Mühazirə mövzuları I həftə


XII həftə Yiv birləşmələrində



Yüklə 1,33 Mb.
səhifə22/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   32
C fakepathMuhazir

XII həftə
Yiv birləşmələrində
müsaidə və oturmalar

Yivin növləri. Sənayenin bütün sahələrindəki maşınlarda, aparatlarda, alətlərdə, tərtibatlarda və s. yivli hissələrə rast gəlinir. Yiv birləşməsi maşın hissələrini bir-birinə bağlamaq üçün ən geniş tətbiq olunan üsuldur. Bundan başqa, bir çox maşınlarda (məsələn, metalkəsən dəzgahlarda) hissələrin və ya bağlamaların düz xətt üzrə hərəkəti yiv birləşməsi vasitəsilə əmələ gətirilir.
Yivlər silindr və konus üzərində üçbucaq, trapez, düzbucaq, yarımdairəvi və bıçaqlı profilli olub müxtəlif üsullarla hazırlanırlar. Maşın hissələrinin tərpənməyən birləşmələri üçün ən çox üçbucaq profilli yivlərdən, hərəkət edən birləşmələr üçün isə trapez profilli yivdən istifadə edilir.
Hal-hazırda sənayedə standartlaşdırılmış profili olan əsas və xırda metrik və xüsusi yivlərdən istifadə edilir.
Əsas və xırda metr yivlərinin diametrləri və addımları mm ilə ölçülür, profil bucağı 60°-dir. Bu yivlərin xarici və daxili diametrləri boltun yivinin xarici və qaykanın daxili diametrlərinə bərabərdir. Boltun yivinin dibində, qaykanın daxili diametrinin hesabına ara əmələ gətirilir. Boltun və qaykanın saplarının üstü və yuvalarının dibi qədər kəsikdir (şək.4.1).
Düymə yivinin diametri düymə ilə ölçülür, addımı 1-də olan dolaqların sayı ilə müəyyən edilir, profil bucağı isə 55°-dir. Bu yivin sapının üstü və qanovcuqlarının dibi kəsikdir, boltun və qaykanın qanovcuğunun dibində ara olmalıdır (şək.4.1, c). Düymə yivindən ancaq təmir işində istifadə edilir.
Boru yivinin profili 55°-dir. Borunun deşiyinin diametrinə uyğun əsas ölçüsü hesab olunur. Yivin addımı 1-də olan dolaqların sayı ilə müəyyən edilir. Daxili və xarici yivin saplarının üstü və qanovcuqlarının dibi dəyirmilənir (şək.4.1, d). Boru yivi başlıca olaraq boru kəmərlərinin hissələrini birləşdirmək üçün işlənir.

Şəkil 4.1. Silindrik yivin müxtəlif növləri

Okulyar yivi (şək.4.1, e) ancaq optika cihazları hissələrinə (əsasən okulyarlarla) işlənir və əksər hallarda çoxgirişli hazırlanır.
Trapesiya profilli yivin diametr və addımı mm ilə ölçülür, profil bucağı 30°-dir, vintinin və qaykasının qanovcuqlarının dibində ara vardır (şək.4.1, ə).
Düzbucaqlı profilli yivin trapes profilli yivə nisbətən, bir sıra nöqsanları olduğu üçün standartlaşdırılmamışdır və əksər hallarda trapes profilli yiv ilə əvəz olunur.
Geoloji-kəşfiyyat qazması boruları yivinin yanlarında 5° mailliyi olan düzbucaqlı (trapesiya) profili vardır. Bu yiv geoloji-kəşfiyyat qazıması borularını birləşdirmək üçün tətbiq olunur (şək.4.1, f).
Söykənək yivi trapesiya profilli yivə oxşayır, profilinin bir yanı 3°, o biri yanı isə 30° maildir, vintinin qanovcuğunun dibi dəyirmilənir, dolağının başı isə qaykanın qanovcuğunun dibinə aramsız yanaşır (şək.4.1, g). Söykənən yivi bir tərəfə böyük təzyiqi olan mexanizmlərdə (hidravlik preslərdə, vint preslərində, yayma dəzgahlarının təzyiq vintlərində, domkrtlarda və s.) tətbiq olunur.
Sənaye avadanlıqlarında birləşmələr üçün üçbucaq və trapesiya profilli silindrik yivlərdən geniş istifadə edilir. Məsələn, vintlərin hissələrində (qapağın üstündə və içində, qaykada və gövdənin qapaqla birləşən yerində), buxar və dərinlik nasoslarında, rotorda, fırlanğaca, habelə bolt, sancaq və qayka birləşmələrində üçbucaq profilli silindrik yivdən, siyirtmələrin şpindeli və returbendlərin boltu üçün isə trapesiya profilli yivdən istifadə edilir.
Konusvari yivlərdən düymə və boru yivinin ümumi, qalanların (qoruyucu boru yivinin, qıfıl yivinin və s.) isə xüsusi təyinatı vardır.
Konusvari düymə yivi (şək.4.2, a) 1/16–2diametr üçün qəbul edilmişdir. Bu yiv maşın və dəzgahların yanacaq, yağ, su və hava boru kəmərləri üçün geniş tətbiq olunur. Yivin profil bucağı 60°, konusluğu 1:16 və bucağının tənböləni oxuna perpendikulyardır. Yivin birləşmələrində kiplik dolaqların nisbətən iri təpələri vasitəsilə əmələ gəlir.
Konusvari boru yivi (şək.4.2, b) 1/8–6-də diametrlər üçündür. Yivin profil bucağı 55°, konusluğu isə 1:16-dır. Profil bucağının tənböləni yivin oxuna perpendikulyardır. Profilin başları və dibləri dəyirmidir. Dolaqların başlarının və diblərinin dəyirmilənməsi yivaçan alətin davamının və yivli hissənin möhkəmliyinin artmasına səbəb olur.
Qoruma borularının yivi (şək.4.2, c) diametrlər üçündür. Yivin profil bucağı 55°-dir.

Şəkil 4.2. Konusşəkilli yivin əsas növləri

Qazma borularının yivi , nasos-kompressor borularının yivi isə diametrlər üçün qəbul edilmişdir və profil bucaqları 60°-dir (şək.4.2-ci, e).


Qoruma, qazma və nasos-kompressor boruları yivlərinin konusluğu 1:16-dır, ancaq diametri -dən az olan qoruma boruları yivinin konusluğu 1:32-dir.
Qıfıl yivləri (şək.4.2, d) qazma borularını bir-birinə bağlayan qıfıllara tətbiq edilir. Qazma boru kəməri tez-tez açılıb bağlandığı qıfıl yivi, qazma boru yivinə nisbətən böyük konusluqla hazırlanır.
Neft sənayesinin avadanlıqlarında birləşmələr üçün konusvari yiv geniş surətdə tətbiq olunur.
Konusvari yivin neft maşınlarında geniş tətbiq olunmasına onun silindrik yivə nisbətən, aşağıdakı üstünlükləri səbəb olur:

  1. konusvari birləşdirmədə, elastik deformasiya nəticə­sində, kiplik əmələ gəlir. Maye və qaz avadanlıqlarında bu xassədən istifadə edərək, asanlıqla lazımi kipliyi əmələ gətirmək olur;

  2. konusvari yivli birləşdirmə çox tez bağlanır və açılır. Silindrik yivli birləşdirmələri bağladıqda və açdıqda vinti və ya qaykanı yivin birləşmədə olan addımlarının sayı qədər fırlatmaq lazım gəlir. Konusvari yivli birləşmədə isə, bağlamaq və ya açmaq üçün bir neçə dövr kifayət edir. Yivin konusluğu nə qədər çox olarsa, bir o qədər də tez onu bağlamaq və açmaq olur. Tez açmaq və bağlamaq lazım olan birləşmələrdə, məsələn, qazma qıfıllarında, bu xüsusiyyətdən istifadə edilir;

  3. silindrik yivli birləşmələrdə bağlama zamanı dolağın birinci addımına zərbə düşür, ona görə də birinci addım çox tez xarab olur. Konusvari yivlərdə isə bu zərbə bir neçə addıma birdən düşür.

  4. konusvari yivin ölçüləri lazımi dəqiqliklə alınmış olmazsa, yaxud yiv əzilmiş və a zədələnmiş olarsa, onu konusun böyük diametri tərəfə sürüşdürmək təmir etmək və ya düzəltmək olur.

Bu üstünlüklərə əsasən konusvari yivdən nasos-kompressor, qazma və qoruyucu boruların, dərinlik nasosunun, fırlanğıcın və s. neft avadanlıqlarının birləşməsini əmələ gətirmək üçün istifadə edirlər.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə