Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə109/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   105   106   107   108   109   110   111   112   ...   118
ANİ muhazire konspekti

post işləri

; b) istehsalat sexlərində (şöbələrində) görülən işlər - 



hazırlıq işləri

    Post  işlərinə  sökmə  -  yığma,  bərkitmə,  nizamlama,  diaqnostika  və  bir  sıra  köməkçi  işlər 



daxildir. Bu işlər cari təmirin ümumi iş həcminin 39-57%-ni (avtomobilin tipindən asılı olaraq) 

təşkil  edir.  Avtomobilin  kabinəsində,  kuzovunda,  banında,  təkərlərində  baş  vermiş  imtinaların 

aradan  qaldırılma  işləri  də  işçi  postlarda  aparıldığı  üçün  post  işlərinə  daxildir.  Cari  təmirin  iş 

həcminin  qalan  hissəsi  işlərin  xarakterindən  asılı  olaraq  istehsalat  sexləri  (isti,  kuzov,  əsas 

şöbələr)  arasında  paylanır.  Hazırlıq  işlərinin  ən  böyük  hissəsi  aqreqat  və  çilingər-mexaniki 

şöbələrin payına düşür. 

     Şəkildə  (avtomobil  nəqliyyatı  üçün)  cari  təmirin  texnoloji  prosesinin  sxemi  verilmişdir. 

Sxemdən göründüyü kimi aqreqat və mexanizmlərin əvəz edilməsi üçün aparılan sökmə-yığma 

işlərindən  başqa,  avtomobil  üzərindən  çıxarılmayan  və  imtinası  (nasazlığı)  olan  sistemlərin  və 

qovşaqların  işləmə  qabiliyyətini  bərpa  etmək  üçün  onlar  qismən  (natamam)  sökülürlər.  Belə 

xarakterli  işlər  avtomobildən  çıxarılan  aqreqatlarda  və  mexanizmlərdə  də  yerinə  yetirilir. 

Aqreqatlar,  mexanizmlər,  sistemlər  və  qovşaqlar  o  halda  avtomobilin  üzərindən  çıxarılır  ki, 

həmin elementlərdə baş vermiş imtinalar və nasazlıqlar postlarda aradan qaldırıla bilmirlər. 

    Texniki  qulluğun  hər  hansı  növünü  yerinə  yetirməzdən  əvvəl  nəqliyyat  vasitəsini 

(avtomobili)  hazırlamaq  lazımdır.  Bu  isə  ondan  ibarətdir  ki,  avtomobildə  yığışdırma,  yuma  və 

qurutma işləri aparılmalıdır. Bununla avtomobilin  həm  xarici  görünüşü texniki istismarın  tələb 

etdiyi  səviyyəyə  salınır,  həm  də  texniki  qulluqda  işlərin  yüksək  keyfiyyətlə  yerinə  yetirilməsi 

üçün zəmin yaranır. 

    Düzgün təşkil edilmiş texnoloji proses texniki qulluq (cari təmir) işlərinin minimum əmək 

və material xərcləri ilə yerinə yetirilməsini təmin edir, işçilərin boş dayanma müddətini azaldır, 

istehsalat  sahəsinin  buraxma  qabiliyyətini  yüksəldir  və  s. 

Texniki  qulluğun  və  ya  cari  təmirin 

texnoloji  prosesləri  ümumilikdə  istehsalat  prosesini  təşkil  edir  ki,  bu  proses  müxtəlif  təyinatlı 

nəqliyyat müəssisələrində icra edilir. 

   Dəmir  yolu  nəqliyyatında  təmirin  tipik  texnoloji  prosesinə  vaqonların  xarici  yuyulması, 

onun  yığma  vahidlərinə  və  detallara  bölünməsi,  yuma,  yağsızlaşdırma  detalların 

defektoskopiyası,  təmiri  və  bərpası,  düyünlərin  və  vaqonların  yığılması,  rəngləmə  və  s.  işlər 

daxildir. Bu nəqliyyat növü üçün təmir prosesi  bir sıra  göstəricilərə  görə təsnif edilir:  a) təmir 

olunan hissələrin saxlanılma göstəricilərinə görə; b) yerinə yetirilən işin xarakterinə və təyinatına 

görə;  c)  planlaşdırma  göstəricisinə  görə;  q)  reqlamentin  yerinə  yetirilməsinə  görə;  d)  təmirin 

təşkilinə görə. 

      Vaqonların təmir periodikliyi Nəqliyyat Nazirliyinin normativləri əsasında qəbul edilir. 

 



83 

 

 



 

Avtomobilin  müxtəlif  xarakterli  texniki  təsirlər  altında  boş  dayanma  müddəti  istehsalın 

qabaqcıl texnika və texnologiya əsasında təşkil edilməsindən asılı olduğu kimi, konstruksiyanın 

təmirə yararlığı xüsusiyyətlərindən də (əlverişlilik və unifikasiya dərəcəsi, qarşılıqlı əvəz olunma 

qabiliyyəti və s.) asılıdır. Birinci avtomobil nəqliyyatı işçiləri (istismarçılar), ikinci isə avtomobil 

sənayesi işçiləri (layihəçilər və texnoloqlar) tərəfindən düzgün nəzərdə tutulmalıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



84 

 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə