Mühazirə mövzuları I həftə


Qarşılıqlı əvəzolunmanın növləri



Yüklə 1,33 Mb.
səhifə8/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
C fakepathMuhazir

Qarşılıqlı əvəzolunmanın növləri

Qarşılıqlı əvəzolunmanın 4 növü var:



  1. Tam qarşılıqlı əvəzolunma.

  2. Natamam qarşılıqlı əvəzolunma.

  3. Xarici qarşılıqlı əvəzolunma.

  4. Daxili qarşılıqlı əvəzolunma.

Tam qarşılıqlı əvəzolunmada maşın və cihazın tamamilə bütün hissələri qarşılıqlı əvəz olunur. Bunun bir sıra üstün cəhətləri var:

  1. Yığım prosesi çox sadələşir və yığım prosesini aşağı dərəcəli fəhlə apara bilir.

  2. Yığım prosesi vaxta görə normallaşır və bu səbəbdən yeni axın xətləri və avtomatik xətlər yaratmaq mümkün olur.

  3. Koperasiya yolu ilə başqa zavodlardan alınan hissələrin miqdarı artır.

  4. Təmir prosesi sadələşir.

Tam qarşılıqlı əvəzolunma iri seriyalı və külli istehsalatda istifadə olunur.
Natamam qarşılıqlı əvəzolunmada maşın və cihazların müəyyən hissələri qarşılıqlı əvəzoluna bilir. Qarşılıqlı əvəzolunmanın səviyyəsini müəyyən etmək üçün qarşılıqlı əvəzolunma əmsalından istifadə edirlər.

olarsa, onda tam qarşılıqlı əvəzolunma olar.
Xarici qarşılıqlı əvəzolunma başqa müəssisələrdə alınan yığım vahidlərinə aid olur. Bu birləşdirici ölçülərə və mexanizmlərin giriş və çıxış parametrlərinə görə yaradılır. Məsələn: elektrik (stansiyalarında) mühərriklərində, qarşılıqlı əvəzolunma birləşdirici ölçülərə görə və valın dövrlər sayına, eləcə də gücə görə yaradılır. Daxili qarşılıqlı əvəzolunmada xarici qarşılıqlı əvəzolunmaya malik yığım vahidlərinin daxili hissələrinin ölçüləri qarşılıqlı əvəz oluna bilər. Məsələn, diyircəkli yataqların xarici həlqəsinin xarici diametri və daxili həlqəsinin daxili diametri qruplaşdırma qarşılıqlı əvəzolunması (selektiv yığma) prinsipi ilə hazırlanır. Qarşılıqlı əvəzolun­manın ilk inkişaf dövründə hazırlanmış hissələri kalibrlər, şablon və lekallar vasitəsilə yoxlayırdılar. Normal kalibrlər vasitəsilə hissələri hazırladıqda buna çox vaxt sərf olunurdu. Çünki fəhlə hissəni bir ölçüyə görə hazırlayırdı ki, bu da çox vaxt aparırdı.
İstehsal inkişaf etdikcə məlum olur ki, hissələri bir ölçü ilə yox, buraxılabilən xəta ilə, yəni, 2 ölçü arasında hazırlamaq olar.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə