Mühazirə mövzuları I həftə



Yüklə 1,33 Mb.
səhifə7/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   32
C fakepathMuhazir

Standartların növləri
Standartlar öz istifadə yerinə, məzmununa görə 3 növə bölünürlər:
I. Xassə standartları – bunlara əsasən istifadə olunan materialın, əmək alətlərinin, ölçü cihazlarının xassələrini müəyyən edirlər.
II. Metod və imkan standartları – buna əsasən hissələrin hazırlanması, sınaqdan çıxarılması, nəzarət olunması metodlarını və imkanlarını əks etdirirlər.
III. Qarşılıqlı anlaşma yaradan standartlar – bunlar əsasən terminləri, şərti qrafiki, beynəlxalq fiziki və riyazi işarələri əks etdirirlər.
Bu standartlar ölkələr arasında texniki əlaqələrin genişləndirilməsində böyük rol oynayırlar.
Standartların kateqoriyaları

Öz təsir qüvvələrinə görə standartların aşağıdakı kateqoriyaları var:


1. Dövlət standartları (DOST). Dövlət standartlarının müəssisə, təşkilat və idarələr tərəfindən istifadə olunması vacibdir. Bu standartlar Dövlət standartlaşdırma komitəsi tərəfindən təsdiq olunur. Çox böyük əhəmiyyəti olan vacib standartlar isə Nazirlər Soveti tərəfindən təsdiq olunur.
2. Sahə standartları (SST). Bu standartlar müəyyən nazirliklərə daxil olan müəssisə, təşkilat və idarələr tərəfindən istifadə olunur və eləcə də digər müəssisə və təşukilatlar da bu standartlardan istifadə edirlər. Bu standartlar həmin nazirliklər tərəfindən təsdiq olunur.
3. Respublika standartları (RST). Bu standartlar ayrı-ayrı respublikalara daxil olan müəssisə, təşkilat və idarələr tərəfindən istifadə olunur və həmin respublikanın Nazirlər Soveti tərəfindən təsdiq olunur.
4. Müəssisə standartları (MTP). Bu standartlar müəyyən müəssisə çərçivəsi daxilində istifadə olunur və həmin müəssisə rəhbərliyi tərəfindən təsdiq olunur.

IV həftə
Qarşılıqlı əvəzolunmanın əsas anlayışları

Müasir seriyalı və külli istehsala malik maşınqayırma zavodlarında ayrı-ayrı hissələrin hazırlanması və yığılması prosesləri bir-birindən asılı olmayaraq müxtəlif sexlərdə baş verir. Bundan başqa yığım prosesində başqa zavodlardan alınmış bərkidici hissələr, rezin və plastik kütlədən hazırlanmış hissələr, yastıqlar və s. iştirak edir. Bu hissələrin hamısı yığım prosesində «uydurma» (padqonka) əməliyyatsız iştirak etməlidir. Bu da o vaxt mümkün olur ki, hissələrin hamısı qarşılıqlı əvəz oluna bilsinlər. Bir-birindən asılı olmayaraq müəyyən dəqiqliklə hazırlanmış hissə və qovşaqların birbaşa, uydurma əməliyyatsız yığım prosesi təmin etməsinə qarşılıqlı əvəzolunma deyilir.


Qarşılıqlı əvəzolunan hissələrin həm forması, həm ölçüsü, materialın fiziki xassələri əvvəlcədən göstərilmiş qiymətə malik olmalıdır. Yəni müəyyən dəqiqliklə hazırlanmalıdır.
Dəqiqlik dedikdə, hissələrin bütün elementlərinin əvvəlcədən göstərilmiş qiymətə (nominal ölçüyə) uyğun gəlməsi nəzərdə tutulur. Dəqiqlik xəta ilə xarakterizə olunur.
Xətalar 2 cür olur: 1) sistematik xətalar; 2) təsadüfi xətalar.
Sistematik xətalar elə xətalara deyilir ki, onların ölçüsü və işarəsi sabit olur, dəyişdikdə isə müəyyən qanuna tabe olur və onlar təsadüfi olmayan faktlardan asılı olur. Sistematik xətaları əvvəlcədən görmək və fəth etmək mümkündür.
Təsadüfi xətalar isə elə xətalara deyilir ki, onların ölçüsü və işarəsi dəyişən olur, hissələrin hazırlanması və ölçülməsi prosesində meydana gəlirlər, təsadüfi faktorlardan asılı olurlar. Təsadüfi xətaların nəticəsində hissələrin ölçüləri səpələnir və dəqiqliyi azalır. Təsadüfi xətaları bütündüklə aşkar etmək və aradan qaldırmaq mümkün deyil. Təsadüfi xətaların dəqiqliyə təsirini müəyyən etmək üçün ehtimal nəzəriyyəsi və riyazi statistikanın metodlarından istifadə edirlər. Nəinki hissələr, eləcə də mexanizmlər və qovşaqlar qarşılıqlı əvəzolunan ola bilər. Bütün ehtiyat hissələri, standartlaşdırılmış bərkidici hissələr – qarşılıqlı əvəz olunan hissələrdir. Yastıqlar, radio və elektrik lampaları, müxtəlif yarımkeçirici cihazlar, optik cihazlar – qarşılıqlı əvəzolunan qovşaqlardır. Mühərriklər, müxtəlif tərtibatlar isə – qarşılıqlı əvəzolunan mexanizmlərdir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə