Mühazirə mövzuları I həftə


II həftə Maşınqayırma məhsulunun keyfiyyəti



Yüklə 1,33 Mb.
səhifə3/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   32
C fakepathMuhazir

II həftə
Maşınqayırma məhsulunun keyfiyyəti
və onun əsas göstəriciləri

Məhsulun keyfiyyətinin yüksəldilməsi probleminin mənasını ildən ilə artır. Yüksək keyfiyyət nəticəsində məhsulun dünya bazarında konkurentliyi artır, milli iqtisadiyyatın inkişafına səbəb olur və xalqın maddi rifahı yüksəlir.


Keyfiyyət məhsulun elə xassələrinə deyilir ki, bu xassələr onun yararlığını müəyyən etsin və istehlakçının tələbatını ödəyə bilsin. Sadəcə olaraq desək, keyfiyyət məhsulun xassələrinin istehlakçının tələbatına uyğungəlmə dərəcəsi ilə ölçülür.
Keyfiyyətin qiymətləndirilməsi çox çətin, lakin həll olunan məsələdir. Keyfiyyəti qiymətləndirdikdə, birinci növbədə onun ən əsas göstəriciləri cəmləşdirilməli və eləcə də hər bir göstəricinin təmir qüvvəsi müəyyən olunmalıdır. Əsas keyfiyyət göstəricilərini təyin etdikdə maşın və mexanizmlərin istismar şəraiti nəzərə alınmalıdır. İstismar şəraitindən asılı olaraq onların təsir qüvvəsi müəyyən olunmalıdır. Təsir qüvvəsi «bal»la, ümumiləşdirilmiş keyfiyyət göstəriciləri orta balla ifadə olunur. Məsələn, elektrik cihazları üçün (radio, televizor, maqnitofon və s.) ümumiləşdirilmiş keyfiyyət göstəricisini K ilə işarə etsək

burada A, B, C, D – texniki şərtləri, istismar, iqtisadi və estetik göstəriciləri nəzərə alan əmsallar; – keyfiyyət göstəricilərinin təsir qüvvəsini nəzərə alan çəki əmsallarıdır. Keyfiyyət vaxtdan asılı olaraq dəyişilir və buna görə də müəyyən vaxt keçdikdən sonra keyfiyyət göstəriciləri yenidən nəzərdən keçirilir.
Əsas keyfiyyət göstəriciləri
Əsas keyfiyyət göstəriciləri aşağıdakılardır:

  1. Təyinat göstəriciləri. Bu göstəricilər həmin məhsuldan istifadəolunmanın faydalı səmərəliliyini xarakterizə edir.

  2. Texnoloji cəhətdən yararlılıq göstəriciləri. Bunlar hər hansı bir məhsulun hazırlanması dövründə nəzərə alınan göstəricilərdir.

  3. Etibarlılıq və uzunömürlülük göstəriciləri.

  4. Estetik göstəricilər. Bu göstəricilər hazırlanan məhsulun xassələrinin orijinallığını, vahidliyini, mənalığını, şəraitə və stilə uyğunluğunu göstərir.

  5. Standartlaşdırma və ümumiləşdirmə göstəriciləri. Bu göstəricilər hazırlanan məhsulda istifadə olunan standartlaşdırılmış hissələrin miqdarını və ümumiləşdirmənin səviyyəsini xarakterizə edir.

  6. Patent və hüquq göstəriciləri. Bunlar məhsulun ölkədə və xaricdə patent müdafiəsinin dərəcəsini və patent təmizliyini müəyyən edir.

  7. İqtisadi göstəricilər. Layişhələşdirməyə, istismara, hazırlanmağa sərf olunan xərcləri xarakterizə edir.

Maşınqayırma üçün ən əlverişli göstərici isə istismar göstəriciləri sayılır. İstismar göstəriciləri hər hansı bir məmulun öz funksiyasını yerinə yetirməsi keyfiyyəti ilə xarakterizə olunur.
Əsas istismar göstəriciləri bunlardır:
1. Etibarlılıq.
2. Uzunömürlülük.
3. Maşının dinamiki keyfiyyəti.
4. Erqonomik.
Etibarlılıq – hər hansı bir obyektin verilmiş müddət ərzində öz istismar xassələrini saxlamaq qabiliyyətinə deyilir.
Uzunömürlülük – hər hansı bir obyektin öz qabiliyyətini son ana qədər saxlaması ilə xarakterizə edilir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə