Mühazirə mövzuları I həftə



Yüklə 1,33 Mb.
səhifə6/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   32
C fakepathMuhazir

Standart – standartlaşdırmada görülən konkret işlərin nəticəsidir.
Standartlar əsasən 3 şəkildə ola bilər:

  1. Hər hansı bir sənəd şəklində.

  2. Əsas vahid və ya fiziki sabit şəklində.

  3. Müəyyən bir cisim şəklində.

Standartlaşdırmanın əsas metodları bunlardır:

  1. Ümumiləşdirmə (unifikasiya).

  2. Tipləşdirmə (tipazasiya).

  3. Simplifikasiya.

Ümumiləşdirmə – standartlaşdırmanın ən geniş yayılmış metodudur. Burada eyni vəzifə daşıyan hissələr səmərəli surətdə öz ölçülərinə, görünüşlərinə, tiplərinə və miqdarına görə azaldılır. Bu zaman bu birləşdirilmiş hissələr üçün vahid texniki sənəd yaradılır və bu hissələr öz aralarında qarşılıqlı əvəz oluna bilirlər.
Ümumiləşdirmənin də əsasını sistemləşdirmə və təsnifatlaşdırma təşkil edir.
Sistemləşdirməhissələri, cisimləri, yaxud nəzərdən keçirilən materialı müəyyən bir qayda ilə (sıra ilə) düzməkdən ibarətdir.
İki cür sistemləşdirmə var:
1. Əlifba sistemləşdirilməsi.
2. Rəqəm sistemləşdirilməsi.
Əlifba sistemləşdirilməsində cisimlər əlifba sırasına görə düzülür. Bunlardan ensklopediya, məlumat kitablarında, biblioqrafik materiallarda istifadə edilir.
Texnikada isə rəqəm sistemləşdirilməsindən istifadə edirlər. Bu zaman istifadə olunan material sıra nömrəsinə görə düzülür6 bəzi halda isə xronoloji vaxtlardan istifadə olunur. Məsələn: QOST 16093-71, burada əvvəlki rəqmələr sıra nömrəsini, axırıncı iki rəqəm isə standartın təsdiq olunduğu ili göstərir.
Təsnifatlaşdırma da ümumiləşdirmənin bir sahəsini təşkil edir. Burada nəzərdən keçirilən materiallar – siniflər yarımsiniflər və dərəcələrə görə təsnifatlaşdırılır.
Beynəlxalq miqyasda universal onluq təsnifatlaşdırma sistemi işlədilir (UDK). Bu sistemdən çap olunan materiallarda, jurnallardakı məqalələrdə istifadə edilir.
UDK-dan sonrakı I rəqəm istifadə olunan geniş elm sahəsini göstərir. Sonrakı rəqəmlər isə getdikcə daha konkret sahələri təcəssüm etdirir:
UDK 6 – tətbiqi elmlər, təbabət və texnika;
UDK 62 – texnika;
UDK 621 – ümumi maşınqayırma;
UDK 621.3 – elektrotexnika;
UDK 389.6 – standartlaşdırma.
Bir-biri ilə əlaqədar olan sahələr 2 nöqtə ilə işarələnir. UDK 389.6:621.3 – elektrotexnikada standartlaşdırma.
Tipləşdirmə – standartlaşdırmanın elə bir üsuludur ki, burada əmək alətləri, avadanlıq, məhsulun müəyyən növləri tipləşdirilir və yaxud cəmləşdirilir.
Tipləşdirmə 2 yolla aparılır:

  1. Mexanizmin konstruksiyalarının tipləşdirilməsi – burada bir sıra hissələr üçün eyni konstruksiya layihələndirilir. Bu zaman bu hadisələrin öz konstruksiyaları nəzərdən keçirilməli, optimal variant yaradılmalı və mütləq bunlara bənzər ən yeni konstruksiyalar nəzərdən keçirilməli, elm və texnikanın nailiyyətlərindən istifadə olunmalıdır.

  2. Texnoloji proseslərin tipləşdirilməsi – burada konstruktiv cəhətdən bir-birinə çox oxşayan hissələr üçün tipləşdirilmiş texnoloji proses yaradılır.

Simplifikasiya – hissələrin tiplərinin müəyyən çərçivə dairəsində miqdarı elə ixtisar olunur ki, bu qalan miqdar dövrün tələbatını ödəyə bilir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə