Mühazirə mövzuları I həftə


Dövlət standartlaşdırma sistemi



Yüklə 1,33 Mb.
səhifə5/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   32
C fakepathMuhazir

Dövlət standartlaşdırma sistemi
Texniki tərəqqidə standartlaşdırmanın rolunu artırmaq məqsədi ilə və bu məhsulun keyfiyyətini yüksəltmək üçün keçmiş SSRİ Nazirlər Sovetinin qərarına əsasən 11 yanvar 1965-ci ildə Dövlət standartlaşdırma sistemi yaradılmış və xalq təsərrüfatında tətbiq edilmişdir.
Bu sistem müəyyən qayda və qanunların məcmusudur ki, burada standartlaşdırmanın əsas məqsəd və vəzifələri, onun idarə və orqanlarının hüquq və vəzifələri, standartlaşdırma sahəsində görülən işlərin metodikası müəyyən olunmuşdur. Bundan başqa Dövlət standartlaşdırma sisteminin əsas vəzifəsi xalq təsərrüfatının bütün sahələri üçün standartlar tərtib etmək, çap etdirmək, müəssisələrə yaymaq, onların həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir.
Beləliklə, deyə bilərik ki, Dövlət standartlaşdırma sistemi xalq təsərrüfatının bütün sahələrində standartlaşdırmanın təşkilati, metodoloji və təcrübi əsaslarını təşkil edir.
Dövlət standartlaşdırma sistemi standartlaşdırmanın əsas vəzifələrini belə müəyyən edir:

  1. Xalq təsərrüfatının bütün sahələrində texniki tərəqqini sürətləndirməli və əmək məhsuldarlığını yüksəltməli.

  2. Hissələrin layihələndirilməsi prosesində xüsusiləşdirmə­ni genişləndirməli.

  3. Məhsulun keyfiyyətini yaxşılaşdırmalı və onun optimal səviyyəsinə çatmalı.

  4. Beynəlxalq iqtisadi və texniki əlaqələri genişləndirməli.

  5. Xaricə ixrac olunan malları artırmalı və onların keyfiyyət göstəriciləri dünya bazarının tələblərini ödəməlidir.

  6. İstifadə olunan materiala qənaət etməli.

  7. Əhalinin sağlamlığın qorumalı və işçilərin əməyinin təhlükəsizliyini təmin etməli.


Standartlaşdırmanın metodları
Standartlaşdırmada əsas terminlər Beynəlxalq Standartlaşdırma təşkilatının, standartlaşdırmanın elmi prinsiplərini öyrənən komitə tərəfindən yaradılmışdır.
Standartlaşdırma – maksimum səmərəlilik əldə etmək üçün, minimum tələblərin elmi əsasını öyrənməkdən ibarətdir. Bu zaman elmin, texnikanın, təcrübənin ən yeni nailiyyətlərindən istifadə olunmalıdır.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə