Mühazirə mövzuları I həftə


Yivin dəqiqlik dərəcələri



Yüklə 1,33 Mb.
səhifə25/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
C fakepathMuhazir

Yivin dəqiqlik dərəcələri

Yivlər üçün aşağıdakı dəqiqlik dərəcələri nəzərdə tutulmuşdur (DST 16093–81):



Boltun diametrləri üçün
xarici
orta
Qaykanın diametrləri üçün
daxili
orta

4, 6, 8
3, 4, 5, 6, 7, 8, 9, 10*

4, 5, 6, 7, 8
4, 5, 6, 7, 8, 9*


* Plastik kütlədən hazırlanmış hissələrdəki yivlərin
dəqiqlik dərəcələri üçün nəzərdə tutulmuşdur.
Bağlama uzunluğu. Yivin dəqiqlik dərəcəsi onun bağlama uzunluğundan asılı olaraq seçmək və birləşmənin dəqiqliyinin tələblərini müəyyənləşdirmək üçün üç bağlama uzunluğu qrupu nəzərdə tutulmuşdur: S – qısa; N – normal; L– uzun.
Bağlama uzunluğu -dən böyük, -ə qədər olan uzunluq N qrupuna aid edilir. Bağlama uzunluğu normal uzunluqdan az olan halda qısa (S), böyük olan halda isə uzun (L) uzunluqlara aid edilir (d və P mm ilə).

Yivlərin dəqiqlik sinifləri

Bir çox ölkələrdə toplanmış təcrübəyə əsasən müsaidə sahələri şərti olaraq üç dəqiqlik sinfi şəklində qruplaşdırılmışdır: dəqiq, orta və kobud. Şərti dəqiqlik sinfi anlayışlarından (çertyojlarda və kalibrlərdə dəqiqlik sinifləri yox, müsaidə sahələri göstərilir), yivlərin dəqiqlik dərəcəsini müqayisə etmək üçün istifadə olunur.


Dəqiq siniflərdən statik yüklə yüklənmiş məsul yiv birləşmələrində və oturmanın xarakterinin az dəyişməsi lazım gəldikdə istifadə olunması məsləhət görülür.
Orta sinifdən ümumi təyinatlı yivlərdə, kobud sinifdə isə yayma pəstahlarında kar (qapalı) dərin deşiklərdə yiv açdıqda və s. hallarda istifadə olunur.
Eyni dəqiqlik sinfində orta diametrik müsaidəsi N normal uzunluğu üçün nəzərdə tutulmuşdur. L bağlama uzunluğunda bu bir dərəcə artırılması, S uzunluğunda isə bir dərəcə azaldılması məsləhət görülür.
Məsələn, S bağlama uzunluğu üçün dəqiqlik dərəcəsi 5, N üçün 6, L üçün isə 6 qəbul etmək lazımdır. Bu sistem yivin dəqiqlik dərəcəsini konstruktiv və texnoloji tələblərdən asılı olaraq seçilməsinə imkan yaradır.
Əgər yivin bağlama uzunluğu L-dən kiçikdirsə və xüsusi tələblər yoxsa, yivin müsaidəsi nomal bağlama uzunluğuna və ya yivin bütün uzunluğuna aid edilir.
Əgər bağlama uzunluğu L və ya S qrupuna aiddirsə (amma yivin bütün uzunluğundan azdırsa) bu yivin işarəsində və ya texniki tələblərində qeyd olunmalıdır.
Müxtəlif dəqiqlik siniflərində qəbul olunmuş yivlərin müsaidə sahələri cədvəl 4.1-də göstərilmişdir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə