayırmada keyfiyyətin normalaşdırılması
Hələ qədim zamanlarda insanlar qarşılıqlı əvəzolunma və standartlaşdırma haqqında heç bir məlumatları olmadıqda, bunların terminlərini tanımadığı halda öz həyatlarında standartlaşdırmaya və qarşılıqlı əvəzolunmaya aid prinsiplərdən istifadə edirdilər. Məsələn, misirlilər 5000 il bundan əvvəl piramidanın tikilişində çox dəqiq hazırlanmış daş bloklardan istifadə etmişlər. Bundan başqa qədim Romada su kəmərlərinin tikilişində çox dəqiq ölçüyə malik borulardan istifadə etmişlər. XIV, XV əsrlərdə Venetsiyada gəmilərin istehsalında sabit ölçülü və formalı qurğulardan istifadə edirdilər. Rusiyada isə birinci dəfə qarşılıqlı əvəzolunma prinsiplərindən XVIII əsrin əvvəllərində I Pyotr tərəfindən verilmiş cizgi rəsmlərinə görə hazırlanan gəmilərdə istifadə edirlər. Metal emalında qarşılıqlı əvəzolunma prinsipləri ilk dəfə Rusiyanın silah zavodlarında, 1761-ci ildə Tulanın və İjevskin silah zavodlarında, daha sonralar Peterburqun, Moskvanın, Sestraretskin müxtəlif zavodlarında istifadə olunmağa başladı.
XIX əsrin axırı XX əsrin əvvəllərində qarşılıqlı əvəzolunma prinsipləri nəinki hərbi məmullar, eləcə də məişətdə istifadə olunan başqa məmulların istehsalında tətbiq olunurdu. Bu dövrdə Moskvanın iri müəssələrində, eləcə də Tula, İjevsk silah zavodlarında özlərinə aid müsaidə və oturma sistemindən istifadə olunurdu. Bu əlverişli hal deyildi. Bütün ölkə üçün vahid müsaidə və oturma sistmei yaratmaq lazım idi. Bu məsələ ilə ilk dəfə Moskva Ali texniki məktəbinin professoru İ.İ.Kukalevski məşğul olmuşdur. Bu sistemdən 1915-1917-ci illərdə hərbi sifarişlərin hazırlanmasında geniş istifadə olunurdu.
Ayrı-ayrı məhsulların artımı ilə bərabər, qarşılıqlı əvəzolunma və standartlaşdırmanın sürətli inkişafı ilə əlaqədar olaraq, 1919–1921-ci illərdə mühəndis P.M.Şelomovun rəhbərliyi ilə eni müsaidə və oturmalar sistemi yaradılır. Bu sistemin bir sıra çatışmayan cəhətləri olduğuna görə müəssisələr tərəfindən qəbul olunmur:

  1. Bu sistemdə dəqiqlik sinfi göstərilmirdi.

  2. Əsas deşiyin və əsas valın müsaidə sahələri simmetrik yerləşdirilirdi.

  3. Bu sistemdə oturmaların miqdarı olduqca az idi.

  4. Müsaidənin diametrdən asılılığı belə bir düsturla ifadə olunurdu:


burada d – diametr;  – müsaidədir; c – sabit əmsaldır.
Buna baxmayaraq, bütün ölkənin vahid sistemə ehtiyacı var idi. 1924-25-ci ildə professor A.D.Qatsukun rəhbərliyi ilə yeni müsaidə və oturmalar sistemi yaradılır ki, həmin sistem hazırda istifadə olunan ümumittifaq sisteminin əsasını təşkil edir.
15 sentyabr, 1925-ci ildə Standartlaşdırma komitəsi yaradılır ki, bu komitənin birinci sədri V.V.Kuybışev olmuşdur.
1926-cı ildə ÜİST (OST), 1940-ci ildə DÜİST (QOST) həyata keçirilir.
1954-cü ildə Standartlaşdırma, ölçmə və ölçü cihazları komitəsi yaradılır.
1976-cı ildə standartlaşdırmanın rolunun yüksəldilməsi ilə əlaqədar olaraq Dövlət standartlaşdırma komitəsi yaradılır.
1 yanvar 1987-ci ildə SSRİ-nin 1500 müəssisəsi istehsalatda dövlət qəbulu prinsipinə keçmişdir. Azərbaycanda isə 31 müəssisə dövlət qəbulu prinsipi ilə məhsul istehsal edirdi.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə