Mühazirə mövzuları I həftə


Maşının dinamik keyfiyyəti



Yüklə 1,33 Mb.
səhifə4/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   32
C fakepathMuhazir

Maşının dinamik keyfiyyəti – iş prosesində yaranan titrəmələrlə xarakterizə olunur. İş prosesində yaranan titrəmələr hazırlanan hissələrin keyfiyyətinə təsir edir. Onların ölçülərinin düzgün alınmasına, səthin kələ-kötürlüyünün artmasına və beləliklə də, keyfiyyətin aşağı düşməsinə səbəb olur. Deməli, dəzgahlar nə qədər sakit işləsələr, o qədər keyfiyyət yüksək olar. Hər bir maşın üçün dinamik keyfiyyət göstəriciləri müəyyən olunmalı və nəzarət edilməlidir.
Erqonomik göstəricilər – insan, maşın və şərait arasında asılılıq yaratmaqdan ibarətdir. Bu o deməkdir ki, fizioloji, psixoloji, gigiyena cəhətdən elə bir optimal şərait yaratmaq lazımdır ki, insan belə bir şəraitdə öz iş qabiliyyətindən tam istfadə edə bilsin və yüksək məhsuldarlıq əldə olunsun. Məsələn, Riqanın Dövlət elektrotexnika zavodunda bəzi əməliyyatlar həyata keçirməklə yüksək erqonomik göstəricilər əldə olunmuşdur.

  1. İş yeri dövri olaraq 1–2 dəqiqəliyə 20% artıq işıqlandırılır.

  2. Növbə ərzində «funksional» musiqi translyasiya edilir.

  3. Növbə ərzində iki dəfə iş yerində kofe verilir.

Bunlardan başqa zavodda xüsusi psixoloqlar var ki, fəhlələr arasında ziddiyyətlər yarandıqda, bu ziddiyyətləri aradan qaldırırlar.

III həftə
Məhsulun keyfiyyətinin atestatlaşdırılması

1974-cü ildən Dövlət Standartlaşdırma komitəsi və Dövlət Plan komitəsi tərəfindən «maşınqayırma məhsulunun və eləcə də bütün sənaye maşınlarının atestatlaşdırılmasının əsas vəziyyətləri» təsdiq olunmuşdur.


Keyfiyyətin atestatlaşdırılması nazirliklər tərəfindən həyata keçirilir. İllik və beşillik planların nəticəsindən istifadə olunur. Hər bir nazirliyin profilini müəyyən edən məhsullar atestatlaşdırılır, bəzi məhsullar isə ümumiyyətlə atestatlaş­dırılmır:

  1. Neft, qaz, kömür, dəmir məhsulları.

  2. İstilik və elektrik enerjisi.

  3. Təmirdən çıxmış sənaye məhsulları.

  4. Kitablar.

  5. Tibb məhsulları.

  6. Zərgərlik məmulatları.

  7. İncəsənət əsərləri.

8. Bədii sənət əsərləri.
Bütün hazırlanan məhsullar 2 kateqoriyaya görə atestatlaşdırılır: ali və I kateqoriyalar.
Ali kateqoriyaya o hissələr daxil olur ki, onlar öz texniki-iqtisadi göstəricilərinə görə ölkə və dünya nailiyyətlərinə uyğun gəlir. Belə məhsullara keyfiyyət nişanı təltif olunur.
I kateqoriyaya elə hissələr daxil olurlar ki, onlar öz texniki-iqtisadi göstəricilərinə görə ölkədə olan standartların tələbatını ödəyir.
Ali və I kateqoriyaya daxil olan hissələr I, yaxud 3 ildən sonra yenidən attestatlaşdırılır.
Bəzi məhsullar öz texniki-iqtisadi göstəricilərinə görə standartların tələbatını ödəyə bilmir. Köhnəlmiş belə məhsulların modernizə olunması üçün müəyyən vaxt verilir və ya istehsalı dayandırılır.
Ümumiyyətlə, məhsulun keyfiyyəti demək olar ki, 2 dəyişəndən asılıdır:
1. Hissənin layihəsinin keyfiyyətindən.
2. Onun hazırlanma keyfiyyətindən.
Layihələndirmə prosesində birinci növbədə istehlakçının ən vacib tələbatları nəzərə alınmalıdır və bununla bərabər ən yeni nailiyyətlər nəzərdən keçirilməlidir. Bundan sonra II dövrdə əsas məsələ hazırlanmış layihəni texnologiya üzrə hazırlamaqdan ibarətdir. Bu zaman ən yeni dəzgahlardan, kəsici və ölçücü alətlərdən istifadə etmək lazımdır.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə