Mühazirə mövzuları I həftə


Bir dəqiqlik kvalitetinin müsaidəsi üsulu



Yüklə 1,33 Mb.
səhifə21/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   32
C fakepathMuhazir

Bir dəqiqlik kvalitetinin müsaidəsi üsulu

Ölçü zəncirinə daxil olan elementlərin eyni bir dəqiqlik kvaliteti üzrə hazırlamaq mümkünsə, onda onların müsaidəsi ancaq nominal ölçülərdən asılı olacaq. Bütün elementlərin nominal ölçüləri və qapayıcı elementlərin hədd meylləri məlum olduğu halda lazımi kvalitet aşağıdakı kimi təyin olunur. Hər hansı elementin müsaidəsi


,
burada i – müsaidə vahididir.
1-dən 500 mm-ə qədər ölçülər üçün
.
burada D – DST 25346–82 üzrə intervalın orta həndəsi ölçüsüdür.
Bu halda
.
burada – j elementin ölçüsünün müsaidəsində olan müsaidə vahidlərinin sayıdır (DST 25346–82 üzrə cədvəl 2.1)
düsturuna əsasən yaza bilərik.
.
Bir dəqiqlik kvalitetinin şərtinə əsasən

bu halda

buradan
,
burada – mkm ilə, D – mm-lə yazılmalıdır.
500 mm-ə qədər olan ölçülər üçün müsaidə vahidinin qiymətini aşağıdakı cədvəl 3.1-dən götürmək olar.
Cədvə 3.1

Ölçü intervalı, mm

3-ə qədər

3-6

6-10

10-18

18-30

30-50

50-80

80–120

120–180

180–250

250–315

315–400

400–500

Müsaidə vahidi­nin qiyməti i, mkm

0,55

0,73

0,90

1,08

1,31

1,56

1,86

2,21

2,52

2,90

3,23

3,54

3,89




aor qiymətinə əsasən ən yaxın dəqiqlik kvaliteti seçilir. Dəqiqlik kvaliteti məlum olduqdan sonra DST 25347–82 cədvəlində əsasən bütün elementlərin ölçülərinin müsaidələri dəqiqləşdirilir. Əhatə edən ölçülər üçün müsaidəni əsas deşiyin müsaidəsi, əhatə olunan ölçülər üçün əsas valın müsaidəsi kimi

qəbul etmək lazımdır. Bu halda şərti gözlənilməlidir. Bütün elementlərin müsaidələri verilmiş və -ya əsasən təyin etməklə həmin elementlərin üst və alt meylləri müəyyən olunur və (3.10) və (3.11) düsturlarının şərtlərini ödəyir.


Hədd meyllərinin dəqiqliyini (3.12) düsturuna görə yoxlamaq olar.
Bir dəqiqlik kvaliteti üsulu bərabər müsaidələr üsuluna nisbətən daha əsaslandırılmış üsuldur. Maksimum-minimum üsulu, hissələrin və qovşaqların tam qarşılıqlı əvəzolunma prinsipini təmin edir, lakin iqtisadi nöqteyi-nəzərdən bu üsul yüksək dəqiqliyi tələb olunmayan maşınlar üçün və elementlərinin sayı az olan ölçü zəncirləri üçün məqsədəuyğundur.
Digər hallarda, xüsusilə qeyri-həndəsi ölçülərin dəqiqliyinin heasbında alınan müsaidələr texnoloji cəhətdən çətin təmin oluna bilər. Texnoloji cəhətdən təmin oluna bilən müsaidələri təyin etdikdə isə

alınır. Bu halda ehtimal nəzəriyyəsi və ya digər natamam qarşılıqlı əvəzolunma prinsipini təmin edən üsullarla hesablayırlar. Məsələn, qruplar üzrə seçmə, müvazinətləş­diricilər tətbiqetmə və ya uydurma əməliyyatlarıdır.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə