Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə113/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   110   111   112   113   114   115   116   117   118
ANİ muhazire konspekti

Yağlama  materiallarının

  daşınmasını,  saxlanılmasını  və  paylanmasını  düzgün  təşkil 

etdikdə onların  həm  itkiləri az olur, həm də istismar keyfiyyətləri aşağı  düşmür. Bu baxımdan 

yağların  mərkəzləşdirilmiş  qaydada  daşınması,  saxlanılması  və  paylanması  daha  səmərəlidir. 

Mərkəzləşdirilmiş üsulun əsas mahiyyəti ondadır ki, yağ xüsusi avtosisternlərdə, çəlləklərdə və 

ya  müvafiq  tarada  daşınaraq  müəssisəyə  gətirilir,  lazımi  rezervuara  boşaldılaraq  saxlanılır, 

paylanma zamanı isə borularla yağlama postlarına verilir. 

   Hər  bir  növ  yağ  üçün  ayrıca  tutum  qəbul  edilir.  Mühərrik  və  transmissiya  yağları 

sisternlərdə  (rezervuarlarda),  plastik  (konsistent)  yağlar  isə  metal  çəlləklərdə  və  ya  qapaqlı 

baklarda  saxlanılır.  İşlənmiş  yağlar  yığılaraq  regenerasiyaya  göndərilir.  Regenerasiya  olunmuş 

yağ yenidən avtomobillərdə işlədilir. 

   Yağ  anbarında  texniki  mayelərin  saxlanılması  üçün  də  xüsusi  qablar  (qeyri-standart) 

nəzərdə tutulur. Anbarda olan bütün yağ tutumları (çənlər, rezervuarlar və s.) buxar qızdırıcıları 

ilə təchiz edilirlər. 

   

Şin

  anbarı gündüz işığından mühafizə edilir, orada rezin  məmulatına mənfi  təsir  göstərən 

materiallar  (kerosin,  benzin,  yağ  və  s.)  saxlanılmır.  Şinlər  anbarda  metal  və  ya  taxta 

materialından hazırlanmış rəflərdə şaquli vəziyyətdə qoyulur. Rəflər qızdırıcı qurğulardan ən azı 

1  m  aralı  qoyulur.  Şinlər  uzun  müddət  saxlanıldıqda  onların  dayaq  nöqtələri  periodik  olaraq 

(məsələn, kvartalda bir dəfə) dəyişdirilir. 

   

Kamerlər

  azacıq  doldurulmuş  halda  asılqanlarda  və  ya  təzə  şinlərin  daxilində  saxlanılır. 

Periodik olaraq (1-2 aydan bir) kamerlərin də dayaq nöqtələri dəyişdirilir. 

    İstismardan çıxarılmış və bərpa olunmaq üçün göndəriləcək şinlər müəssisənin  həyətində 

talvar altında saxlanılır. Şinlərin təmirində istifadə edilən materialları taxta yeşiklərdə, yapışqan 

isə şüşə qabda bağlı halda saxlanılır. 

    Nəqliyyat  vasitələrinin  istismarı  ilə  əlaqədar  olaraq  minlərlə  adda 

ehtiyat  hissələri, 

aqreqatlar və texniki materiallar

 saxlanılır, tələbata görə istifadəyə verilir. 

   Avtomobilin aqreqatları rəflərdə və ya taxta altlıqlar üzərində, kuzov və kabinələr isə talvar 

altında  saxlanılır.  Ehtiyat  hissələri  bağlı  anbarlarda  çoxmərtəbəli  açıq  və  ya  örtülü  rəflərdə 

(şkaflarda) saxlanılır. Hissələrin yerini tez tapmaq üçün onların aid olduqları aqreqatlar zavodun, 

kataloq  nömrəsi  əsasında  yerləşdirilir,  üzərində  müvafiq  qeydlər  edilərək  aşağıdakılar  ifadə 

olunur.  a)  hissənin  nomenklatura  nömrəsi;  b)  kataloq  üzrə  adı;  v)  anbarda  həmin  adda  olan 

hissələrin miqdarı. 

  Tez buxarlanan materiallar və turşular odadavamlı, izolə edilmiş binalarda saxlanılır. Turşu 

saxlanılan  şüşə  qabların  yerləşdirilməsi  yumşaq  tara  içərisində,  ayrıca  çəpərlənmiş  sahədə 

nəzərdə tutulur. Alətlər standart yeşiklərdə, brezent çantalarda saxlanılır və ya çoxmərtəbəli rəfin 

gözbrində qoyulur. Brezent materiallar, ip, kəndir, zəncir və s. kiçik anbarda yerbşdirilir. Kəsici, 

söküb-quraşdırma,  nəzarət  ölçücü  və  bu  kimi  alətlər  (həmçinin  bunlara  bənzər  tərtibatlar)  alət 

paylama şöbəsində saxlanılır. 

  Avtomobil  nəqliyyatından  fərqli  olaraq  dəmir  yolu  nəqliyyatında  lazım  olan  dizel 

yanacağının miqdarı teplovozları, dizel qatarlarını və  yük qaldırıcı kranları, həmçinin stasionar 




88 

 

dizel  aqreqatlarını  tam  təmin  edəcək  şərtə  görə  hesablanır.  Buna  görə  yağlama  təsərrüfatında 



aşağıdakı  avadanlıqlar  nəzərdə  tutulur:  dizel  yanacağını  boşaltmaq,  digər  istehlak  sahəsinə 

vurmaq  və  qızdırmaq,  yanacağı  lokomotivlərə  ötürmək  üçün  kommunikasiya  qurğuları, 

yanacağın miqdarını ölçmək üçün texniki vasitələr. 

   Yanacağı təchiz edən aqreqat və qurğuların tipi və gücü sutkalıq yanacaq sərfinə görə təyin 

edilir. 

  Dəmir  yolu  nəqliyyatının  yağlama  təsərrüfatında  böyük  miqdarda  (ancaq  lokomotiv 

parkında 15-ə yaxın) yağlama materialları istifadə edilir. Müxtəlif çeşidli yağlama materiallarını 

saxlamaq üçün müvafiq avadanlıqlar istifadə edilir. Yağların normalan sutkalıq sərf olunan dizel 

yana-cağının miqdarına görə təyin edilir. 

   Vaqon  təsərrüfatında  istehsal  məqsədləri  üçün  tələb  olunan  yanacağın  dəyəri  qızdırıcı 

qurğular, sobalar, dəmirçi kürələri və s.-nin şərtinə görə təyin edilir. Bu məqsədlə yanacaq sərfi 

normalarından istifadə olunur. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə