Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə105/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   118
ANİ muhazire konspekti

Mühazirə 26. 

 

TQ –da görülən işlərin xarakteristikası. CT  işlərinin xarakteristikası. 

 

  

TQ-1

  və 

TQ-2

  işlərinin  aparılmasında  məqsəd  avtomobilin  aqreqat  və  mexanizmlərinin 

texniki vəziyyətlərini qiymətləndirən parametrlərin dəyişmə gərginliyini aşağı salmaqdır. Bunun 

üçün  müəyyən  yürüşlərdən  sonra  avtomobildə  nəzarət-nizamlama  (diaqnostika),  bərkitmə, 

yağlama, elektrotexniki, şin, qida sistemi üzrə və s. profilaktik xarakterli texniki təsirləri yerinə 

yetirməklə  gələcəkdə  baş  verəcək  imtinaların  və  nasazlıqların  qarşısı  qabaqcadan  alınır, 

detalların yeyilmə gərginliyi aşağı salınır. Burada avtomobilin texniki vəziyyətinin diaqnostikası 

texniki  qulluğun  əsas  elementlərindən  biri  olduğu  üçün  onun  yerinə  yetirilməsi  imtinaların  və 

nasazlıqların  vaxtında  aşkar  edilib  aradan  qaldırılması  baxımından  mühüm  rol  oynayır.  TQ-1 

işləri  GQ  kimi  növbələr  arası  vaxtda  yerinə  yetirilir.  TQ-2  isə  aparılma  üsulundan  asılı  olaraq 

günün müxtəlif vaxtlarında planlaşdırıla bilər. 

     TQ-2  işlərinin  həcmi  TQ-1  işlərinin  həcmindən  xeyli  böyükdür.  Bir  çox  hallarda  TQ-2 

işlərini  yerinə  yetirmək  üçün  avtomobil  xəttə  buraxılmır.  Belə  olan  halda  təmirə  ehtiyacı  olan 

bəzi  sistem  və  mexanizmlərin  (qida  sistemi,  elektrik  avadanlığı  elementlərinin  və  s.)  işləmə 

qabiliyyəti istehsalat sexlərində bərpa olunaraq yenidən avtomobilin üzərinə qoyula bilər. TQ-2-

də  avtomobilin  aqreqat  və  mexanizmlərinin  texniki  vəziyyəti  hərtərəfli  (D-2-nin  köməyi  ilə) 

yoxlanılır. 

    Mövsümi texniki qulluğun aparılmasında məqsəd avtomobili iqlim şəraitinə uyğun olaraq 

istismara hazırlamaqdır. 

MTQ 

ildə iki dəfə aparılır. Həddindən çox soyuq və isti iqlim zonaları 

üçün MTQ sərbəst şəkildə planlaşdırılır. Digər rayonlar üçün isə MTQ TQ-2 ilə birləşdirilir. Bu 

halda TQ-2-nin əmək tutumu 20-50% artırılır. 

   TQ-1 və TQ-2 işlərinin aparılma periodikliyinə müvafiq olaraq avtomobillərdə ümumi (D-

l) və elementlər üzrə (D-2) diaqnostika işlərinin də yerinə yetirilməsi planlaşdırılır. D-l TQ-l-dən 

qabaq,  D-2  isə  TQ-2-nin  aparılmasından  2-3  gün  qabaq  yerinə  yetirilir.  D-l-də  hərəkətin 

təhlükəsizliyini  təmin  edən  elementlərin,  D-2-də  isə  avtomobilin  bütün  mexanizm  və 

elementlərinin texniki vəziyyəti müayinə edilir. 

     Əsasnaməyə  görə  avtomobil  nəqliyyatı  üçün 



əsaslı  və  cari  təmir

  (xüsusi  hallarda  orta 

təmir) növləri nəzərdə tutulur. 

    


Əsaslı  təmir

  avtomobilin  və  aqreqatların  itirilmiş  işləmə  qabiliyyətinin  bərpa  edilməsi 

məqsədi ilə aparılır. Əsaslı təmir keçmiş avtomobilin resursu təzə avtomobil üçün verilmiş əsaslı 

təmir  yürüşünün  (normasının)  80%-nə  bərabər  qəbul  edilir.  Əsaslı  təmir  olunacaq  avtomobil 

tamamilə sökülür. Onun detalları çeşidlənir: istismara yararlı, təmirə yararlı və tamamilə yararsız 

det0allar.  Avtomobil  yenidən  yığıldıqda  istismara  yararlı,  təmir  edilmiş  və  tamamilə  təzə 

hissələrdən istifadə edilir. 

   Avtomobilin və onun aqreqatlarının əsaslı təmirə qoyulması onların texniki vəziyyətlərinin 

hərtərəfli  öyrənilməsi  və  təhlili  əsasında  aparılır.  Bu  halda  avtomobilin  yürüşü  mütləq  nəzərə 

alınmalıdır. 

   Minik  avtomobilləri  və  avtobuslar  onların  kuzovlarının  əsaslı  təmirə  ehtiyacı  olduqları 

halda  əsaslı  təmirə  saxlanılır.  Yük  avtomobilləri  isə  kabinənin,  çərçivənin  və  əlavə  üç  əsas 

aqreqatın  əsaslı  təmirə  tələbatı  olduqda  avtomobil  təmir  müəssisəsinə  göndərilir.  Əsas 

aqreqatlara  aiddir:  mühərrik,  ötürmələr  qutusu,  paylayıcı  qutu,  qabaq  və  arxa  körpü,  sükan 

idarəsi  və  tormoz  sistemi.  Aqreqatlar  əsaslı  təmirə  o  halda  göndərilir  ki,  onların 

baza  və  əsas

 

detallarının əsaslı təmirə ehtiyacı olsun. 



    Baza detalı dedikdə aqreqatın elə hissəsi başa düşülür ki, onun bütün detalları həmin əsas 

hissənin  üzərinə  quraşdırılır.  Mühərrik  üçün  silindrlər  bloku,  sürətlər  və  paylayıcı  qutu  üçün 

onların karteri, qabaq körpü üçün onun tiri, kabinə üçün onun karkası, kuzov üçün onun əsası və 

s.  baza  detallarına  aiddir.  Əsas  detallara  misal  olaraq  mühərrikdə  blok  başlığını,  dirsəkli  valı, 

nazim çarxı, paylayıcı valı, ötürmələr qutusunda valları, üst qapağı, arxa körpüdə yarım oxları, 



79 

 

reduktorun  karterini,  differensialı,  təkərlərin  toplarını,  tormoz  barabanını,  kabinədə  və  ya 



kuzovda qapıları, döşəmənin örtüyünü, yük yerinin qapağını və s.-ni misal göstərmək olar. 

    Baza detallarının  texniki vəziyyəti cari təmir vasitəsilə bərpa oluna bilmədiyi  üçün əsaslı 

təmirə  göndərilir.  Əsas  detallar  isə  aqreqatın  əsas  funksiyasını  yerinə  yetirdikləri  üçün  onların 

istismar  göstəriciləri  ANM-inin  istehsalat  bazasına  nisbətən  qabaqcıl  texnika  və  texnologiya 

əsasında daha yaxşı təşkil edilmiş avtotəmir müəsisəsində yüksək keyfiyyətlə bərpa edilə bilir. 

   



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə